Elmiranın Fuad Muradova verdiyi yarım milyonun mənbəyi
Ukraynadakı yeni səfirimiz Elmira Axundova barədə “dedi-qodular” səngimək bilmir.
Ovqat.com xəbər verir ki, Ukraynaya səfir təyin olunmamışdan 2 həftə əvvəl mətbuatda bu barədə proqnozlar dərc olunmuş, daha sonra isə həmin “öncədəngörmələr” özünü doğrultmuşdu.
Elmira Axundovanın 1 milyona aldığı səfir mandatı
Təyinatdan öncəki proqnozlara görə, deputat seçilmək istəyi alınmayınca, Elmira Axundova Ukraynaya səfir getmək xəyallarına düşmüş və bu məqsədlə də Diaspora Komitəsinin qapısını döymüşdü. Komitə sədri Fuad Muradova səfir işini düzəltməsi üçün 1 milyon dollar rüşvət verdiyi iddia olunan (iddianın sahibi biz deyilik – xüsusi xatırlatma) Elmira xanımın qısa müddətdən sonra həqiqətən də Ukraynaya göndərilməsi xəbəri yayılınca, məlumatın uydurma proqnozdan ibarət olmadığı ortaya çıxmışdı. Məhz bu hadisədən sonra hər kəsi bir sual maraqlandırmağa başlamışdı: 2005-ci ildən bu yana 3 dəfə dalbadala deputatlıq mandatı qazanmaq ayrıcalığı yaşayan Elmira xanım bu bir milyon dolları hardan tapıb Fuad Muradova verib? Axı deputat deyilən bəndənin kommersiya ilə məşğul olması qanunən qadağandır. Deputat maaşı ilə o qədər məbləği toplamaq üçün isə gərək pul balalaya. Pulun balalamadığını nəzərə alsaq, deməli, onun mənbəyini doğum evində yox, başqa yerlərdə axtarmalıyıq.
Özünün dediyinə görə, jurnalist Cəmil Məmmədli də bu axtarışın izinə düşərək, Bakıdan Qəbələyə qədər gedib. Səfəri uğursuz alınmayıb. Zira axtardığı bir milyonun yarısını tapıb. Sən demə, Elmira xanım Qəbələdəki bir villasını yarım milyona satışa çıxarıbmış. İndi qalır digər yarım milyon. Hamısını Cəmil Məmmədli tapmayacaq ki. İstərsəniz, onu da siz axtarın. Amma mütləq bu videonu izlədikdən sonra. Kim bilir, bəlkə sizləri qalan yarım milyona elə bu video çıxartdı:
Yeni parlamentin qapıları arxasında qalan eks-deputat Elmira Axundova Qəbələdəki imarətini yarım milyon manata satışa çıxarıb.
Bu haqda məlumat alandan sonra Qəbələyə yollandıq. Mətbuatda olan sənədlərdən belə aydın olur ki, imarət 2015-ci ildə inşa olunub.
Baxın, bu qala divarlarını arxasındakı imarəti Elmira Axundova adı böyük dələduzluq işinin əsas fiqurantı kimi mətbuat səhifələrindən düşmədiyi günlərdə tikdirib. Elə onun oğlu Həbib Axundov da dələduzluq işinin əsas siması idi. Ortada 8 milyon manat pul “buxarlanmışdı” və iş üzrə zərərçəkənlər pulların Həbib Axundovda, onun cibində mandat gəzdirən anasında olduğunu istintaqda, məhkəmədə dönə-dönə deyir, ortaya dediklərini təsdiqləyən səs yazıları qoyurdular.
Elmira Axundova isə səs yazıları saytlarda olduğunu bilə-bilə heç nə olmamış kimi danışırdı. Yaxasını dələduzluq işindən kənar saxlamağa, oğlunu da arxasında gizlətməklə vəziyyətdən çıxmağa çalışırdı.
Yenə də mətbuatda yayılan məlumatlardan belə aydın olur ki, Elmira Axundova Qəbələnin gözəgəlimli güşəsində olan bu imarəti məhz həmin günlərdə inşa etdirib.
