Sovet faşizmi: Səfirliklərdə tapılan sümüklər…
"NKVD” SSRİ-nin mövcudluğu dövründə ən yadda qalan dövlət qurumlarından biri olub. Bu qurumun fəaliyyəti nəticəsində milyonlarla insanın həyatına son qoyulub.
İosif Stalinin repressiya maşınına çevrilən "NKVD”-yə ən qəddar və amansız şəxslər rəhbər təyin edilib. Henrix Yaqoda, Nikolay Yejov, Lavrenti Beriya kimi komissarların adları sovet tarixinə qatı cinayətkarlar kimi həkk olunub.
Sözsüz ki, saysız-hesabsız günahsız insanların qətlinə hökm verən bu şəxslərin son aqibəti də yaxşılıqla sonunclana bilməzdi və hər üç komissarın sonda güllələnməsi hec də təəccüblü deyil.
Arxiv sənədlərinə nəzər yetirsək, "NKVD” rəhbərliyinin insan talelərinə amansız yanaşmasının bir daha şahidi olarıq.
Məsələn, Henrix Yaqodanı SSRİ-nin repressiyalar üzrə baş mütəxəssisi də adlandırmaq olar. "NKVD”-yə komissar təyin olunduqdan sonra o, kütləvi represiyaların həyata keçirilməsi üçün bütün imkanlarından istifadə edib. Yeni cəza növləri, yeni işgəncələr, yeni həbs düşərgələri və bu kimi "ixtiralar” məhz onun adı ilə bağlıdır.
Növbəti komissar Nikolay Yejovun NKVD-yə rəhbərlik etdiyi dövrdə diqqət çəkən məqamlardan biri isə "xalq düşmənləri”nin sayına qoyulan plan olub. NKVD başçısı hər bir respublikaya və vilayətə neçə nəfər insanın cəzalanmasını konkret rəqəmlərlə göstəriş verib.
Cəzalar iki növə bölünüb - güllələnmə və xüsusi düşərgələrə sürgün... Repressiyaya məruz qalacaq insanların sayı və siyahısı Yejovun başçılığı ilə NKVD-də hazırlanıb.
İnsan talelərinə son qoyan bu sənəd Siyasi Büroda təsdiqlənib. Stalin siyahıda kimin adının qarşısına 1 rəqəmi qoyubsa, yəni 1-ci kateqoriya güllələnmə, 2 rəqəmi qoyubsa, sürgün və türmə cəzası nəzərdə tutulub.
Cəzaların say planı ilə bağlı məmurlar arasında bu cür yazışmalar olub. Omsk vilayəti Xalq Daxili İşlər Komissarlığı idarəsinin rəisi Qorbaçın Yejova teleqramı:
"Vilayətdə 1-ci kateqoriyadan 5444 nəfər həbs olunub”.
Yejovun cavabı:
"1-ci kateqoriyaya aid olan həbslərin sayı 8 minə çatdırılsın və təcili məruzə edilsin”.
Digər məruzələrdə göstərilir ki, Ukrayna planı 30 min nəfər, Belarusiya 5 min nəfər artıq yerinə yetirib.
Lavrenti Beriyanın "NKVD” rəhbəri kimi fəaliyyəti isə daha genişmiqayaslı olub. O, sıravi vətəndaşlarla yanaşı, yüksək vəzifəli dövlət məmurlarının və yüksək rütbəli hərbçilərin də aradan götürülməsində peşəkar "mütəxəssis” sayılıb.
Maraqlı məqamlardan biri də odur ki, "NKVD” təkcə SSRİ ərazisində deyil, xarici ölkələrdə də kifayət qədər fəallıq göstərən qurumlardan biri olub.
1941-ci ildə Almaniya xüsusi xidmət orqanlarının əməkdaşları Fransada SSRİ səfirliyini ələ keçirəndə "maraqlı” səhnələrlə rastlaşıblar. Kifayət qədər böyük ərazisi olan səfirliyin bəzi tikililəri əsl həbsxananı xatırladıb.
Hitlerin təbliğat naziri Yozef Göbbels səfirlikdə gördüklərini şəxsi gündəliyində belə qeyd edib: "Sovet hərbi attaşesinin kabinetində aşkar olunanlar məni təəccübləndirməyə bilməzdi. Avtomatlar, tapançalar, partlayıcı maddələr, saat mexanizmli bombalar, işərisində partlayıcı maddə olan siqarlar və s. əsl silah-sursat anbarını xatırladırdı. Bütün bunlar səfirlikdə başqa vəzifə adları ilə işləyən "NKVD” əməkdaşlarının əməlləri idi. SSRİ-nin Fransadakı səfirliyini SSRİ "NKVD”-sinin yerli şöbəsi də adlandırmaq olardı...”
Almaniya Xarici Kəşfiyyat İdarəsinin rəisi Valter Şellenberq də öz memuarlarında səfirlikdə gördüklərini belə bölüşüb: "Səfirlik binasının zirzəmisində işgəncə üçün bütün vasitələr var idi. Zirzəmi divarlarının izolyasiyası, hətta silah səslərinin çöldə eşidilməsinə imkan vermirdi. Bununla yanaşı, zirzəmidə meyitlərin yandırılıb, külə çevrilməsi üçün xüsusi kameralar da qurulmuşdu. Zirzəminin digər qapalı bir hissəsində isə çoxlu sayda insan sümükləri və saçları var idi. Cəhənnəmi xatırladan bu zirzəmi "NKVD”-nin fəaliyyətinin açıq ifadəsi idi. Vaxtilə SSRİ-dən Fransaya qaçanlar yerli kommunistlərin köməyi ilə "NKVD” əməkdaşları tərəfindən ələ keçirilib, məhz burada cəzalandırılıblar...”
Səfirlikdə xüsusi kimyəvi laboratoriya da fəaliyyət göstərib. Məhz bu laboratoriyada zəhərli maddələr hazırlanıb, seçilmiş "hədəf”in məhv edilməsi üçün istifadə olunub.
Alman tarixçisi Xoffmanın yazdığına görə, SSRİ-nin Fransadakı səfirliyindəki həbs, işgəncə, ölüm üçün istifadə olunan vasitələr mövcud dövrün ən müasir avandanlıqlarından ibarət olub. Bu məsələdə SSRİ hökuməti büdcədən vəsait ayırmaqda "xəsislik” etməyib.
Tarixçi onu da qeyd edib ki, SSRİ-nin siyasəti ilə barışmayan və öz ölkələrini tərk etmək məcburiyyətində qalan yüzlərlə ziyalı, hərbçi və dövlət məmuru səfirliyin binasında ağır işgəncələrdən sonra vəhşicəsinə öldürülüblər.
SSRİ rəsmiləri bu faktı təkzib etməyə çalışsalar da, Yozef Göbbelsin səfirlikdən götürdüyü əyani vasitələrin dünya mətbuatında tirajlanması Kremlin bu cəhdini boşa çıxarıb. Və elə Göbbelsin söylədiyi kimi, SSRİ-nin Fransadakı səfirliyi diplomatik missiyadan başqa bütün "qaranlıq” işlərlə məşğul olub.
Qeyd edək ki, SSRİ-nin Almaniyadakı müharəbəyə qədərki dövrdə fəaliyyət göstərən səfirliyində də Fransada olduğu kimi, eyni vəziyyət aşkar edilib.
İlham Cəmiloğlu,
Musavat.com
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Məşhur marşalın oğlu vəfat etdi
22 mart 2024 16:35
- Bu gün İsmayıl Şıxlının 105 yaşı tamam olur
22 mart 2024 12:35
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Dəli Kür-də senzuradan keçməyən son səhnə: Cahandar ağanı kim öldürür? - Video
21 mart 2024 12:54
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Xalq artisti - Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq
20 mart 2024 14:16
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05