Tovuzda Xızır Nəbi bayramı xüsusi olaraq qeyd edilir - FOTO
Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi gecələri fevralın 10-11-də qeyd edilir. Bu, kiçik çillənin sonuncu ongünlüyü, yəni fevralın birinci dekadası başa çatdıqdan sonra olur. Elə həmin andan yazın müjdəçisi olan Xızır gecələri başlayır. Deyilənə görə, bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu bayramı Azərbaycanın qərb bölgəsində Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri özünəməxsus şəkildə qeyd edirlər. Bu kəndin sakinləri yüzilliklərdən bəri adət-ənənələrini davam etdirməkdədirlər. Bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qarşılayır - desək, yanılmarıq... “Xızır Nəbi gecəsi”, “Xızır” və ya “Xıdır bayramı” kimi adlandırılan bu bayramı insanlar xüsusi mərasimlərlə qeyd edirlər. Onlar su, torpaq və alovun qovuşduğu, inanc yeri olan Xan çinarının ətrafına toplaşaraq tonqal yandırırlar. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi keçirirlər.
İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. Xalq rəvayətlərinə görə, insanları çətinliklərdən qurtarmaq üçün Xıdır Nəbi qış günlərində evlərə bərəkət paylayır.
Tovuz rayon sakini Rauf Rüstəmov deyir ki, Xızır bayramında ilk dəfə iştirak edir: “Xızır bayramı haqqında hər zaman eşidirdik. Ancaq bu gün şahidi olum. Bu il daha coşqu ilə keçirilir. Həm də bizim Vətən müharibəsi Zəfərimiz, bu xoş ab-hava burada davam edir. Bu bayram qışın son günləri və yazın başlanğıcı, təbiətin, torpağın oyanışı ilə əlaqədardır. İnsanlar buraya gəlirlər, niyyət edirlər. Tədbirlər isə axşam saatlarına qədər davam edir”, - deyə R.Rüstəmov bildirib.
Xızır bayramının atributlarından biri hər kəsin evində “qovud”un olmasıdır. Bu, qədimdə Xıdır Nəbinin insanlara öz köməyini, azuqəsini əsirgəməməsi adət-ənənəsinin davam etdirilməsidir.
Bu gecələrin bayram edilməsi həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlıdır. İnsanlar bir-birini yazın gəlişinin müjdəçisi Xıdır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara hazırlıqlara başlayırlar.
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2024 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 2024 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 2024 11:50
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53