Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri Fotolar
Azərbaycanda mağazalarda açıq-aşkar marixuananı təbliğ edən geyimlər satılır. Xüsusən də 3-14 yaşlılar üçün bir uşağın özünü dərketmə dövründə belə geyimlərin daha çox satıldığını görmək mümkündür. Bu geyimlər "Instagram" üzərindən də çox geniş yayılaraq satılmaqdadır.
Maraqlıdır, satıcılar bu geyimlərin üzərində təsvir olunanlardan xəbərdardılarmı? DİN, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu istiqamətdə hansı addımlar atıb və atmaqdadır? Geyim təhlükəsizliyi necə qorunmalı və necə etməli ki, bu cür geyimlərin ölkəyə sərbəst axınının qarşısı alınsın? Bu kimi suallara cavab tapmağa çalışdıq.
Sputnik Azərbaycan olaraq öncə bu geyimlərin açıq-aşkar satıldığı mağazalarla əlaqə saxladıq. Adlarıının çəklilməsini istəməyən mağaza satıcıları bu geyimlərin nəyi təbliğ etdiyindən xəbərdar olsalar da, "dəbdir" deyib onların açıq-aşkar satışını davam etdirirlər. İş adamlarının qazanc naminə bu geyimləri satışdan yığışdırmaq fikri yoxdur. Bu geyimlərdən qazanc isə gələcəkdə nə qədər həyatın, nə qədər ailələrin dağılmasına səbəb ola bilər.
Bakıdakı firma mağazalarından birinin satıcısı əməkdaşımıza deyib ki, geyimin üzərində narkotik tərkibli marixuananın təsvirinin olub-olmaması elə bir əhəmiyyət daşımır. Onlar sadəcə bu geyimin satılmasında maraqlıdırlar.
Mazağa satıcıları bu geyimlərin Türkiyədən gətirildiyini və çox satıldığını, hətta artıq sayının azaldığını deyirlər. Bu isə o deməkdir ki, bir çox hallarda valideynlərin diqqətsizliyi, məlumatsızlığı, savadsızlığı sayəsində gələcəkdə ailələrdə özünü göstərəcək dəhşətli kabus artıq həmin evlərin qapısından içəri girib.
Redaksiyamıza üzərində ingilis dilində əxlaqsızlığı, seksi və cinsi istismarı təbliğ edən ifadələrin yazıdığı uşaq geyimlərinin satıldığı barədə də şikayətlər gəlməkdədir.
"8-ci mikrorayon bazarından 6 yaşlı oğlum üçün köynək almışdım. Alanda üzərində nə yazıldığına fikir vermədim. Evdə köynəyi uşağa geyindirəndə həyat yoldaşım dedi ki, "sən alanda bunun üzərindəki yazıya niyə fikir verməmisən, gör nə yazılıb, tez çıxar uşağın əynindən". Yazıya baxanda şoka düşdüm. Köynəyi aldığım yerə qaytardım. Satıcıdan azyaşlı uşağa üzərində belə yazılar olan köynəyi niyə satdığını soruşdum. O isə dedi ki, köynək Türkiyə istehsalıdır və ondan hər gün azı 10-15 dənəsini satır. İndiyə qədər ona bu barədə irad bildirən olmayıb. And-aman elədi ki, ingilis dilini bilmədiyi üçün nə yazıldığına baxmayıb. Üzrxahlıq eləyib köynəyi qaytardı. Amma növbəti dəfə bazara gedəndə elə həmin satıcının eyni köynəkləri yenə satdığını müşahidə elədim", - deyə azyaşlının valideyni Aytən Məmmədova bildirib.
"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bu cür halların baş vermə səbəblərindən danışıb.
"İstehlakçılar bilməlidirlər ki, əksər uşaq oyuncaqları, uşaqlar üçün nəzərdə tutulan əyləncələr, cizgi filmlərin arxasında böyük məqsədlər dayanır. Gördüyünüz uşaq oyuncaqları böyüyəndə böyük avtomobillərə, qəhrəmanlar isə onlar üçün böyük brendə çevrilirlər. Məqsədlərdən biri də budur ki, istehlakçısı yeyib-talayan, acgöz birinə çevrilsin. Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı elə rəftar edir ki, guya insanları ətraf mühiti qorumağa, təhlükəsizliyə səsləyir. Bu istəklər əslində səmimi deyil", - o, deyib.
Ekspertin fikrincə, bu gün bütün dünya marixuana ilə mübarizə aparsa da, ondan külli miqdarda pul qazanan ölkələr də var. Geyimlərin üzərində belə təsvirlərin olması isə çox az yaşdan insanların beyinlərini yuyaraq gələcəkdə buna meyilləndirməyi hədəfləyib.
"Vaxtilə siqaret formasında saqqızlar satılırdı kı, burada da məqsəd uşaqları siqaretə alışdırmaq, onu təbliğ etmək idi. Təəssüflər olsun ki, mövcud qanunlar bu kimi halları qadağan etmir. Bu kimi halların qadağası üçün dövlət qurumları da fəal iş aparmır. İstehlakçı hüquqları arxa plana keçib, biznes qurumları isə nə istəsə edə bilirlər", - deyə birlik sədri əlavə edib.
"Əksər hallarda mağaza rəhbərləri, "bilmirdim", "bu yarpağın rəsmini tanımırdım" deməklə məsuliyyətdən yayınmağa çalışa bilərlər. "Bu halların qarşısını almaq üçün nə edilməlidir?" sualına cavab olaraq E.Hüseynov deyib ki, hökumətin qərarları dəyişilməlidir:
"Toxunulmazlıq statusu aradan qaldırılmalıdır, İstehlakçı hüquqlarını qoruyan dövlət və qeyri-dövlət təşkilatları əlbir işləməlidirlər".
O bildirir ki, belə malları gətirən şəxslər üzərlərində ictimai məsuliyyət hissini daşımalıdırlar. Yazılı ərizə daxil olarsa, bu məsələ onlar tərəfindən də araşdırılacaq.
Məsələ ilə bağlı millət vəkili Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallar varsa, bununla birgə mübarizə aparmaq lazımdır:
"İnsan sağlamlığına zərər gətirəcək maddələrin reklamının əleyhinəyəm. Qanunla da siqaret, alkoqollu içkilər və bu kimi digər vasitələrin reklamı qadağan olunub. Marixuana bitkisinin uşaq geyimlərinin üzərində təsvir olunması yolverilməzdir. Bu, təbliğat xarakteri daşıyır və bunun qarşısı alınmalıdır. Bu mövzuda diqqətli olmaq lazımdır".
Deputat hesab edir ki, bu kimi faktları araşdırmaq lazımdır: "Narkotiklərin reklamı da qadağandır. Geyimlərin üzərində reklam xarakterli bu kimi hallar varsa, biz bununla bağlı tədbir görməliyik. Bu kimi halla rastlaşsam, onun qarşısının alınması üçün məsələni Milli Məclisin gündəliyinə saldıracağam".
Qeyd edək ki, bəhs etdiyimiz geyimlərin üzərində "High Times" ifadələri də yazılıb. "High Times" dünyada marixuananın leqallaşdırılmasını tələb etməsi ilə məşhurlaşan bir brend hesab edilir. Uşaq geyimləri üzərinə yazılmış seksi və cinsi zorakılığı təbliğ edən ifadələri isə KİV-də yaymaq jurnalistlərin peşə etikasına ziddir.
Qeyd edək ki, DİN, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bununla bağlı sorğu göndərmişik və onların mövqeyini işıqlandırmağa hazırıq. Adıçəkilən hər iki dövlət qurumunun məsələyə necə münasibət bəsləyəcəyi maraqlıdır.
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06