Əbülfəs Qarayev istintaqa çağırılıb
Kriminal1 iyul 2020 10:12
Mayın 21-də prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan götürülən Əbülfəs Qarayev, gözlənildiyi kimi, "gözdən itib”. DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavininin, həmçinin idarə rəisinin həbsi sabiq nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onun da istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı.
Yada salaq ki, həbs edilən nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Rafiq Bayramov həm də uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq - işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.
Bu arada unikal.org Mədəniyyət Nazirliyində yoxlama aparılması barədə xəbər yayıb. Məlumata bildirilir ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Hələ ki yoxlama ilə bağlı yayılmış bir fakt haqda danışılır. Bildirilir ki, Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş edib.
Hesablama Palatasından verilən məlumata görə, adı açıqlanmayan rus Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramına hazırlıq və komandada islahatların aparılması ilə əlaqədar Bakıya dəvət edilib. Rusiya Federasiyasının Xalq rəssamının Bakıda olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi beş ay və 15 gün ərzində onun bank hesabına 26,2 min manat köçürülüb, mənzil kirayəsi üçün isə 7,2 min manat ödənilib.
Bundan əlavə, Hesablama Palatası tərəfindən aparılan yoxlamalar nəticəsində Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidən yayınma halları aşkar edilib. 2017-2018-ci illər üçün maliyyə hesabatlarında filarmoniya xərcləri müvafiq olaraq 59 min 759 manat və 64 min 259 manat artım göstərilib. Nəticədə filarmoniya dövlət büdcəsinə mənfəət vergisini müvafiq olaraq 11,952 manat və 12,848 manat ödəməyib. Palata Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının 2017-ci ildə gəlir vergisi üçün 2,760 manat, 2018-ci ildə isə 14,580 manat ödəmədiyini aşkar edib.
Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladığı haqda müəyyən təəssürat yaradırdı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə bir müddət əvvəl keçmiş nazirin və ailəsinin sahib olduğu şirkətlərin siyahısını yayımlayıb. Yayılan sənədlərdən məlum olub ki, sabiq nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir. Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb.
Siyahını yenə qısaca yada salaq.
Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.
Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı KAZIMOVA LALƏ TOFİQ qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ qeydə alınıb. O, "Jazz Dostları” ictimai birliyinin də təsisçisidir.
Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib.
Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı beşulduzlu Kuum hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur.
Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. "TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vülnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.
Əbülfəs Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. QALS MMC (QALS OOO) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Cəfərov Fərid Oqtay oğludur.
Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad. Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir. Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən 100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib.
Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şirkəti isə Azərbaycandadır. "GALS GALLERY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur.
Muzey Mərkəzi "Rus muzeyi də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir.
Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, YUSİF MƏMMƏDƏLİYEV, ev 14-də hüquqi qeydiyyatdadır.
Həmin ünvanda keçmiş nazirin xanımına məxsus "GALS BEAUTY AND SPA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2013-cü il mayın 3-də Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı Bakının mərkəzindəki "NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.
Əbülfəs Qarayevin özü isə "otkat”lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı "sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik” anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib.
2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda "COLAB” biznes mərkəzlərinin şərikidir. Paytaxtda iki ünvanda - NEFTÇİLƏR PR. 151-də PORT BAKU MALL-da və Time Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir.
Məlumatlı mənbə Musavat.com-a deyib ki, Ə.Qarayev hazırda bağındadır. Onu bir neçə dəfə istintaqa çağırıblar, amma bu barədə rəsmi bilgi yoxdur. Ə.Qarayevin biznes imperiyası ilə bağlı yayılan sənədələrlə bağlı da izahatı alınıb. "Belə görünür ki, Əbülfəs Qarayev bağında oturub sonrakı taleyini gözləyir” - deyə, mənbə bildirib. Belə ehtimal etmək olar ki, sabiq nazir dövlətə vurduğu ziyanı, buradan qaçırdığı paraları ya geri ödəməklə razılaşacaq, ya da həbsə girəcək. Mənbələr Qarayevin birinci variantı artıq seçdiyinə işarə edirlər.
Sonda qeyd edək ki, mədəniyyət naziri postuna hələ təyinat yoxdur.
Mənbə: "Yeni Müsavat"
Oxşar xəbərlər
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Ali Məhkəmə Maqsud Mahmudovla bağlı qərar verdi
4 aprel 2024 16:27
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Deputat özünü Bakının KOR XƏLİFƏSİ zənn edir... - GÖRÜNƏNİ BUDUR...
22 mart 2024 16:16
- Sifarişlə fermanı yandırdılar - 230 heyvan tələf oldu
21 mart 2024 12:44
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Atəş açandan sonra yerə tüpürüb keçdi...
16 mart 2024 10:38
- Cinayəti etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edibmiş...
14 mart 2024 07:51
- Dövlətə 4,1 milyon borcu olan Hüseyn Əmrahov həbs edildi
12 mart 2024 18:01
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya