Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürmür. Ayrılıqdan sonra aktrisa daha bir həmkarı ilə - Mübariz Əlixanoğlu ilə ailə qurur. Lakin onun ikinci evliliyi də uğurlu alınmır. Buna səbəb isə Mübarizin alkoqola meylli adam olduğu bildirilir. M. Əlixanoğlu bir neçə filmdə, o cümlədən "Yol əhvalatı"nda inspektor rolunda çəkilib.
3 dəfə infarkt keçirən, diri-diri basdırılan Gülşən Qurbanova
NUH.az Kulis.az-a istinadən Xalq artisti Gülşən Qurbanova haqqında maraqlı faktları təqdim edir.
Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Orta təhsilini 175 saylı məktəbdə rus dilində alıb. 15 yaşında kitabxanaçılıq texnikumunu bitirdikdən sonra TV-də rejissor assistenti işləməyə başlayır. 1974-cü ildə Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini başa vurub Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olur.
Aktrisa teatrda işlədiyi illərdə "Mənim nəğməkar bibim", "Ana laylası", "Tamahkar", "Fudzi dağında qonaqlıq", "Zəncirlənmiş Prometey", "Pul dəlisi", "Bala bəla sözündəndir" kimi tamaşalarda kaloritli obrazlar yaradıb. Onun filmoqrafiyasında isə 20-dən artıq film yer alıb.
***
Gülşən Qurbanova aktyor Ağadadaş Qurbanovun qızı olub. Atasının faciəvi ölümü isə onun gözlərinin qarşısında baş verib. Ağadadaş Qurbanov Salyana qastrola gedəndə 15 yaşlı Gülşəni də özü ilə bərabər aparıb. Mehmanxanaların birində Gülşənlə atasının dayandığı eyvan uçur. Ağadadaş Qurbanov vəfat edir, Gülşənin isə qolu sınır. Onu xəstəxanaya aparırlar və atasının ölümünü bir müddət ondan gizlədirlər.
Məşhur aktyor Hamlet Qurbanov aktrisanın ata bir ana ayrı qardaşı olub. Atasının ölümünə qədər onlar heç zaman görüşməyiblər. Yalnız atasının dəfn mərasimində bacı-qardaş tanış olub, mehribanlaşıblar. Lakin sonralar Hamlet Qurbanovanın anası aktrisa Gülxar Həsənovanın Gülşən Qurbanovanın anası haqqında dediyi xoşagəlməz sözlər yenidən onların arasında soyuqluq yaradıb.
***
Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürmür. Ayrılıqdan sonra aktrisa daha bir həmkarı ilə - Mübariz Əlixanoğlu ilə ailə qurur. Lakin onun ikinci evliliyi də uğurlu alınmır. Buna səbəb isə Mübarizin alkoqola meylli adam olduğu bildirilir. M. Əlixanoğlu bir neçə filmdə, o cümlədən "Yol əhvalatı"nda inspektor rolunda çəkilib.
2006-cı ildə teatrdan ayrılan Gülşən Qurbanova telekanallara dəvət alır və uzun müddət AzTV-nin "Gəlin, birlikdə gülək" adlı layihəsinin ulduzuna çevrilir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. Elə həmin illərdə aktrisanın əməkdar artist Azər Mirzəyevlə eşq macərası yaşadığı söylənilir.
***
AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. "Qaynar qazan" verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə edir. Amma Gülşən xanım bu telekanaldan incik ayrılır.
***
Çox adam bilmir ki, Gülşən Qurbanova 3 dəfə infarkt keçirib. Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən evə gələrkən növbəti dəfə infarkt keçirərək 56 yaşında vəfat edir. Ailə üzvləri onu Fəxri Xiyabanda dəfn etməyə çalışsalar da buna heç cür nail ola bilmirlər.
Hər zaman "Gülüş - mənim müdafiə reaksiyamdır" deyən aktrisa ölümdən qorxduğunu da gizlətməyib. Elə buna görə də aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş ki, "əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim".
***
Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...
İndiyə kimi aktrisanın müəmmalı ölümüylə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar dolaşır. Amma aktrisaya çox yaxın olan adamlar onun ölümünün hansı səbəbdən baş verdiyini dəqiq bilirlər. Həmkarlarının dediyinə görə, aktrisanın adı ömrünün son illərində bir sıra naməlum məslələrdə hallanıb. Adlarının çəkilməsinin istəməyən həmkarlarının dediyinə görə bir gün o, efirdə olanda aktrisaya xəbər çatır ki, polislər onu axtarırlar. Hətta polis bölməsində onu gözlədiklərini deyirlər. Guya, qorxuya düşən aktrisa bir müddət məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya sığınır. Günlərin birində çəkilişdən yataqxanaya qayıdan aktrisanın ürəyi orda partlayır. Amma sən demə, aktrisanın öldüyündən xəbər tutan yaxınları onu tez evə gətirirlər ki, cəmiyyət bundan xəbərdar olmasın.
Aktrisa dünyasını dəyişəndə yenicə doğulmuş nəvəsi Maqsudun qırxı çıxmamışdı. Amma təəssüf ki, onu cəmi 20 gün görə bildi.
Adının çəkilməsini istəməyən həmkarlarından biri deyir ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılır. Bu həqiqətdir, yoxsa şayiə, amma iddia olunur ki:
"Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə polislərin axtardığını eşidəndən sonra güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb. Gülşən köhnə qəbiristanlıqda dəfn olunub".
***
Lakin bu söz-söhbətlərdən sonra aktrisanın qızı Kəmalə bir neçə sayta açıqlama verərək bildirib ki, Gülşən Qurbanovanın ölümü ilə bağlı yayılan bu fikirlər heç bir halda həiqəti əks etdirmir.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya