Həbs olunan iki icra başçısının tanınmış iş adamına borcu var
"Goranboyun və İmişlinin sabiq icra başçıları Nizaməddin Quliyevlə Vilyam Hacıyevin mənə borcları var. Nizaməddin 156 min, Vilyam 857 min manat borcludur”.
Bunu Oxu.Az-a iş adamı Muqayis Verdiyev deyib.
O, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan icra başçılarının ona borclarının olduğunu bildirib. M.Verdiyev qeyd edib ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyev Goranboyda işlədiyi müddətdə ona gördüyü işlərin müqabilində cəmi 100 min manat pul verib və borclu qalıb. Həmçinin Vilyam Hacıyev İmişli rayonunun icra başçısı kimi onun şirkətinin gördüyü abadlıq işlərinə görə pulun hamısını ödəməkdən imtina edib:
"Dünən saytınızda Maşallah Əhmədovun fikirlərini oxudum. O, düz deyir. Vilyam Hacıyevin mənə 2012-ci ildən 857 min manat borcu qalıb. Hamımıza yalvardı ki, gəlin borcumun olmamasına dair sənəd imzalayın.
24 rayonda bayraq meydanı tikmişəm. Heç bir icra başçısından narazılığım olmayıb. Amma Goranboy və İmişlidə gördüyümüz abadlıq işlərinə görə pulumuzu verməyiblər.
Dedi ki, aprelin 10-da gəlib pulunu alarsan. Mən də digərləri kimi inandım. Mənə 400 min manat pul verdi. Ancaq ayın 10-dan sonra İmişliyə gedəndə bizi şəhərə buraxmadı. Hətta bir əməkdaşımıza – Cavanşir adında iş adamına beş sutka iş verdirdi”.
İş adamı DTX-yə çağırılması barəsində isə bunları deyib:
"Ayın 26-da bu məsələ ilə bağlı məni DTX-yə çağırıblar. Özüm müraciət etmişəm. Müraciətimdə mənə borclu olduqlarını bildirmişəm. Demişəm ki, əlimdə gördüyüm işlərə dair şəkillər var. Yəni onun gizlətməyə yeri yoxdur. Mənim əlimdə 857 min manat borcun olması ilə bağlı audit yoxlamasına dair sənəd də var.
Pul dalınca qaçan adam deyiləm. Çəkdiyimiz əziyyətə heyfim gəlir. Vilyam Hacıyevin evindən bu qədər pul çıxdığını görəndə əsəbləşdim. Deməli, bu qədər pulu var, camaatın 300-400 minini və ya 1 milyonunu verməyə canı çıxır. Oğlu da 200-300 min manatlıq maşınlarda gəzir”.
"O vaxt Maşallah Əhmədov çılğınlıq edib Vilyam Hacıyevdən əl çəkmirdi, pulunu istəyirdi. Ola bilsin ki, onun tutdurulmasında da Vilyamın əli vardı”, – deyə iş adamı əlavə edib.
Qeyd edək ki, Muqayis Verdiyev 2013-cü ilin mart ayının 7-də Cinayət Məcəlləsinin 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət əmlakını mənimsəmə) ilə həbs olunub. O vaxt həmin həbsdə Nizaməddin Quliyevin əlinin olduğu iddia edilirdi.
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22