2015-ci ildə bu imarət tikiləndə Elmira Axundova deputat idi. Deputat mandatını sipərə döndərərək, oğlu Həbib Axundovu həbsdən qoruyur, dələduzluq işinə görə həbsə alınmaması üçün əlindən gələni edirdi. Sonra Həbib Axundovun dostu Elnur İbrahimov qurban verildi, Həbib Axundov çöldə qaldı. Bu həmin Elnur İbrahimovdur ki, böyük dələduzluq sürəci davam etdiyi günlərdə əmisi oğlu Hafiz İbrahimov vasitəsi ilə Elmira Axundovaya günaşırı 5 min manat pul göndərib!
Bu gün mandatsız qalan deputatın oğluna görə neçə-neçə ailənin həyatı cəhənnəmə çevrilib.
Ölkədən didərgin düşən, böyük borcların altında həyatı dağılan insanlar biçarə durumdadır. Onların əllərindən hər nələri vardısa gedib, Elmira Axundova və oğlu Həbib Axundov isə çox böyük varidat əldə ediblər.
Halbuki həmin günlərdə Elmira Axundova elə danışırdı ki, guya acından günorta yuxudan qalxır.
Özünün dələduzluq işinə aidiyyatının olmadığını göstərmək üçün, danışıqlarının inandırıcı olması üçün “Evim də, maşınım da kreditdədir” şəkilində Azvision.az-a açıqlama da vemişdi.
25 noyabr 2014-cü ildə ("Evim də, maşınım da kreditdədir” – Deputat) verdiyi açıqlamada Elmira Axundova “Borcumuz olduğu üçün yüksək məbləğdə kredit götürmüşəm və evimi girov qoymuşam” demişdi. Əlavə etmişdi ki, özü ilə yanaşı oğlunun da adına kreditlər götürüblər:
“Bizdə hamının adına kredit var. İndi kreditdən istifadə etməyən adam yoxdur. Mənim oğlum və özümün adımda iki kredit var. Borcumuz olduğu üçün yüksək məbləğdə kredit götürmüşəm və evimi girov qoymuşam. Faiz yüksək olduğu üçün çox çətindir. İndi kreditsiz ailə yoxdur”.
STOP!!!
Sual:
Əgər 1 il əvvəl Elmira Axundova kredit içində idisə, kredit faizlərinin yüksək olmasından narazılıq edirdisə, 1 il sonra bu gün 1 milyona satışa çıxardığı imarəti hansı pullar hesabına inşa etdirib?
Sualı bir başqa formada da verək - 2014-də kreditlər altında çabaladığını iddia edən biri 2015-də Qəbələdə imarəti hansı pulla tikib?
Elmira Axundova deputat maaşı ilə nə cür olub ki, belə cəh-cəlalı qurub?
Yeri gəlmişkən, Elmira Axundova deputat olanda ayda 1294 manat maaş alıb. Bu, 1 ildə 15 min 528 manat, deputat olduğu 5 il ərzində 77 min 640 manat məvacib deməkdir. Elmira Axundova yeyib içməsydi belə bu imarəti həmin deputat maaşı ilə inşa etdirə bilməzdi.
Hələ bu harasıdır?
Bundan başqa həmin dövrdə - yəni 2015-ci ildə Elmira Axundova Bakının Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi 72 ünvanında 5 mərtəbəli obyekt inşa etdirib. Bu gün həmin ünvanda Elmira Axundovanın “Çardaq” adında çayxana fəaliyyətdədir.
Bu da son deyil!
Elmira Axundova Şüvəlanda bağ evinə, Zaqulbada dövlətin verdiyi ev 2 otaqlı evi, Türkiyədə, Kəmər istirahət zonasına yaxın olduqca bahalı Camyuvada bir neçə mənzilə sahibidir.
Elmira Axundovanın dələduzluq işinə aidiyyatı olmayıbsa, bu mülklərin mənbəyi haradır?
Haradadır o plantasiyalar, hansılardan ki, Elmira Axundova pul yığıb?
Bəlkə plantasiyaların ünvanını bu xalqa da göstərsin?
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO
23 mart 2024 17:22
- Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub
23 mart 2024 14:53
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- MASAZIRDA hoteldə qadını 150 manata görə öldürübmüş - 19 il cəza
22 mart 2024 09:10
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05