Stomatoloqun kiçik səhvi sizi k.virusa yoluxdura bilər
Reportaj11 iyul 2020 10:18
Qlobal bəla sayılan yeni növ koronavirus (COVID-19) infeksiyası, çox təəssüf ki, bizim respublikamızdan da yan keçmədi. COVID-19 pandemiyasının tam aradan qalxmasını səbirsizliklə gözləsək də, hələ ki ona qarşı peyvəndin olmaması və spesifik müalicə vasitəsinin tapılmaması bizim bu infeksiya ilə hələ bir müddət yaşamalı olacağımız anlamına gəlir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, respublikanın baş stomatoloqu, tibb elmləri doktoru, professor Nazim Pənahov deyib. O bildirib ki, belə bir məqamda stomatoloqların da üzərinə çox böyük məsuliyyət düşür: "Bu infeksiya yaxın təmas, eləcə də hava-damcı yolu ilə ötürülür. Stomatoloqlar isə bu iki ötürülmə vasitəsinin, belə desək, özəyində çalışırlar: bir tərəfdən, pasiyentlə həkim-stomatoloq arasındakı fiziki məsafənin tam yaxın olması, digər tərəfdən də ağız boşluğunun tüpürcək mühiti. Burada artıq tüpürcək damlacıqları ilə yaxın təmasdan deyil, birbaşa onun yarandığı və yerləşdiyi mühitdəki küllü miqdardakı təmasdan söhbət gedir. Bu baxımdan, stomatoloqun etdiyi kiçik səhlənkarlıq, yaxud onun gigiyena qaydalarına riayət zamanı etdiyi səhv nəinki özünün, eləcə də ailəsinin, yaxın çevrəsinin, həmçinin digər xəstələrin və ümumilikdə işlədiyi klinikadakı bütün personalın yoluxmasına səbəb ola bilər. Təbii ki, bunları göz önünə almaqla hər bir həkimin bilməli olduğu xüsusilə vacib olan bir qızıl qaydaya riayət edilməlidir. Yaxınlıq və qohumluq dərəcəsindən asılı olmadan, hər bir müraciət edən şəxsə potensial virus daşıyıcısı kimi baxılmalıdır. Onun müayinəsi və müalicəsi zamanı heç vaxt bu ehtiyat əldən verilməməlidir. Əgər stomatoloq özünü bu infeksiyadan qoruyacaqsa, deməli, ətrafını da yoluxdurmayacaq.
Bu infeksiya yayılmadan öncə də ağız boşluğu xüsusi təhlükəli infeksiyaların, məsələn QİÇS, hepatit, vərəm, sifilis və s. infeksiyaların potensial yayılma ocağı sayılırdı. Lakin bu qızıl qaydaya riayət edən həkimlər, təbii ki, həmin infeksiyalara yoluxmur və başqasına da yaymırdı. İndi də bu sıraya COVID-19 qatılıb. Sadəcə, vacib gigiyenik qaydalara mütləq riayət edilməlidir.
Belə bir xırdalığı misal çəkmək istərdim. Məsələn, mən bir həkim olaraq, əlimə əlcək, üzümə maska taxıramsa, bu artıq mənim şüurumda həmin nahiyələrin bulaşmış olduğu anlamı yaradır. Heç vəchlə əlimdəki əlcəklə üzümdəki maskaya, yaxud bədənimin başqa nahiyələrinə, məsələn, saçıma, alnıma, eləcə də məni əhatə edən avadanlıqlara, otaqdakı mebelin rəflərinə, qapılarına və s. yerlərə toxunmuram. Əgər yardımçı personal otaqda deyilsə və mən məcbur qalıb nəyəsə toxunmalıyamsa, məsələn, mebelin qapısını, yaxud su kranını açmalıyamsa, onu sərbəst saxladığım və xəstə ilə təmas etdirmədiyim çeçələ barmaqlarımla, yaxud əlimin arxası yaxud dirsəyimlə edirəm. Mən bu vərdişin vətəndaşlarda da yaranmasını çox arzulayardım. Belə ki, hərdən marketlərdə fikir verirəm ki, maska və əlcək taxan bəzi şəxslər həmin qoruyucu vasitəni səhvən daha çox bulaşdırıcı vasitə kimi işlədirlər. Nəticə isə bir çox hallarda arzuedilən olmur”.
O, hazırda vətəndaşların bir çoxunun virusa yoluxmamaq üçün stomatoloqlara müraciət etməməsi məsələsinə də toxunub: "Vətəndaşların stomatoloqlarla bağlı olan narahatlığı başa düşüləndir, əsassız da deyil, lakin tədbirli olsaq, bir o qədər də qorxulu deyil. Əgər vətəndaşlarda həkim-stomatoloqa müraciət etmək zərurəti yaranarsa, məsələn, dişlərində kəskin ağrı, gecə ağrıları, daimi sızıltı və s. bu kimi hallarda, təbii ki, ehtiyat tədbirləri görülməklə, eləcə də gedilən stomatoloji klinikada bu tədbirlərə ciddi əməl olunmasına əmin olduqdan sonra müalicə üçün müraciət etmək olar. Həkim özünü qorumağa çalışacaqsa, deməli, pasiyenti də qoruyacaq. Lakin estetik baxımdan bəzi konstruksiyaların hazırlanması, yaxud dişlərin ağardılması və digər bu kimi planlı işləri bir müddət təxirə salmaq olar. Belə ki, həmin estetik prosedurlar vətəndaşların həkim qəbuluna uzun müddət gəlməyinə səbəb olacaq. Bu da pasiyentin həmin klinikada olma müddətini və təsadüfən yoluxma ehtimalını artıra bilər. Eləcə də dişlər yonularkən havaya dağılan aerozol şəklində damlacıqlar həm həkimin, həm də həmin pasiyentdən sonra müraciət edən vətəndaş üçün risk amili sayılır.
Ağız boşluğunun gigiyenasına ciddi riayət etmək bu virus yayılmazdan öncə də vacib idi, indi də təbii ki, önəmlidir. Əsas məsələ immun sistemini zəiflətməməkdir. Çünki bədənimiz elə qurulub ki, güclü immunitetə malik olsaq, istənilən infeksiya ilə mübarizə apara bilərik. Bir də ki son zamanlar bəzi vətəndaşlarda bir qədər pessimist əhval-ruhiyyə hiss edilməkdədir. Sanki bu virusa yoluxan hər kəs dünyasını dəyişir. Düşünürəm ki, bu fikrə bir az tənqidi yanaşmalı, dünya üzrə yoluxanların 99 faizinin COVID-19-u yüngül və orta, yalnız 1 faizinin ağır keçirdiyini nəzərə almalıyıq. Lakin tədbirlərə riayət etməklə, özümüzü qorumaqla, təbii ki, ətrafdakıları da mühafizə etmiş olarıq”.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Xaçmazda qadın özündən 39 yaş kiçik qohumu tərəfindən öldürüldü... VİDEO
23 mart 2024 18:31
- Sarımsağın bu ZİYAN-larını bilirsiniz?
22 mart 2024 20:04
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya