Əli Kərimliyə "Zəmanəmizin Rəsulzadəsi" dedi ve ...
Müsahibə9 iyul 2020 17:14
Milli Şuranın keçirdiyi "zoom-konfransı"ndan qalmaqallı görüntülər yayılıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb şura üzvü Rahim Hacıyevin "Zəmanəmizin Rəsulzadəsi" adlandırması olub. Rahim Hacıyevin fikiri şura üzvlərinin ironiyası ilə qarşılanıb.
Milli Şuranın sədri Cəmil Həsənli onun fikrini sərt tənqid edib: "Mən bu təbliğatla bağlı bir məqamı da deyim. Təbliğat məsələsində çox diqqətli olmaq lazımdır və əlavə qıcıq doğuran şeylərə getmək lazım deyil. Bu gün iclasın tənqid hədəfi Rahim Hacıyevdir və mən də onu deyim ki, bu gün o yanlış bir ifadə işlədib. "Əli Kərimli zəmanəmizin Rəsulzadəsidir”. Əlbəttə bu cəmiyyətdə qıcıq doğurur”.
Vidadi Mirkamal və Gültəkin Hacıbəyli də buna etiraz edib. Rahim Hacıyev buna cavab olaraq fikirlərində heç bir qüsur olmadığını deyib: "Mənim fikrimin heç bir qüsuru zadı yoxdur. Vaxt gələcək hamınız bu fikirdən də artığında olacaqsınız”.
Vidadi Mirkamal isə belə fikirlərin insanları iyrəndirdiyini söyləyib: "Bu formada danışıq artıq insanları iyrəndirir. Əli Kərimli özünü təsdiq etmiş liderdir. Amma onu təzədən bəzəmək ki, Rəsulzadədir, buna ehtiyac yoxdur. Bu çox adamda qıcıq yaradır”.
Qənimət Zahid isə "Yaxşı bəylər, Topçubaşov, Allah xeyir versin” deyərək mövzunu dəyişib. İclas zarafat və lağlağı ilə davam edib.
Daha sonra isə Q. Zahid daha sensasion fikirlər səsləndirib: "Mən Rahim bəyə həm də ona görə haqq qazandırıram ki, bu şiddət artırılmalıdır. Əli bəyin blokadası bizim hamımız üçün bir qoruyucu xətt olmalıdır. Onun üstünə o qədər getməliyik ki... Hələ bir blokadaya görə bu qədər təzyiq var. Həbs görün nələri doğura bilər. Biz faktiki olaraq o şiddəti saxlamaqla Milli Şuanı, Korrdinasiya Mərkəzinin digər üzvlərini də xilas etmiş oluruq. O da var. Bu proseslərdə qazanan Milli Şuradır, Xalq Cəbhəsidir, Əli bəyin özüdür. Amma bizim düşərgənin reytinqi artır və hüdudları da genişlənir”.
Oxşar xəbərlər
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Sərdar Cəlaloğlu - İsa Qəmbər başqanlıqdan gedəndə ona dedim ki..
4 aprel 2024 12:37
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Xalq artisti - Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq
20 mart 2024 14:16
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Cinayəti etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edibmiş...
14 mart 2024 07:51
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya