Sən Sultan bəy ola bilmədin, Zakir Fərəcov..
Sahibkarlarla Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı pik həddə çatıb. İş adamları 2016-cı ildən bəri ala bilmədikləri halal zəhmətlərinin haqqı üçün bütün dövlət qurumlarına müraciət etsələr də, icra başçısı həmin məbləği ödəməkdən boyun qaçırır. Bunun üçün min bir bəhanə gətirən Fərəcovun əsas hədəfi pulu verməməkdir.
Məsələ ilə bağlı sahibkarlar növbəti dəfə elə Sumqayıtın icra başçısına müraciət ediblər. Həmin müraciətdə deyilir ki, Zakir Fərəcov hər yerdə düzlükdən, sədaqətli olmaqdan, əhdinə sadiq olmaqdan danışsa da, bunların hamısı boş və mənası sözlərdən başqa bir şey deyil.
"Sən Zakir Fərəcov hər yerdə iddia edirsən ki, guya, sözünə, əhdinə sadiqsən. Hətta deyirsən ki, əgər o kişi kimi söz verdisə, ölsə də yerinə yetirməlidir. Di gəl, biz bir qrup sahibkar səndən nə düzlük, nə etibar, nə doğruluq, nə də əhdinə vəfa gördük. Əksinə, hər dəfə yalan, hər dəfə sədaqətsizlik, hər dəfə sözündən qaçmaqdan başqa, doğru, düzgün bir əməlinə şahid olmadıq. 3 ildir min bir cildə girib, min dəfə yalan danışıb, haqqımızı yemiş birindən düzlük gözləmək yanlış olar. Atalar yaxşı deyib, yalanın ömrü 40 gün olar. Hərçənd Zakir Fərəcovun yalanı heç 40 gün də çəkmədi. İş başa çatandan bir həftə sonra o biri sifəti görünməyə başladı. Və biz üç ildir bu adamın o qədər sifətlərini gördük ki, hər birini sadalasaq, bir dastan çıxar".
İş adamları yazır ki, Zakir Fərəcovun doğulduğu el-oba mərdlər oylağı, qəhrəmanlar diyarı olub. "Laçın bu gün işğal altındadır. Mənfur ermənilər bizim dilbər guşələrimizi işğal altında saxlayır. İnşallah, tezliklə bütün rayonlarımızı geri alacağıq. Bu şübhəsizdir. Maraqlıdır ki, Laçında doğulub, boya-başa çatmış sən Zakir Fərəcov bu tip əməllər törədərkən, heç utanırsan?
Hələ keçən əsrin əvvəlində Qarabağa hücum etmiş erməni generalı Andrakin ordusunu darmadağın edən və qulağını kəsib, eşşəyin belinə tərs oturdub geri yollayan Sultan bəylərin diyarında dünyaya göz açmış Zakir Fərəcovun bu gün öz millətindən olan sahibkarlara qarşı amansızlıq etməsini necə başa düşək?
Sən Sultan bəy ola bilmədin, anladıq. Heç olmasa özünü mərdanə apar. Məgər pul bu qədər müqəddəs və şirin şeydi ki, onu haqq sahibinə qaytarmaq yerinə, min cür dona girərək, həm öz millətini incidəsən, hətta təhdid edəsən? Məgər Laçından olan qeyrətli kişilər belə edib? Axı, onların ləyaqətli hərəkətləri, kişilikləri, mərdlikləri bu gün də dillər əzbəridir. Sən Zakir Fərəcov onlardan heçmi ibrət götürməyibsən?
Həqiqətən, pul o qədər əzizdir ki, ehtiyacı olan, zəhmətinin sahibinin əlindən alıb, utanmazcasına yalan danışacaq qədər kiçiləsən? Axı, Zakir Fərəcov, el-obasında belə şeylər edəni, bir zamanlar kəndlərdən qovardılar ki, içlərinə çürük, pis nümunə olan biri düşməsin. Olmaya səni də bir vaxtlar kənddən qovublar?"
Sahibkarlar müraciətlərində daha sonra yazırlar: "Bizim düşüncəmizdə məmur onu həmin posta təyin edən şəxsin etimadından sui-istifadə etməz. Eyni zamanda, ona sədaqətli olar. Amma sən Zakir Fərəcov sui-istifadəni bir kənara qoyaq, o dərəcədə sədaqətsizliklər nümayiş etdiribsən ki, saymaqla qurtarmaz. Əgər bir icra başçısı pula görə, hər yerdə "mənə yuxarıdan pul vermirlər" deyib, yalan danışırsa, bu azmış kimi ona etimad göstərənlərin adına yalan danışırsa, bundan böyük sədaqətsizlik, yalançılıq varmı? Atalar misalı var: "Yalançının evi yandı, heç kim inanmadı".
İndi sən Zakir Fərəcov həmin yalançının durumundasan. Çünki yuxarını bir dildə aldadıb, aşağıdakıları min sözlə elə onu bu posta gətirənlərə qarşı narazılıq yaratmağa çalışırsan. Daha sənin yalanına da inanmırlar. Bir də bunun adı sədaqətsizlik, namərdlik deyilmi? Axı, sən bilmirsən ki, daha belə şeyləri bilmək üçün 40 gün gözləmək lazım deyil. İndiki dövrdə hər şey 7 gündən artıq çəkmir, üzə çıxır".
İş adamları müraciətlərində onu da qeyd edirlər ki, Zakir Fərəcov ümumilikdə, məmur adına ləkə gətirən biridir. "Onlarla ailənin haqqını yemək, yüzlərlə fəhlənin zəhmətinin haqqını verməmək elə sən Zakir Fərəcova yaraşan işdir. Çünki sən bunu özünə həyat tərzi seçmisən, bunu özünə don biçmisən. Axı, sən də yaxşı bilirsən ki, bu ölkədə haqqı nahaqqın ayağına verməzlər. Günün birində səni də Nizammədin, İsmayıl, Qoca kimi haqq divanı qarşısına çıxaracaqlar. Əmin ola bilərsən. Çünki əlinin qabarı, alnının təri ilə evinə bir tikə çörək aparan insanların haqqını tapdamaq, onu möhtac gününə salmağı nə Allah götürər, nə də bu dövlətin qanunları".
Və sonda sahibkarlar müraciətini bir qədər sərt deyimdə yekunlaşdırıblar. "Eli-obanı sevməkdə Sultan bəy kimi ola bilmədin. Vətəni qorumaqda Əliyardan heç nümunə götürmədin. Sədaqət və cəsarətdə Fikrət Qafarov olmqda da acizsən. Biz hələ yüzlərlə laçınlı igidin və sözünün ağası olan kişilərin adını çəkmirik. Ümid edirik ki, adlarını sadaladığımız kişilərdən nümunə götürəcəksən. Hərçənd atalar deyib ki, "Qırxında öyrənən, gorunda çalar". Sən düzələcəksən, düzəlməyəcəksən, bəlli deyil. Amma yenə də ümid edək ki, özündə cəsarət və təpər tapıb, söz eşidəcəksən. Ki, sən cəsarətli də deyilsən. Hər dəfə qorxaqlar kimi, gizləndiyindən görüşüb sözümüzü deyə bilmirik. Bu azmış kimi, bizlər vəzifənlə, tutduğun mövqedən sui-istifadə etməklə hədələməkdən, təhdid etməkdən çəkinmirdin.
Dünənə qədər "Bulvarı tez tikin, nə lazımdır edəcəm" deyib, başımıza dönən sən, nə oldu da bu gün bizi "düşmən" gözündə görürsən? Pulmu? Biz tərəflərdə, pula görə dəyişən adamlara heç vaxt hörmət etməzlər. Çünki biz tərəflərin "bu gün pula görə dəyişən adam, sabah bir az çox pula görə, el-obanı satar" kimi sınaqdan çıxmış bir qaydası vardır. Onsuz da Sumqayıtı çapıb, talamısan. Və əksəriyyət oturub gözləyir ki, daha nə edəcəksən və yenə kimlərə pula görə yalan danışacaqsan. Bəlkə, bəsdir? Bu ahıl vaxtında yalan danışmağı özünə yaraşdırırsanmı? Əgər yaraşdırmırsansa, camaatın haqqını ver. İnsanların zəhmətinin müqabilini ödə. Bu işi görmək böyüklük, mərdlik, böyük ürək istəyir. Bu xüsusiyyətlər səndə varmı?"
Heyf ki Soltan beyin veteninden senin kimiler de cixir...
Qeyd edək ki, yuxarıda qeyd olunanlar müraciət müəlliflərinin subyektiv fikirləridir və onların mövqelərini ehtiva edir. Biz redaksiya olaraq, həmin fikirləri bölüşmürük və buna görə məsuliyyət daşımırıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
- Sahibkarlarla Fərəcov arasında borc qalmaqalı - Bizi aldadır, pulumuzu vermir
15 mart 2024 22:48
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtda 10 milyonluq ZƏMANƏT qalmaqalı: Başçı və sağ əli borcu necə qaytaracaq?
12 mart 2024 16:07
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15