"Nəcməddin Sadıqovla "Güzgü"də idim..."
Sabiq Baş prokuror Əli Ömərov şair Qənbər Şəmşiroğlunun ölkə başçısına müraciətini oxuduqdan sonra kövrəldiyini bildirib.
Ə.Ömərov Moderator.az-a açıqlamasında Q.Şəmşiroğluyla ilk dəfə Kəlbəcərdə necə tanış olmasından danışıb və tezlikdə o torpaqlarda görüşəcəklərini arzu etdiyini bildirib:
“Mən Qənbər müəllimi 1978-ci ildən bəri tanıyıram. O vaxt Kəlbəcərdə iki jurnalisti rüşvətə görə Rafiq adlı müstəntiq həbs etmişdi. Şikayət əsasında o işi mənə həvalə etdilər və Kələbəcərə o işi aparmağa gedəndə Qənbər müəllim orda İcraiyyə Komitəsinin sədri işləyirdi. Biz orda tanış olduq və məni bir neçə dəfə evlərinə dəvət edib Dədə Şəmşir Ocağında qonaq etdi. O vaxt mənə ən çox sevilən qurudlu xəngəl qonaqlığı verdi. Mən o vaxtdan Qənbər müəllimlə tanış oldum. Mən onu bir ziyalı, xalqını, vətənini, sevən, gözəl şair, yazar qəlbli insan kimi tanıyıram. Onun “Murovdağda nəvələrimin əlindən tutub Kəlbəcərə gedəcəm” dediyi sözlər bir dost kimi məni kövrəltdi. Mən inanıram ki, Qənbər müəllim yüz yaşı da olsa dediyi sözə əməl edən adamdır. Taledən arzu edirəm ki, hörmətli Ali Baş Komandanımızın rəhbərliyi altında, onun müdrik göstərişləri, xalqına qayğıkeş və müsbət münasibətləri əsasında Kəlbəcər torpağı işğaldan azad olunsun və Qənbər müəllim də nəvələrinin əlindən tutub öz doğma yurdunu, elini, Dədə Şəmşir Ocağını, qəbrini ziyarət etsin. Qoy Ulu Tanrı bunu Qənbər müəllimə qismət etsin. Çünki Qənbər müəllim ulu bir nəslin nümayəndəsidir. Onlar həmişə vətən, vətəndaşlıq, Azərbaycan xalqı uğrunda yüksək fikirdə olan adamlardır. Dədə Şəmşirin özünün şeirlərində də hiss olunur ki, onlar Azərbaycan xalqına böyük inam bəsləyir, xalqın yaxşı gələcəyini, taleyini arzulayır. Mən də Qənbər müəllimə arzu edirəm ki, o, yaşının bu ahıl çağında Murovdan aşaraq getsin dədə yurdunu ziyarət etsin. O, buna layiqdir və ona yaraşır. Bu nəslin yazar kimi daha bir nümayəndəsi olan Cavid Qurbanovun da şeirləri çox xoşuma gəlib. Məni heyrətə gəlmişəm ki, Cavid müəllim necə vətən, torpaq eşqiylə qəlbi yanan bir insandır. O, şeirində də Kəlbəcər həsrətini çox layiqincə təsəvvür edib. Ona görə də mən hər iki adama uğur arzulayıram və istəyirəm ki, onlar Kəlbəcər torpağına getsinlər və mən də dostum Qənbərin sağlığında dədə yurduna gedib qonaqlıq yeyim. Dədə Şəmşir bildiyiniz kimi haqq aşığıdır və yəqin ki, onun oğlunun ürəyinə Kəlbəcərə qayıdacağı damıb və ona görə də Ali Baş Komandana belə bir müraciət edib".
Ə.Ömərov Murov yüksəkliklərinin ordumuz tərəfindən azad edilməsinin strateji əhəmiyyətindən də danışıb:
“Mən general-polkonik Nəcməddin Sadıqovla birlikdə Murov aşırımındakı "Güzgü" deyilən yerdə olmuşam. Murov yüksəkliyindən Kəlbəcər rahat görünür. O vaxt bələdçilər Murovda iştirak edəndə N.Sadıqov da komandir idi. Mən də tankda oturmuşdum və bələdçilər bizə rabitəylə yerlərini deyirdilər, amma mənimlə bir yerdə oturan polkovnik Rəfiyev deyirdi ki, bələdçilərin harda olduğunu eşitmir. Deyirdim ki, necə olur mən eşidirəm, amma sən eşitmirsən? Mənim onda Kəlbəcərdə gözlərimə soyuq oldu və mən Türkiyəyə gedib gözümü əməliyyat etdirdim. Türkiyədə olanda eşitdim ki, qar uçqunu olub və çox sayda əsgərlərimiz qar altında qalıb. Murovdan Kəlbəcəri, Sərsəng su anbarını, Ağdərəyə gedən yolları çox sərbəst şəkildə vurmaq olar. Murov yüksəkliklərinin alınması qələbənin əlli faizinin təmin olunması deməkdir. Çünki Murovdan Dağlıq Qarabağın bütün ərazilərini vurub dağıtmaq olar. Mən Azərbaycan Ordusunu bu qəhrəmanlığına görə təbrik edirəm və bir daha xalqımın və Kəlbəcər həsrətiylə ürəyi yanan Qənbər müəllimin gözü aydın olsun”.
Oxşar xəbərlər
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Aybəniz Haşımovadan qızı Aynişana: Bilsəydim, səni bu dünyaya gətirməzdim
22 mart 2024 10:47
- Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim - Cavanşir Quliyev + VİDEO
22 mart 2024 10:00
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Xalq artisti - Dedi ki, sizə erməni pasportu düzəldək və Ermənistanda heykəlini ucaldaq
20 mart 2024 14:16
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- Mənzurə - Bakıda bir dənə hamburger 100 manat pul verdim
17 mart 2024 17:24
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya