Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? – ŞOK TƏFƏRRÜAT
Dövlət Təhlükəsizlik Xidmətinin ( DTX ) son vaxtlar rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsi cəmiyyətdə müsbət qarşılanır. DTX-nın bir neçə gün öncə Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyatla bağlı maraqlı məlumat daxil olub.
Nuh.az bildirir ki, istintaqa cəlb olunmuş DSX Sahil Mühafizəsinin vəzifəli şəxsi - polkovnik Nemət Hacı oğlu Pənahov etiraf edib ki, rüşvət məsələlərində, sövdələşmələrində rəisi, general-leytenant Əfqan Vəli oğlu Nağıyevin qeyri-rəsmi göstərişi əsasında hərəkət ediblər. O, birbaşa olaraq Nağıyevdən aldığı qeyri-rəsmi göstərişlər əsasında balıq ovuna icazələri rüşvət müqabilində vətəndaşlara verdiyini etiraf edib.
Nemət Pənahovun özü ilə bağlı da maraqlı məlumatlar daxil olub. Belə məlum olur ki, Nemət Pənahov Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudovla yaxın qohumdur. Nuh.az-ın iddiasına görə, Firdovsi Umudovun bacısının həyat yoldaşı olan Nemət Pənahovun DSX-ya xidmətə qəbul olunması, vəzifə pillələrində sürətlə irəliləməsi də qohumluq əlaqələrinə dayanır.
Nuh.az-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, Nemət Pənahovun qayınatası da Qazax rayonunda tanınan şəxslərdən hesab olunur. Bildirilir ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Pənahovun qayınatası qeyri-rəsmi sövdələşmələrin əsas simalarından biridir. Ümumilikdə isə Firdovsi Umudovun illərlə Nemət Pənahova hamilik etdiyi, yaranan problemlərinin həllində əsas söz sahibi olduğu qeyd edilir.
Məlumat üçün bildirək ki, əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, DSX rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Əfqan Vəli oğlu Nağıyev Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlara şərait yaratmaq üçün vətəndaşlardan rüşvət alıb.
Rüşvətalma sxemlərində DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Hacı oğlu Pənahov, polkovnik-leytenant Elçin Vaqif oğlu Vəliyev, polkovnik Samiq Yusif oğlu Əzizov, polkovnik-leytenant Sakit Yusif oğlu Muradov, mayor Müzəffər Qafil oğlu Namazov və digərlərinin iştirakı müəyyən olunub.
Həbsə alınan DSX vəzifəlilərinin qabaqcadan əlbir olmaları sübuta yetirilib. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib.
Əfqan Nağıyev isə digər qrup üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb. Hazırda istintaq davam edir.
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22