Qubadlının tarixi və abidələrinə qarşı erməni vandalizmi
Tarixi Zəngəzur bölgəsinin qapısı sayılan Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir. 1933-cü ildə yaradılmış rayonun ərazisi 802 kvadratkilometr olub, inzibati cəhətdən 94 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 93 kənddən ibarətdir. XIX-XX əsrin əvvəllərinə aid arxiv sənədləri, eləcə də çar Rusiyasının mövcud olduğu dövrdə tərtib edilmiş statistik hesabatlar Qubadlı ərazisinin yerli əhalisinin Azərbaycan türkləri olduğunu təsdiq edir. Erməni işğalından əvvəl də rayon əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olub, ərazisində heç bir erməni yaşamayıb. Qubadlı rayonu 1988-ci il noyabrın 24-də ilk şəhidini verdiyi gündən 1993-cü il avqustun 31-də erməni işğalına məruz qaldığı tarixədək 1737 gün düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb. 1993-cü ilin avqustunda Qubadlı rayonu uğrunda döyüşlər zamanı müasir dövrdə olduğu kimi, yalançı erməni xisləti özünü açıq-aydın göstərdi. 1993-cü il avqust ayının sonunda ermənilər atəşkəs vədi versələr də, qəfildən hücuma keçərək rayon ərazisini tamamilə işğal etdilər.
HİT.Az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında tarixçi alim Ramin Əlizadə bildirib.
O qeyd edib ki, işğaldan keçən 27 il ərzində rayon ərazisində ictimai binalar, yollar, körpülər, həmçinin tarixi və mədəni abidələr demək olar ki, bütünlüklə ciddi dağıntılara məruz qalıb. Qubadlı şəhəri və rayonun əksər kəndləri işğal edildiyi gündən erməni vandalları tərəfindən dağılıb və yandırılıb.
1993-cü il oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnaməyə əsasən erməni silahlı qüvvələri işğal etdikləri Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən geri çəkilməli, həmçinin hərbi əməliyyatları dayandırmalı və atəşkəs imzalanmalı idi. Lakin türk-müsəlman qanına susamış ermənilər bir sıra xarici dövlətlərin hərbi-siyasi və maliyyə dəstəyi sayəsində iyrənc əməllərindən əl çəkməyib, uzun illər Azərbaycan xalqına qarşı təxribatlar törətdilər. Qubadlı rayonu ərazisində yüzdən artıq tarixi və mədəni abidə erməni vandalları tərəfindən məhv edilib. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib. Onlarla tarixi abidə dağıdılıb, yandırılıb, dini abidələr donuz tövləsinə çevrilib, bir sözlə mənfur ermənilər Qubadlı rayonu ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa hamısını məhv etməyə çalışmışlar. Qubadlı rayonunun erməni işğalı altında olduğu dövrə aid video və foto görüntüləri bunu əyani olaraq bir daha sübut edir.
Qubadlı rayonunun qədim daş dövrünə aid abidələri içərisində Bərgüşad çayı sahilində yerləşən mağaranı, rayon mərkəzindən 20 kilometr şimalda yerli əhalinin pir adlandırdırdığı dini inanc yeri olan “Ağ kaha” və “Qara kaha” mağaralarını, Balahəsənli, Əliquluuşağı kəndlərində və Gavur dərəsində mağara məbədləri xüsusilə qeyd etmək olar. Tunc dövrünə aid abidələr içərisində isə Muradxanlı kəndində “Maltəpə” yaşayış məskənini, Teymur Müskanlı və Əliquluuşağı kəndləri ətrafında siklopik qalaları, kurqanları, Qalaça, Qız qalası, Koroğlu qalası, Qubadlı şəhərinin mərkəzində “Xırman yeri” təpəsi və digər tarixi yer-yurd məkanlarını göstərmək olar. Erməni işğalçıları tərəfindən Qarabağın digər tarixi və mədəni abidələri kimi, Qubadlının da tarixi abidələrinin bir çoxu hərbi məntəqə kimi istismar olunub və ya məhv edilib. Qubadlı şəhərinin mərkəzində xalq qəhrəmanları Qaçaq Nəbi və onun həyat yoldaşı olan kişi qeyrətli Həcər xanımın şərəfinə qoyulan xatirə abidələri rayon ərazisi işğal edildiyi ilk günlərdə dağıdılıb. Rayon ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidələrin hamısı yerlə-yeksan edilib.
Tarixçi alim diqqətə çatdırıb ki, Qubadlı rayonu ərazisində bölgənin yerli əhalisi olan Azərbaycan türklərinin əcdadları olan Oğuz türklərinə aid xeyli sayda qoç və at heykəlləri aşkarlanıb. Qubadlı şəhəri yaxınlığında bir çox qədim qalaların bu günədək gəlib çatmış qalıqları, Yazı düzündə, Əliquluuşağı kəndi yaxınlığında V əsrə aid Göy qala, həmçinin Muradxanlı kəndi ərazisində Qalalı istehkam kompleksi qədim türk boylarının yadelli hücumlarına qarşı igidcəsinə mübarizə aparmasının bariz nümunəsidir.
“Azərbaycan Ordusu tərəfindən Qubadlının azad ediləcəyi gün Zəngəzurun qapısını döydüyümüz gün olacaq. Həmin gün tariximizin yeni və daha bir şanlı səhifəsi yazılacaq. Qubadlının erməni işğalından azad edilməsi ölkəmizin iqtisadi qüdrətinə də müsbət təsir göstərəcək. Erməni işğalından azad edilməkdə olan digər tarixi torpaqlarımız kimi, Qubadlının da ərazisində zəngin təbii sərvətlər mövcuddur. Bu isə çox qısa zamanda respublikamızın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək”, - deyə Ramin Əlizadə qeyd edib.
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06