Tovuzda yandırılan 10 yaşılı Nərmin
Maraqlı6 iyun 2020 09:14
"Bu günə kimi aparılan istintaq prosesində tutarlı bir dəlil, mötəbər sübut tapılmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmini oğurlayıb öldürməkdə, daha sonra meyiti yandırmaqda ittiham edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib.
Vəkil bildirib ki, İlkin Süleymanova qarşı qaldırılan cinayət işi ilə bağlı istintaq davam edir:
"İstintaq davam edir. Hələ ittihamlar sübut olunmalıdır”.
Əlibaba Rzayev bildirib ki, İlkin Süleymanov hələ ailəsi ilə görüşməyib:
"İlkin ailəsi ilə telefon əlaqəsi saxlayır. Qanunvericilik buna imkan verir. Amma hələ ailəsi ilə görüşməyib, bunun da səbəbi pandemiyadır. Bilirsiniz ki, dustaqlara ailəsi ilə görüşməyə qadağalar var. Yəqin ki, pandemiya başa çatsa, qadağalar aradan götürüləcək. İlkin məsələsi daima gündəmdədir. Sadəcə olaraq, proseslər elə gətirdi ki, istintaq pandemiya ərəfəsinə düşdü. Buna görə cinayət işi ilə bağlı bir az informasiyalar az gedir, amma yəqin ki, sizdən sonra jurnalistlər bunu diqqətdə saxlayacaq”.
Əlibaba Rzayev qeyd edib ki, iyunun 3-də İlkin Süleymanova qarşı törədilmiş qanunsuz hərəkətlərlə bağlı məhkəmə prosesi keçirilib:
"Biz məlumatlar yaymışdıq. Bununla bağlı Respublika Prokurorluğu araşdırma aparıb və hesab edib ki, məlumatlar doğru deyil və cinayət işi qaldırmaqdan imtina qərarı verib. Biz də ondan şikayət vermişdik. Və məhkəmə bizim şikayətimizi təmin etmədi. Bu, sırf işgəncə faktları ilə bağlı idi. İndi İlkinin səhhəti normaldır. Sağlamlığı yerindədir. Bakı İstintaq Təcridxanasına gətiriləndən sonra ona münasibət normaldır. İşgəncə əsasında alınan ifadəyə görə, onu həbs ediblər. Sonradan dedi ki, "o ifadə məndən işgəncə altında alınıb. Mənim o cinayətlə əlaqəm yoxdur. İşgəncələrə dözməyərək belə bir ifadə vermişəm”. İndi bu qərardan şikayət edəcəyik”.
Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.
Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.
İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Oxşar xəbərlər
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Səhər saatlarında üzücü xəbər gəldi: Sumqayıtda 5 nəfər...
11 mart 2024 11:36
- İlkin Süleymanov: Əsl cinayətkarı tapmaq istəmirlərsə, kiminsə yerinə cəzanı mən çəkməliyəm
15 fevral 2024 21:14
- Nərminin valideynləri qanuni nəticə istəmir - İlkin Süleymanov səbəbi AÇIQLADI
14 fevral 2024 21:49
- On yaşlı Nərminin qətli: təqsirləndirilən şəxs məhkəmədən bəraət istədi
13 fevral 2024 18:08
- Tovuzda Xızır Nəbi bayramı xüsusi olaraq qeyd edilir - FOTO
11 fevral 2024 17:39
- Dünya azərbaycanlılarından Prezidentə dəstək - Qalib Azərbaycan İlham Əliyevin əsəridir!”
27 yanvar 2024 18:34
- BƏRAƏT alan şəxs nə qədər TƏZMİNAT ala bilər ?
28 dekabr 2023 19:10
- Generala ərə getdi, 25 il sonra ilk sevgilisindən evlilik təklifi aldı - FOTO
21 dekabr 2023 09:41
- Tovuzda ÇOBAN fermerin oğlunu öldürdü və....
19 noyabr 2023 20:30
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya