“Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər”
Milli Məclisin deputatı Tahir Kərimlinin “Qafqazinfo”ya müsahibəsi
- Son iki aydır ki, ölkənin gündəmi zəngindir. Əsasən də icra başçılarının və nazir müavinlərinin həbsi məsələsi hələ də aktuallığını qoruyur. Siz bu həbslərlə bağlı nə düşünürsünüz?
- Əvvəla, qeyd edim ki, cinayətkarların cəzalandırılması 3 mühüm məsələni qarşıya qoyur. Birincisi, sosial ədalətin bərpa olunmasıdır. Çünki bu insanlar ciddi şəkildə sosial ədaləti pozublar. Qanuna əsasən cəzalandırılmalıdır. Onların yağmalıdığı əmlak xalqa qayıtmalıdır və sosial ədalət bərpa olunmalıdır. İkincisi, bu, məhkumun özünün islah olunmasına xidmət edir. Həmin şəxsə o dərəcədə cəza verilməlidir ki, cəza onun islah olunmasına kifayət etsin. Az cəza verərsənsə, deyərlər ki, nə oldu bu qədər yedi, amma az həbs yatıb azadlığa çıxdı. Üçüncüsü isə, çəkindirici faktdır. Hamıya görk olmalıdır ki, belə edənlər məsuliyyətə cəlb olunurlar. Amma bizdə necə oldu? Məlum oldu ki, iki-üç nəfər icra başçısı tutulur. Deyirlər ki, bu yəqin kampaniya xarakterlidir. Kimsə rəhbərliyin gözündən düşüb və onlar artıq cəzalanır, daha bizə dəyməyəcəklər. Bunlarda bu qədər arxayınlıq olar. Baxmayaraq ki, ölkə başçısı prezident seçkilərində elan etdi ki, ciddi kurs götürürük. Bu da islahatlar kursudur. İslahatlar kursunun da ən mühüm hissələrindən biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizədir. Əvvəllər rüşvətxorluğun adını çəkmək yaxşı sayılmırdı. Amma indi görün nə dərəcədədir ki, bu ciddi xarakter daşıyıb. Prezident ardıcıl şəkildə dəfələrlə bunu qeyd edib. Ancaq bu insanlar çəkinmədilər, nəticə çıxarmadılar. Mənim yiyəm var deyirlər. Əvvəl dövlət təzə-təzə qurulanda kimsə kiminsə namizədliyini irəli sürürdü. Deyib ki, filankəs yaxşı icra başçısı ola bilər. Ona görə də həmin adamı vəzifəyə qoyublar. Ancaq bunlar sınaqdan keçmədi. İfadəmə görə üzr istəyirəm, qudurğan həyat tərzi keçirdilər. Övladları, özləri xalqa yanğı verdilər. Hakimiyyəti xalqın gözündən saldılar. Prezidentin ardıcıl qaydada mübarizə aparmasının mahiyyətini başa düşmədilər. Bu mübarizə yarıda kəsilən deyil.
- Sizcə, bu prosesden digər məmurlar dərs alırmı?
- Qeyd edim ki, Prezident kifayət qədər maliyyə və təşkilatı gücü olan sistemə qarşı mübarizə aparır. Onların kökünü kəsmək istəyir. Bu da rüşvətxor korrupsiya sistemidir. Onlar çox güclüdürlər. Əgər indi biz deputatlar və xalq olaraq Prezidentə kömək olmasaq, bu mübarizə yarıda kəsilə bilər. Sonradan elə deyəcəklər ki, bu doğrudan da kampaniya xarakterli imiş, yarımçıq qaldı. Ona görə də xalq və biz ciddi şəkildə Prezidentə kömək etməliyik.
- Mərkəzi icra hakimiyyəti orqanlarında nazir müavinlərinin saxlanılması və bu prosesdən nazirin kənarda qalması müzakirə edilməkdədir. Korrupsiyadan nazirin xəbərinin olmaması nə dərəcədə realdır?
- Məsələn, Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələdə də xalq bu istiqamətdə çıxışlar edirdi. Bəs bunlar niyə cəzalandırılmır deyirdilər. Hesab edirəm ki, hər kəs məsuliyyətə cəlb olunacaq. Açıq danışıram. Həmin rəhbərlərin siyasi dayaqları, ara qarışdırmaq imkanları var. İkincisi, bir cəhətdən onlar işləyəndə elə işləyiblər ki, özlərini sığortalayıblar. Özləri kənarda dururlar, guya heç bir məsələyə aidiyyatları yoxdur. Ən inandıqları bir- iki adamları vasitəsilə korrupsiya sistemini qururlar və onlara çıxmaq olmur. Hüquq elə sahədir ki, sübutlara əsaslanır. Əgər kimsə həbs ediləndə demirsə ki, məni buna nazir, komitə sədri, xidmət rəhbəri məcbur edib, o zaman sual olunur ki, həmin şəxsi necə məsuliyyətə cəlb etmək olar? Əgər müvafiq hüquq- mühafizə orqanları bu məsələləri çox ciddi şəkildə araşdırsalar, həmin insanlar müəyyən etiraf da edə bilərlər. Bu hər kəsin arzusudur ki, ən başda duran korrupsionerlər də cəzalandırılsın.
- Sizcə, növbəti dəfə hansı mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarında mübarizənin davam etdirilməsinə ehtiyac var?
- Bu cür əməliyyatlar bütün qurumlarda ola bilər. Rüşvət cinayəti belədir ki, hamı bilir ki, bu rüşvət var, amma bunu əldə tuta bilmir. Bunun üçün iki mühüm fakt lazımdır. Birincisi, dövlətin iradəsi, ikincisi isə qoyulan şəxslərin özünün şəxsi nümunəsi. Qoyulan rəhbər şəxs özü təmiz olmalıdır. Məsələn, mən Ali Məhkəmənin rəhbəri olanda Quranı qoymuşdum otağa. Demişdim ki, bu Quran mənim üçün deyil, bütün Ali Məhkəmənin üzvləri olan hakimlər üçündür. O Qurana and içirəm ki, kimin rüşvət aldığını bilsəm, özüm hökm çıxarıb güllələtdirəcəm. O vaxt ölüm hökmü var idi. Bəsdirin. Sovet dövründə necə işləmisinizsə işləmisiniz. Artıq xalqın, dövlətin malına göz dikməyim. Təmiz işləyin. Hesab edirəm ki, bacarıqlı, peşəkar öz işini bilən vicdanlı və təmiz olan insanlar var. Həm gənclərimiz, həm orta, həm də yaşlı nəslin içində belə insanlar var. Onları tapıb gətirib qoymaq lazımdır. Yoxsa axsıyacaq. Hesab edirəm ki, elə bir qurum yoxdur ki, orada bu və ya digər dərəcədə korrupsiya elementləri olmasın. Onu üzə çıxarmaq üçün də iradə lazımdır.
- Bundan əlavə, islahatlar çərçivəsində hansısa qurumların ləğv edilməsini və ya birləşdirilməsi mümkün ola bilərmi?
- Cənab Prezident dedi ki, kadr islahatı institusional olacaq. Qarşıda müəyyən paralel strukturların aradan qaldırılması prosesi var. Bu yuxarıdan başlanmalıdır. Elə mərkəzi icra orqanları var ki, hamısında eyni işlə məşğul olan strukturlar var. Onlar ixtisar olunmalıdır. Şübhəsiz ki, Azərbaycan dövləti öz valyuta ehtiyatlarından istifadə edir. Bütün dövlətlərdə büdcəyə daxil olmalar da azalıb. Düzdür, pandemiyadan istifadə edən ayrı-ayrı şirkətlər də var. Dərman şirkətləri, elektron alqı-satqı sahəsində qazanclar var. 90 faiz digər sahələrdə isə bütün dünyada tənəzzül var. Biz dövlət vəsaitinin optimal xərclənməsi üçün struktur dəyişikliklərindən, ixtisarlardan qaça bilməyəcəyik. Ədalətli olmaqdan ötrü ən əsası paralel strukturları ixtisar etmək lazımdır. Adamlar var ki 300 nəfər işçi çalışır. Səhər gəlib axşam gedirlər. Heç bir işlə məşğul olmurlar. Elə qurumu saxlamağa nə ehtiyac var? Güman edirəm ki, islahatlar əsas bu istiqamətdə gedəcək.
- Həmkarınız Naqif Həmzəyev hər il deputatların gəlirləri barədə deklarasiya verməyi təklif etdi. Bunu digər məmurlara nümunə kimi ilkin olaraq deputatlardan başlanmasının vacibliyini vurğuladı. Siz bu barədə nə düşünürsünüz?
- Bu məsələ tək deputatlara aid deyil. Bununla bağlı qərar var. Üstündən 15 il keçib. Bunu ləngidən Nazirlər Kabinetidir. Nazirlər Kabineti bunun formasını müəyyən etməlidir. Görəcək ki, siyasi, hüquqi iradə var. Qərar var ki, bütün vəzifəli şəxslərin öz gəlirləri haqqında məlumat verməlidir. Bir dənə bu deklarasiyanın formasını müəyyən etmək nə çətin şeydir ki?! Bir gün içərisində tapmaq olar onu ki hər kəs doldursun. Bu məsələlər dəfələrlə qaldırılıb. Əgər deputatlar bunu etsə, könüllü olacaq. Çünki forma hələ yoxdur. Hər ilə də ola bilər, hətta öz mətbuatın tələbiylə də öz gəlirlərini elan etmək də olar. Xalq nəzarət etməlidir ki, bu adamın nə qədər gəliri var. Bunun firavanlığı gəlirə uyğundurmu?
- Bir məqam da var ki, təkcə məmuru deyil, zaman-zaman deputatları da bizneslərinin olmasında ittiham ediblər…
- Mən hesab edirəm ki, parlamentdən xeyli dərəcədə biznes adamları gediblər. İndi ola bilər ki, yenə də qalıb. Mən təzə deputatların çoxunu tanımıram. Ona görə də özümə cavabdehəm. Kim mənim özümü, ailəmi, yaxınımı hansısa biznesdə olmağımı, yaxud hansısa qohumunun yuxarı vəzifədə işləməyini üzə çıxarsa və desə ki Tahir Kərimli özü üçün şərait qurub, villa tikib, yaxud maaşından əlavə gəliri var və.s. Mən sizə bildirirəm ki, bu halda deputatlıqdan imtina etməyə hazıram. Baxıb tapın çıxarın. Mən hakim işləmişəm. İllərlə hakim işləyən adam kimi bunu qurban verib gəlib Xalq Hərəkatına qoşuldum. Yəni var-dövlətdən imtina etdim.
- Maliyyə amnistisiyasının qəbulu məsələsi nə yerdədir?
- O məsələnin üzərində ciddi iş gedir. Mən elə adamam ki, kim haram yolla var-dövlət yığırsa onu əlindən alıb dövlətə, xalqa vermək lazımdır. Ancaq bu da qisasçılıq olur. İndiyə kimi nə yığıb nə edib, bu hər hansı x zamana kimi olsun. Məsələn, belə deyək də, sentyabrın 1-nə kimi kim nə qədər yığıbsa bu sorğu-sual olunmayacaq. O vaxt Rokfellər deyirdi ki, sən birinci dollarını necə qazandığını məndən soruşma, qalan hamısı haqda deklarasiya tələb et. İndi biz də maliyyə amnistisiyasını elan etməliyik. İnsanlar arxayın olandan sonra, xaricdə olan müəyyən şəbəkələrini, investisiyalarını Azərbaycana qoya bilərlər. Bununla da xeyli iş yerləri açıla bilər. Prezidentin tapşırığı ilə aidiyyatı qurumlar bunun üzərində işləyirlər. Yekunlaşmasına az qalıb.
Günel Türksoy
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22