“İsa Qəmbər, Pənah Hüseyn, Etibar Məmmədovla bir yerdə oxumuşam"
“İsa Qəmbər, Pənah Hüseynov, Etibar Məmmədovla bir yerdə təhsil almışam”
Modern.az saytı jurnalist Səfurə Çərkəzqızının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə söhbətini təqdim edir. Müsahibə Mübariz Qurbanlının gənclik illərindən, tələbəlik dövründə yaşadığı hadisələrdən bəhs edir.
***
Ədalət axtarışı
Hərdən adama elə gəlir ki, siyasətlə məşğul olanların ürəyi yoxdu. Heç vaxt sevməyiblər, hansısa mahnını dinləyib duyğulanmayıblar. Yaddaşlarında xatirələrə qətiyyən yer yoxdu, onlar ancaq bu günlə yaşayırlar...
Mübariz Qurbanlını da o adamlardan bilirdim, yanılırmışam...
İş otağındakı telefonların zəngi zəngə calayıb, sözünü yarıda kəsməyinə də məhəl qoymadı. Çox uzaqlarda qalanları - illərin toz basmış, yuxulu xatirələrini silkələyib diksindirdi...
İmtahan
1972-ci il. İmtahan saatı başlayır...
- Bileti çəkən kimi dedim ki, danışıram, qoymadılar. Dedilər, get otur, bir az fikirləş. Nə fikirləşəydim, sualların hamısını əzbər bilirdim. Axır ki, çağırdılar. Bileti danışdım, “4” yazmaq istədilər. Razılaşmadım, dedim, sual verin. Fənn komissiya sədri gəldi. O da dedi ki, “əla” yaza bilmərik. Əl çəkmədim. Çünki bilirdim ki, “əla” alsam, o biri imtahanlardan azad olunacam. 1971-ci ildə Gəncə Politexnik Texnikumunu bitirmişdim. Özü də fərqlənməylə. İndi də BDU-nun hüquq fakültəsinə sənəd vermişdim. Nə qədər qəliz suallar versələr də, məni dolaşdıra bilmədilər. Çünki yaxşı hazırlaşmışdım, əlavə ədəbiyyatlar oxumuşdum. Əsas da, tarixdən özümə güvənirdim. O vaxt yaxşı bir ənənə vardı. Abituriyentlər universitetin qabağına yığılıb sual- cavab eləyirdilər. Onda heç kəs mənimlə tarix fənnindən yarışa girə bilməzdi. Ora getmək mənimçin hobbiyə çevrilmişdi. Gündüzlər orda olurdum, gecələrsə oxuyurdum... Dedim, mənə “əla” verməsəz, rektoru bura gətirdəcəm. Bayırda məni gözləyən qardaşımı çağırdılar. Onu dilə tutdular ki, məni sakitləşdirib aparsın. İmtahanın axırına kimi otaqdan çıxmadım. Hamı qiymət alıb getdi, mən axıra kimi orda oturdum. O vaxt cavandım, ədalət axtarırdım. Axırı da o oldu ki, “4” yazdılar. Sonra da konkursa düşdüm.
Tələbə yoldaşları...
Hüquq fakültəsinin tələbəsi olmaq arzusu beləcə gözündə qalıb.
“O biri il lap çətin oldu: həmin fakültəyə ancaq nazirlərin, kolxoz sədrlərinin balalarını götürdülər. Mənsə ziyalı ailəsindəniydim...”
Ona görə də 1973- cü ildə tarix fakültəsində oxumalı olub. İndi siyasət aləmində tanınanların çoxuyla bir yerdə oxuyub.
“İsa Qəmbər, Pənah Hüseynov, Etibar Məmmədov, Məhərrəm Zülfüqarlı, Feyzulla Abdullayevlə bir yerdə təhsil almışam. Rəhmətlik Əbülfəz Elçibəy o vaxt tarix fakültəsində müəllimiydi”.
Bir yerdə təhsil aldığı indiki siyasilərlə o vaxt elə də isti münasibətləri olmayıb. Az-maz Etibar Məmmədovla münasibət saxlayırmış. Deyir ki, romalıların sözü olmasın, adam çoxdu, dostlar az...
103 nömrəli otaq...
Yataqxana həyatı yaşayan tələbələrdən olub. Universitetin “Tələbə şəhərciyi”ndəki 7 saylı binada qalırmış. Otağının nömrəsini də indiyəcən yadında saxlayıb: 103.
- Üç nəfər bir otaqda qalırdıq. Otaq yoldaşlarımdan biri naxçıvanlıydı - Nazim Rzayev. İndi hərdən telefonla danışırıq. Bizdən iki kurs yuxarıydı deyə, “stariklik” eləyirdi. Müəllimlərin xarakterini, kiminlə necə dil tapmağın yollarını öyrədirdi bizə. Həddən artıq türkpərəst oğlanıydı. Çarpayısının başından Atatürkün şəklini asmışdı. O vaxt türk mahnıları Bakıya nadir hallarda gətirilirdi. Bizim bir patefonumuz vardı. Elə hey türk musiqiləri yazılmış valı qoyub qulaq asırdı. Mahnını eşidənlər o saat bilirdi ki, Nazim evdədi.
O biri otaq yoldaşımsa Cəlilabaddanıydı. İndi Bakıda yaşayır, hərdən görüşürük.
Katib Atatürkü tanımadı
- Fakültəmiz inqilabçılar məskəni kimi tanınırdı. Tez- tez “təmizliyə baxırıq” bəhanəsiylə yataqxanaya gəlirdilər. Əslində, siyasi “təmizliyi” yoxlayırdılar. Bir dəfə də universitetin partiya təşkilat katibi dekanla bir yerdə yataqxanaya gəldilər. Mərhum Əbülfəz Elçibəyin tutulduğu vaxtlarıydı. Katib bizim otağa girib Atatürkün şəklinə baxdı, tanımadı. Dedi, başınızın üstündən asdığınız kimin şəklidi? Sonralar həmin adamlar türkçülükdən dəm vururdular...
O mahnılar...
Mahnılara da qulaq asıb.
“Tələbəlikdə ən çox Məmmədbağırın mahnıları dəbdəydi. Bir də indi “retro mahnılar” adı ilə oxunanlar...”
“İndi o mahnıları eşidəndə qəribə hislər keçirirəm”-deyir. Başı nə qədər işə-gücə qarışsa da, köhnə mahnılar olanları, yaşananları yaddaşında təzələyir.
Yasamalda yaşadığından, tələbə məkanının yanından tez-tez ötüb keçir. Qəribədi ki, bu illər ərzində bir dəfə də olsun, ürəyində öz otağına baş çəkmək istəyi yaranmayıb. “Mənim hansısa xatirə axtarışım kimisə rahatsız eləyər”- deyir.
Qiyam!
Tələbəliyi əsgərliyə bənzədir.
“Hərbdə olduğu kimi bu illərdə də kişilik məktəbi keçirsən. Çörəyini başqasıyla yarı bölməyi öyrənirsən”. Bir də bu illər ona toplumun gücünü göstərib:
- Siyasi iqtisaddan imtahan verirdik. Mənə “kafi” yazmışdılar. Başqaları tapşırıldığından “4” , “5” almışdı. “Zaçotka”nı götürüb çölə çıxdım. Uşaqlar məsələdən xəbər tutan kimi müəllimin üstünə getdilər. Tələb elədilər ki, ya bizim qiymətimizi aşağı salmalısan, ya da Mübarizə yüksək qiymət verməlisən. Axırda müəllim uşaqlarla razılaşdı..
İmkanlı tələbələrə öz aramızda “aristokratlar”, özümüzəsə “proletarlar” -deyirdik. Aristokratlar şıx geyinirdilər. Amma hörmətdə biz üstün gəlirdik. Yaxşı oxuyanlar da proletarlar arasından çıxırdı. Mən də əlaçıydım. Burda maddi maraq da vardı. Əlaçılar 10 manat çox təqaüd alırdılar. Həm də mühafizədə işləyirdim, 50 manat təqaüd, 60 da işdən qazanırdım. Evdən də kömək eləyirdilər, pis dolanmırdım.
Subaylıq azadlıqdı!
Gec evlənib – 34 yaşında. “Subaylıq sultanlıqdı” fikriylə bəzi məqamlarda razılaşır. Razı qalmadığı tərəflər də var.
“Subaylığın da çətinlikləri çoxdu. İnanmıram ki, kimsə ömrü boyu subay qalsın, bu həyatdan təsəlli tapsın. Subaylığın ləzzəti ondadı ki, azadsan, heç kəsə hesabat vermirsən. Urəyin istəsə, dostuna qoşulub 5 günlüyə şəhərdən çıxarsan”.
Amma indi də özünü azadlığını itirmiş saymır.
“Siyasi həyatda olan adamın xanımı gərək kimlə ailə qurduğunu anlasın. Onunla hesablaşsın”.
Ədalət axtarışının sonu
Qəbul imtahanında axtardığı ədaləti hələ tapmayıb. Bu axtarışı əbədi sayır.
“Mütləq ədalət yoxdu. İnsan tədricən cəmiyyətə, insanlara uyğunlaşır. Hardansa oxumuşam ki, gəncliyində romantik, orta yaşında radikal, qocalığında mühafizəkar olmayan adam yoxdu. Əvvəl arzularına sədd çəkiləndə qeyzlənirsən. Sonra yavaş- yavaş anlayırsan ki, sən də adi insansan, dahi deyilsən. Haqsızlığa qarşı həmişə mübarizə aparmaq da mənasızdı. Yavaş-yavaş romantikadan radikallığa, sonra da mühafizəkarlığa yuvarlanırsan”.
...Mən otaqdan çıxanda o, bayaqdan “qəzəbindən çatlayan” telefona cavab verirdi. Artıq dünəndə deyildi, bu günə qayıtmışdı. ..
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?
23 mart 2024 15:31
- Dünya ordularının reytinq sıralaması
22 mart 2024 23:02
- Moskvada konsert zalında dəhşət: 15 ölü, 50 yaralı – VİDEO + FOTO
22 mart 2024 22:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06