Hüseynqulu Bağırov 450 minlə bağlı dindiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə istintaqın zərərçəkmiş kimi tanıdığı şəxslər ifadə verərək özlərini zərərçəkmiş hesab etmədiklərini deyiblər.
Daha sonra şahid Namiq Bağırov ifadə verərək deyib ki, bir müddət Departamentdə təcrübə keçsə də, onun adına nə qədər maaş yazıldığını bilmir: "Sadəcə təcrübə keçmişəm, işləməmişəm və maaş da almamışam".
Məlum olub ki, istintaq materiallarında onun adından təqdim edilən ifadədə Departamentdə işlədiyini, əmək haqqı aldığını dediyi qeyd olunub. Təqsirləndirilən İlqar Hacıyev deyib ki, zərərçəkmişlərin bir çoxunu və şahidləri tanımır: "Onların zərərçəkmiş kimi dindirilməsi qərəzlidir".
Şahid Cəmilə Muxtarova məhkəmədəki ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını deyib: “Məni Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırıb dedilər ki, adına pul köçürülüb. Heç bir yerdə də işləməmişəm, adıma pul köçürülüməsindən xəbərim olmayıb. Heç kimdən də pul almamışam”.
Təqsirləndirilən Orxan Qasımovun tələbə yoldaşı Kamil Bağırov şahid qismində ifadə verərək deyib ki, onu Departamentə təcrübə keçmək üçün Orxan dəvət edib: "Həmin müddətdə adıma pul köçürülməsindən xəbərim olmayıb" .
Bu dəfə də K. Bağırovun istintaqdakı ifadəsində adına ayrılan pulun mənimsənildiyini desə də, məhkəmədə bu ifadəsini təsdiqləməyib: "Müstəntiq məni aldadıb, mən belə bir ifadə verməmişəm".
Təqsirləndirilən Orxan Qasımovun vəkili isə müstəntiq barəsində tədbir görülməsini istəyib.
İlqar Hacıyev məhkəməyə bildirib ki, müstəntiq bəzi şahid və zərərçəkmişlərdən ona qarşı qərəzli ifadə alıb: “Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.
İ. Hacıyev daha əvvəlki məhkəmə iclasında bildirmişdi ki, 450 min manat zərər Əkbər Həsənov vasitəsilə Hüseynqulu Bağırova verilib və tələb edib ki, sabiq nazir bununla bağlı məhkəmədə ifadə verməlidir. Hakim Hüseynqulu Bağırovun da məhkəməyə şahid kimi çağırılıb dindiriləcəyini bildirib.
Daha sonra İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə müdafiə etdiyi şəxsin zərəri ödədiyini bildirərək onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakim isə bildirib ki, təqsirləndirilən şəxs zərəri ödədiyi üçün ev dustaqlığına buraxıla bilməz. Vəkil Ramil Məmmədzadə bildirib ki, İlqar Hacıyev zərəri ödəmədiyi üçün həbsdədir: “Sabiq nazir Hüseynqulu Bağırovun adı çəkilən bir cinayət işindən söhbət gedir. Maraqlıdır ki, niyə bu işdə 5 nəfər təqsirləndirilən şəxs olduğu halda yalnız İlqar Hacıyev həbsdə olmalıdır? Niyə Əkbər Həsənov ev dustaqlığındadır və məhkəməyə evdən gəlib-gedir? Həm də sədrlik edən hakim olaraq hazırlıq iclasında verdiyimiz vəsatətə cavab olaraq bildirdiniz ki, zərər ödənilməyib və buna görə də ev dustaqlığına buraxılmaqdan söhbət gedə bilməz”.
Hakim vəkilin bu sözlərinə müdaxilə edib və bildirib ki, o belə söz deməyib.
Vəkil Ramil Məmmədzadə qeyd edib ki, səs yazısı və kamera görüntüsü varsa, bunu sübut edə və qeydləri götürmək olar. Hakim Siyavuş Hacıyev müşavirədən sonra vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini açıqlayıb.
İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06