Azərbaycanda xeyli adama “xərçəng“ diaqnozu qoyan həkimlər həbs olundu
Kriminal15 yanvar 2020 22:52
Azərbaycanın cənub bölgəsində yaşayan onlarla adam onkoloji xəstə olmadığı halda, bu xəstəliklə təqaüdə çıxarılıb. Bu məsələ ilə əlaqədar xeyli adam həbs olunub.
Qaynarinfo xəbər verir ki, həbs olunanlar arasında Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi Əli Əliyev, bu xəstəxananın həkim-onkoloqları İlyas Səmədov, Muştaba Dədəcanov, xadimə Sələmə Mirzəyeva, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri Hüsaməddin Əlicanov və Fərid Məmmədov, Lənkəranın Aşağı Nüvədi və Masallının Xırmandalı kəndlərində yaşayan İsrafil Tağıyev, Musa Əliyev də var.
İttihama görə, Sələmə Mirzəyevanın rəsmi işi xadiməlik olsa da, əslində, kompüter mütəxəssisi kimi fəaliyyət göstərib. Əlillik dərəcəsi almaq və ya dərəcəni dəyişmək istəyən və bu məqsədlə pul vermək istəyən adamları da o tapıb, sənədləri özü hazırlayıb. Söhbət adamlara onkoloji xəstəlikdən əziyyət çəkmələri, onlara təqaüd verilməsi üçün əsas yaradan sənədlərdən gedir.
Psixiatriya xəstəxanasının həkimləri də belə "müştərilər” tapıb vasitəçilik etməkdə ittiham olunur.
Sələmə Mirzəyeva istintaqda əvvəlcə baş həkimin bundan xəbərsiz olduğunu desə də, sonradan Əli Əliyevin əleyhinə ifadə verib. Sələmə Mirzəyevanın sözlərinə görə, pensiya almaq istəyənlərdən təxminən 2-3 min pul, yaxud da o dəyərdə əşya, əmlak (torpaq sahəsi) alıb, gətirib baş həkimə çatdırıb. Baş həkim də pulun əsas hissəsini özü götürüb, hər adama görə 100-200 manat da ona verib. Bu pulun müqabilində əlillik dərəcəsi almaq istəyən şəxs üçün 088№li forma üzrə saxta göndərişləri kompüterdə çap edib, Tibbi-Sosial Ekspert Komissiyasına göndəriblər.
Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev isə deyir ki, keçmiş içşisi Sələmə Mirzəyeva ona böhtan atır. Onun sözlərinə görə, Sələmə Mirzəyeva onu şərləməklə məsuliyyətdən yayınmaq istəyir: "Mən maxinasiyalarda iştirak etsəydim, yalançı xəstələri qeydiyyat jurnalına salardım, onlar üçün xəstəlik tarixləri açardım, lazım olan sənədləşmə işlərini aparardım, heç kim də heç bir irad tuta bilməzdi, işlərin üstü açılmazdı.
Sələmə Mirzəyeva isə bildirir ki, baş həkim əvvəlcə ondan adını çəkməməsini istəyib, söz verib ki, onu həbsdən qurtaracaq: "İfadə verməliydim ki, xəstələri əməliyyat etdiyi üçün özünün vaxtı olmadığına görə elektron imzanı mənə vermişdi”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Regional Onkologiya Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev 9 il, xadimə Sələmə Mirzəyeva 8 il 3 ay, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Fərid Məmmədov 8 il 6 ay, kənd sakinlərindən İsrafil Tağıyev 9 il, Musa Əliyev isə 8 il 3 ay azadlıqdan məhrum edilib. Onlar rüşvət alma, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə təqsirli biliniblər.
Onkologiya Xəstəxanasının iki həkimi İlyas Səmədov və Müştaba Dədəcanov CM-in 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsilə təqsirli bilinib və onlara 2 il şərti cəza təyin edilib.
Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Hüsaməddin Əlicanov rüşvət alma, vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinsə də, 72 yaşı olması nəzərə alınaraq, ona da 8 il 6 ay şərti cəza verilib.
Şirvan Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. (Bizimyol.info)
Oxşar xəbərlər
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya