Lukaşenko Putin haqda elə sirləri açdı ki… - sensasion video
Dünya6 avqust 2020 23:41
"Yeltsin Putini hakimiyyətə gətirdiyinə görə peşman olmuşdu”; "Məni koronavirusa yoluxdurdular” və daha nələr...
Belarusda avqustun 9-da keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb. Bu ərəfədə Rusiya ilə Belarus arasında münasibətlər gərginləşib.
Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin haqda sensasion açıqlamalar verib.
O, deyib ki, Rusiyanın ilk prezidenti Boris Yeltsin bir müddət sonra Vladimir Putini özünün varisi seçdiyinə görə peşman olub. Lukaşenkonun sözlərinə görə, Putin Kremlə yerləşən kimi Rusiyanın ilk prezidenti ilə aralarında fikir ayrılığına səbəb olan bəzi qərarlar qəbul etməyə başlayıb. "Putinin bəzi qərarları Yeltsini qəzəbləndirirdi", deyə Aleksandr Lukaşenko bildirib.
Lukaşenko əlavə edib ki, Yeltsin prezident vəzifəsindən istefa verdikdən sonra onunla tez-tez görüşüb və Putindən narazılıqlarına görə onu sakitləşdirməyə çalışıb. "Amma "Yeltsin peşman idi...”, deyə Belarus prezidenti bildirib.
Boris Yeltsin handed over power to Acting President Vladimir Putin in the Kremlin • President of Russia
Lukaşenko deyib ki, Putinlə fikir ayrılığının Yeltsinin hakimiyyətə olan sevgisi səbəbindən baş verdiyinə inanmır. Çünki Yeltsin düşünürdü ki, Putin "məsləhət üçün ona tərəf qaçacaq", amma bu, baş verməyib. Lukaşenko xatırladıb ki, Putinin Kuba və Vyetnamdakı Rusiya hərbi bazalarını saxlamaqdan imtina etməsi qərarı Yeltsini hədsiz məyus edib. Belarus prezidenti onu da deyib ki, o, Yeltsini bu cür qəzəbli vaxtlarında "bir stəkan şərab içməklə” sakitləşdirməyə çalışıb.
Lukaşenko "Putin heç kimə inanmır” deyərək, Rusiya prezidenti haqda düşündüklərini, onun xarakteri haqda müşahidələrini dilə gətirib. Jurnalist Belarus prezidentinə Rusiya ilə ticarət, neft müharibələrinin olduğunu, daima Minskə təzyiq etdiyini və bunun 2036-cı ilə qədər davam edə biləcəyini deyib. Lukaşenko deyib ki, Putinin 2036-cı ilə qədər prezident olacağı jurnalistlərin fərziyyəsidir ki, bu da reallaşmayacaq. Belarus lideri etiraf edib ki, Putinlə mübarizədən yorulmaq olmur, amma Almaniya kansleri Angela Merkel ilə "yorula bilər".
Eyni zamanda, Belarus lideri Merkeli "dişi canavar" kimi xarakterizə edib: "Onsuz Avropa "gücünü itirərdi".
Qeyd edək ki, Rusiyada az qala düşmən elan edilən ukraynalı jurnalist Qordonun Lukaşenko ilə müsahibəsinin yalnız bəzi hissələri yayılıb və bu, Rusiya telekanallarında artıq ciddi müzakirəyə çevrilib.
Müsahibənin hələ yayılmayan hissəsində Belarus prezidenti deyib ki, koronavirus xəstəliyinə tutulması təsadüfi olmayıb. Onun fikrincə, bu xəstəlik ona "əkilib", yəni yoluxması təbii yolla olmayıb. "Koronavirusu mənə soxuşdurublar. İndi bunu araşdırırıq", deyə o bildirib. Belarus rəhbəri onu da əlavə edib ki, xəstəliyi yüngül formada və ayaq üstə keçirib.
Qordon "Azadlıq radiosu”na müsahibə zamanı Lukaşenkonu tamamilə sağlam görüb və bildirib ki, prezidentin çox güclü əl sıxışması var. Lukaşenko "məni güllələyə bilərlər. Ancaq mən heç yerə qaçmayacağam" söyləyib. (musavat.com)
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
- Terrorçuların milliyyəti, vətəni və dini olmur - Tacikistan Prezidenti
24 mart 2024 20:16
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya