İki deputat barışdı - “Oturduq, kişi söhbəti elədik”
Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovla deputat həmkarı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasındakı mübahisəyə nöqtə qoyulub.
Bu barədə məlumatı Musavat.com S.Novruzovun özü ilə dəqiqləşdirib.
Xatırladaq ki, mübahisə “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklərlə əlaqədar yaranmışdı. YAP-çı komitə sədri “Azərbaycan” qəzetində başsağlığının pulla dərc edilməsinə etirazını bildirmişdi. S.Novruzov demişdi ki, yeni qanun qəbul olunandan sonar “rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq”. B.Sadıqov isə rəsmi qəzet olmalarına baxmayaraq, dövlətdən heç bir maddi dəstək almadıqlarını desə də, S.Novruzov əks arqumenlərlə onu təkzib etmişdi. Baş redaktor bundan sonra polemikalara son qoymuşdu. Ancaq məlum olub ki, iki gün öncə B.Sadıqovla S.Novruzov arasında “tet-a-tet” görüş olub.
S.Novruzov deyib:
- Bəli, biz görüşdük, qucaqlaşdıq, çay içdik, konfet yedik və bütün məsələləri həll etdik. Mənim hər kəsdən bir xahişim var: mənim adımdan istifadə edib onun (Bəxtiyar Sadıqovun-red.) üzərinə getməsinlər! Getməsinlər, elə olmaz! Lazım olsa, mən özüm kiminsə üzərinə gedərəm. Amma mənim adımdan istifadə edib onun üzərinə getmək düzgün deyil. Bircə Sabir Rüstəmxanlını çıxmaq şərtilə. Qalanlardan xahiş edirəm, bu məsələni qapatsınlar!
- Siyavuş bəy, maraqlıdır, görüş təşəbbüsü kimdən gəldi?
- Belə bir mövqe nümayiş etdirməkdən, belə fikirlər səsləndirməkdən ötrü mənə heç kəs göstəriş verməyib. Amma oturduq, kişi söhbəti elədik. Görüş təşəbbüsü isə… Hər ikimiz bir-birimizlə zəngləşdik, danışdıq, görüşdük.
- Amma bundan əvvəlki açıqlamanızda “mənim onunla nə müzakirəm ola bilər? O, kimdir mən onunla müzakirə edəm”, demişdiniz…
- Zəng elədi, görüşdük…
- Dediniz ki, məsələləri həll etdik. Maraqlıdır, iki həmkar olaraq öz aranızdakı problemləri necə həll etdiniz? Bundan sonra “Dini etiqad azadlığı” haqqında qanuna düzəlişmi olmayacaq, yoxsa başqa məsələlərlə bağlı anlaşma əldə olunub?
- Yox, qanun yerindədir, ona heç kəs toxuna bilməz. Amma münasibətlərimizi düzəltdik.
- Belə demək olarmı ki, bundan əvvəl sizin aranızda münasibətlər normal vəziyyətdə deyilmiş?
- Yox, bundan əvvəl də münasibətlərimiz gözəl idi. Amma arada bir anlaşılmazlıq olmuşdu. Oturduq, üzbəüz söhbət etdik, həll elədik. Mən istənilən insanla oturub üzbəüz söhbət edə və anlaşma yapa bilərəm.
- Deməli, bundan sonra “Azərbaycan” qəzeti başsağlığını çap edə biləcək, eləmi?
- Mən qanunumu qəbul edim, sonra baxarıq (gülür).
- Amma baş redaktor deyirdi ki, qəzet əməkdaşlarının maaşını başsağlığının dərci ilə verir. Bəs, görüşdə Bəxtiyar müəllim soruşmadımı ki, başsağlığı dərc olunmasa, qəzet işçilərinin maaşını necə ödəyəcək?
- Onun da yolunu tapacağıq (yenə gülür).
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
