Fərəc Quliyevin nümayəndəsinə 570 min manat ayrıldı (TƏFƏRRÜAT)
Dünya15 fevral 2020 12:15
"Azərxalça" Açıq Səhimdar Cəmiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi "Qafqaz Standart" MMC şirkəti olub. Müsabiqənin şərtinə görə "Qafqaz Standart" MMC "Azərxalça" ASC-yə xalça toxumaq üçün 17 ton ip satacaq.
Müsabiqənin şərtinə görə "Azərxalça" ASC "Qazax-Qarabağ" və "Şirvan-Təbriz" qrupları üçün müxtəlif rənglərdə olan üz iplərinin satınalınması məqsədilə "Qafqaz Standart" MMC-yə ümumilikdə 569 min 916 manat 40 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, "Qafqaz Standart" MMC "Azərxalça" ASC-yə ipin 1 kiloqramını 33,5 manata satacaq.
Məlumat üçün bildirək ki, "Qafqaz Standart" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 73/5, m 45-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əhədli Çingiz Yusif oğludur.
"Azərxalça" ASC-dən 570 min manatlıq tender udan Əhədli Çingiz Yusif oğlunun adı daha çox sabiq millət vəkili Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasının seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olaraq keçir. Çingiz Əhədli 2013-cü ildə Prezident seçkilərində, 2014-cü ildə Bələdiyyə seçkilərində, 2015-ci ildə Milli Məclis seçkilərində, 2018-ci ildə Prezident seçkilərində və ən nəhayət 2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub. Çingiz Əhədli eyni zamanda Partiyanın Ali Məclisinin üzvüdür.
Çingiz Əhədlinin rəhbərlik etdiyi daha bir şirkət "Alonya" MMC adlanır. Hüquqi ünvanı Xocavənd rayonunun Tuğ kəndi göstərilir. Nizamnamə kapitalı 10 manat olan şirkət 2008-ci ildə dövlət qeydiyyatına alınıb.
"Alonya" MMC-nin adı, yalnız 2018-ci il və 2019-cu ildə qalib olduğu 3 tender müsabiqələrində keçir. "Alonya" MMC 2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin (18 980 manat), 2019-cu ildə isə "Azəristiliktəchizat" ASC-nin (550 367 manat) elan etdikləri tender müsabiqələrinin qalibi olub.
Maraqlıdır ki, dövlət qurumlarından yarım milyonluq tenderlər udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur.
Onu da bildirək ki, Çingiz Əhədlinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Həmin dairədə Fərəc Quliyevin rəqibi olan Mehman Hüseynovun yayımladığı səs yazısı sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olundu.
Yayılan səs yazısında Fərəc Quliyev Mehman Hüseynova təklif edir ki, namizədliyini onun xeyirinə geri götürsün və vəkili olsun. Fəqrəc Quliyev bundan sonra Mehman Hüseynova müalicə xərclərini ödəmək üçün 10-15 min manat təklif edir.
Mənbə: Yeniavaz.com
Oxşar xəbərlər
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya