QİÇS xəstəsi: “Dörd dil bilirəm, türkmən qızla cinsi əlaqədə oldum”
Reportaj22 noyabr 2019 19:08
"Temperaturum düşmürdü. Nə edəcəyimi bilmədim. Təcili yardıma zəng etdim və məni xəstəxanaya çatdırdılar. Analiz verdim. Bir müddət sonra mənə zəng gəldi və xəstəxanaya çağırdılar. Deyilən ünvana gəldikdə qapının üstündə "QİÇS-lə Mübarizə Mərkəzi” yazısını oxudum. Özümü ələ almağa çalışdım. İİV (insanda immunçatışmazlığı virusu) daşıyıcısı olduğum məlum oldu. Xəbəri eşidəndə şoka düşdüm”.
Bunu İİV daşıyıcısı olan Rauf Həsənov (ad şərtidir) deyib.
O, bu virusu daşıyan pasiyentlərdən sadəcə biridir. Həyatda hər kəs şanslı doğulmur. Bəzən həyatın ağır sınaqları ömrün gənc illərinə təsadüf edir.
İİV-lə balı daha ətraflı məlumat almaq üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yollandıq.
Qeydiyyat şöbəsinə yaxınlaşırdım. Öyrəndim ki, hər kəs mərkəzə gəlib anonim şəkildə analiz verə bilər. Həmin şəxsdən götürülən qanın üzərinə xüsusi kod yazılır. Mən də qan analizi verdim.
Məqsədim insanlara çağırış etmək, sağlamlığa diqqət yönəltməkdir.
Sıra nömrəmi və kodumu götürdüm. Otağa daxil olanda məndən qan nümunəsi alındı və götürülən qan nümunələri laboratoriyaya aparıldı...
Üçüncü mərtəbəyə qalxırıq. Burada müalicə alan və mənimlə həmsöhbət olan R.Həsənov müsahibə zamanı həyat hekayəsini danışmaq istəsə də, səsi çox çətinliklə eşidilirdi.
Onu anlamaqda çətinlik çəksəm də, bunu ona hiss etdirməməyə çalışırdım. "Niyə zəif səslə danışırsınız?”, - deyə soruşdum.
Düzü, ağlıma dərmanlar səbəbindən belə zəif tonda danışdığı gəlmişdi. Amma o, düşdüyü vəziyyəti və yaşadığı hadisəni dəfələrlə danışmağa cəsarəti çatmadığını etiraf etdi.
Qeyd etmək lazımdır ki, QİÇS-in müayinəsi, uçota salınması və müalicəsi könüllü xarakter daşıyır. Bu müayinənin məhkəmə orqanlarının qərarı ilə aparılması istisnadır.
2011-ci ildə Səhiyyə nazirinin əmri ilə respublikada ərazi tibb müəssisələrinin bazasında QİÇS-in müayinəsi və könüllü məsləhət-stasionar məntəqə şəbəkələri yaradılıb. Bu şəbəkə 48 məntəqədən ibarətdir.
Hazırda "İİV-lə mübarizə üzrə 2016-2020-ci illər üçün Tədbirlər planına” uyğun olaraq, belə məntəqələrin digər administrativ ərazilərdə təşkili nəzərdə tutulub və artıq Ucar və Neftçala rayonlarda belə təşkilatlar yaradılıb.
Əhalinin əsas qruplarının müayinəyə cəlb edilməsi üçün fəal tədbirlər həyata keçirilir. Əhalinin əsas qruplarına daxildir: inyeksion narkotik istifadəçiləri, kişi ilə cinsi əlaqədə olan kişilər, transgenderlər, seks-biznesinin işçiləri və məhkumlar.
Bu qrupların İİV infeksiyasına yoluxma riski daha yüksəkdir. Əhalinin bu qruplarına xüsusi diqqət yetirilməsi QİÇS-lə mübarizədə uğurlu tədbirlərin həyata keçirilməsi üçün həlledici əhəmiyyətə malikdir.
Müsahibim dörd dil bilir və ABŞ-da təhsil alıb:
"Fransız, ingilis, rus, ispan dillərini bilirəm. 2009-cu ildə ABŞ-da təhsil almışam. Daha sonra müxtəlif yerlərdə tərcüməçi kimi fəaliyyət göstəmişəm”.
O deyir ki, xəstəliyə düçar olmasında iki ehtimal göstərilir:
"Türkiyəyə getmişdim. Orada türkmən qızla qorunmamış cinsi əlaqədə oldum. Həmin müddətdə diş həkimində müalicə alırdım. Onun üçün İİV-ə yoluxmamı iki səbəbi əsas göstərilir. Çəkim 120 kilo idi, amma Azərbaycana qayıtdıqdan bir müddət sonra çəkim 60 kilo idi.
Xəstəliyimi biləndə şok oldum. Sentyabrın 26-dan mərkəzdə müalicə alıram. Hazırda çəkim 74 kilodur. Mən kiməsə yox, özümə əsəbiləşirəm. Amma bu xəstəliklə tam dolğun həyat yaşaya biləcəyimə ümidliyəm.
Ailəm, ətrafım xəstəliyimdən xəbərdardırlar. Amma bəzi dostlarım xəstəliyimi biləndən sonra məndən üz çevirdilər. Onların içərisində 10 illik dostluq əlaqəm olanlar var idi”.
Mərkəzdə qan nümunələri toplandıqdan sonra laboratoriyaya daxil olur. Analizlərin cavabı üç saata yaxın vaxtda bilinir. Gün ərzində laboratoriyaya yoxlanmaq üçün 400-500 qan nümunəsi daxil olur.
Müsbət cavab çıxan qan nümunələrinin arxivdə saxlanılması üçün -80 dərəcəlik soyuduculardan istifadə edilir. Həmin nümunələr ömür boyu dondurulub-saxlanılır.
Öyrəndik ki, 2006-ci ildən xəstələr antiretrovirus terapiyasına cəlb olunur. Mərkəzdə xəstələr pulsuz dərman preparatları ilə təmin edilirlər.
2019-cu ilin altı ayı ərzində (ötən il bu rəqəm 656 olub) İİV-ə yeni yoluxma halları 354 nəfər olub. Onlardan 343 nəfəri Azərbaycan vətəndaşıdır, digərləri isə əcnəbilərdir. Yoluxma yolları əsasında cinsi yoluxmalar 72 faiz təşkil edir. Əvvəlki illərlə müqayisə edən zaman 10 faiz narkotik istifadəçiləri qeydə alınıb. 2018-ci il ərzində anadan uşağa yoluxma qeyd edilməyib.
Yeri gəlmişkən, Mərkəzdə 6502 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin sayı isə 1076 nəfər olub.
Mərkəzin Anonim Müayinə və Məsləhət Kabinetində 30 ildir həkim işləyən Elmira Rəfibəyli deyir ki, anonim müayinə zamanı buraya gələn şəxsin ad-soyadı, yaşadığı yer və harada işlədiyi soruşulmur:
"Bizə anonim müayinəyə gələn şəxslərə bir neçə sual ünvanlayırıq ki, məlumat alaq və öz hesabatımızı verək. Mən onlara sual verən zaman bəzən deyirlər ki, cavab vermək istəmirlər.
Onlara izah edirəm ki, mənə sənin xəstəliyin lazımdır. Həmin şəxs mənə nə deyirsə, mən ona inanıram. Qan nümunəsi götürürəndə xəstəyə demək olmaz ki, sən QİÇS xəstəliyinə tutulmusan. Deyirik ki, sizdə İİV olmasından şübhələnirik”.
Həkimin sözlərinə görə, İİV-lə bağlı analiz vermək üçün çox qadın gəlir:
"Onlar həyat yoldaşlarına inamları olmadığı üçün analiz verdiklərini bildirirlər. Biz də sənədlərdə "həyat yoldaşına inanmır” sözlərini əlavə edirik. Analiz zamanı adları anonim olsa da, nümunə qanların üzərinə kod yazılır.
Laboratoriyadan xəstəliyin müsbət cavabı alındıqda biz həmin şəxsə təklif edirik ki, anonimliyini pozsun. Belə olduqda ona, ailəsinə, uşaqlarına, subaydırsa, cinsi partnyoruna kömək edə bilərik. 99 faiz anonimliyi pozur. Kim istəmirsə, vaxt ötdükdən sonra yenə bu mərkəzə gələcək və pulsuz müayinədən keçəcək”.
Daha sonra Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nazirlinin otağına üz tuturuq.
Onunla söhbət zamanı bildirir ki, İİV-ə yoluxmanın müalicə sxemləri var:
"Bütün dünyada bu sxemlərdən istifadə olunur. Bəzən deyirlər ki, filankəsin qanında QİÇS aşkarlandı. Bu, düzgün deyil. Qanda QİÇS törədən virus aşkar olunur. QİÇS dördüncü mərhələdir. Bəzən insanlar, eyni zamanda, həkimlər İİV adını eşidəndə qorxurlar.
Bir dəfə bizim mərkəzin xəstəsinin vəziyyəti ağır olan zaman təcili tibbi yardım çağırdıq. Təcili yardım həkimi mənim otağıma əlcəklə, xüsusi geyimlə daxil oldu.
Mən təccübləndim. Çünki yoluxmanın üç yolu var. Bunlar cinsi, narkotik vasitəsinin şprislə vurulması və anadan uşağa keçmə yoludur. Həkim olaraq bu cür davranmaq düzgün deyil”.
Qeyd edək ki, "QİÇS-lə Mübarizə Mərkəzi”nin əməkdaşları tərəfindən insanların bu xəstəlikdən vaxtında məlumatlı olmaları üçün müxtəlif aksiyalar, maarifləndirmə tədbirləri görülür.
Həkim bildirib ki, İİV-ə yoluxma beş il ərzində 650-700 arasındadır.
Həmsöhbətim deyir ki, insanlar, xüsusilə də gənclər sağlamlıqlarının qayğısına qalsınlar, diqqətli olsunlar. Çünki həyat insana bir dəfə verilir.
Onu xoşbəxt və sağlam yaşamaq isə öz əlimizdədir...
Mənbə: oxu.az
Oxşar xəbərlər
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Məmurla həbs olunan iş adamı arasında nə baş verib? - "Restoranda 500 min verdim" (TƏFƏRRÜAT)
10 aprel 2024 18:21
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Xankəndidəki erməni: 30 il əvvəl quldur ermənilər gəldi… - Video
22 mart 2024 19:29
Xəbər lenti
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya