"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Müsahibə5 iyul 2020 21:54
“Rusiya yaxın zamanlarda ayaq üstə dura biləcək. Bu, iqtisadi sahədə də özünü göstərəcək. Nəzərə almaq lazımdır ki, Rusiya və Çinin ortaq iqtisadi maraqları çoxdur. Eyni zamanda, Rusiyanın Hindistanla münasibətləri normaldır. Dünyada artıq üç güc var: ABŞ, Avropa və Asiya”.
Politoloq Cümşüd Nuriyev belə düşünür. Onun teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Rusiyada konstitusiya dəyişdirildi. Referendum Prezident Putinin istədiyi nəticə ilə başa çatdı. Sizcə, bu dəyişikliklər onun şəxsi maraqlarına xidmət edir, yoxsa iddia etdiyi kimi Rusiyanın təhlükəsizliyinə?
- Putin öz maraqlarına uyğun olaraq konstitusiyanı dəyişdirdi. Burada daha çox Putinin şəxsi maraqlarını önə çəkirlər ki, guya o, yenidən seçilmək üçün belə bir addım atıb. Amma yenidən seçilmək Putin üçün çətin məsələ deyil. Çünki baş nazir olub yenidən qayıda bilərdi. Sistemi elə qurub ki, ətrafındakıların hamısı təhlükəsizlik orqanlarının işçiləridir, buna görə də kimsə Putinin iradəsindən kənara addım ata bilməz. Amma burada Putinin bir neçə məqsədi vardı.
Birincisi, Putin ilk dəfə olaraq konstitusiyada yeni bir maddə gündəmə gətirdi. Beynəlxalq normalara görə, istənilən dövlət qoşulduğu beynəlxalq təşkilatın qanunlarını, qayda və prinsiplərini qəbul edir, bunu öz ölkəsinin hüdudları daxilində olan qanunlardan üstün tutur. Putin ilk növbədə bunu sındırdı. Konstitusiyaya edilən dəyişikliklərdə göstərilir ki, Rusiyanın qanunları beynəlxalq qanunların üstündədir. Putin birmənalı şəkildə dünyaya bəyan etdi ki, Rusiya dünya qanunlarının üstündə duran bir dövlətdir, o da bu dövlətin başçısıdır.
İkincisi, daxildə demokratiya görüntüsü yaratsa da, mərkəzəqaçma federasiyasını gücləndirdi.
Üçüncüsü, SSRİ-yə oxşar bir dövlətin yaradılması məsələsini gündəmə gətirdi. Bundan başqa, Putin bununla Rusiyanın təkcə fövqəl dövlət olmasını deyil, həm də fövqəl hərbi qüdrətli bir güc olmasını gündəmə gətirir. Yeni dəyişikliklərlə Rusiya demokratiyadan daha çox diktaturaya meyl edir. Eyni zamanda, diktatura qanunlarının daha imperativ, daha güclü olduğunu önə çəkir. Yəni Putin öz xəyalında canlandırdığı güclü Rusiyanı yaratmaq üçün konstitusiyanı da bu şəkildə dəyişdirdi. Bayaq bu xəyali konstitusiya Putinin dilində idisə, indi rəsmi sənəd formasındadır. Bu, onun xəyallarını həyata keçirmək üçün əsas istinad nöqtəsi olacaq.
Putin özü və Rusiya üçün nəyi arzu edirdisə, hamısını həyata keçirir – həm siyasi, həm hüquqi, həm hərbi, həm də ideoloji sahədə, eyni zamanda beynəlxalq münasibətlərdə. Çoxşaxəli bir konstitusiya tərtib etdi. Bu çox güclü və Rusiyanı həddən artıq müdafiə edə bir konstitusiyadır.
- Bəs bu dəyişikliklər Rusiyaya nə vəd edir?
- Əslində sual budur ki, bu, Putin üçün nə vəd edir? Rusiyada hərbi müxalifət yoxdur, siyasi müxalifətin hamısı da parlament müstəvisindədir. Yəni Rusiyanın bu çərçivədən kənarda müxalifəti yoxdur. Rusiyada küçə psixologiyasında müxalifət olmadığına görə seçkilər eyni cür keçirilir. Stalin demiş, burada kimin seçilməsi yox, kimin sayması əsasdır. Başqa sözlə, Rusiyada qeyri-adi hadisələrin olacağı inandırıcı görünmür. Həm də Rusiyanın ağıllı müxalifəti var, ruslar qanunları sevdiklərinə görə, orada birinci dövlət, sonra şəxsi maraqlar gəlir. Buna görə də Rusiyada nəyinsə dəyişəcəyinə inanmıram. İndiki halda Rusiya iqtisadi cəhətdən zəif olsa da, həddən artıq aqressiv bir dövlətdir. Lenin 1919-cu ildə yazırdı ki, Rusiya o vaxt böyüməyə başlayır ki, orada şovinizm baş qaldırır. Ruslar uçurumun kənarından qayıtmağı bacaran xalqdır. Rusiya bu konstitusiyanı qəbul etməklə bu uçurumun kənarından qayıtdı.
Hesab edirəm ki, Rusiya yaxın zamanlarda ayaq üstə dura biləcək. Bu, iqtisadi sahədə də özünü göstərəcək. Nəzərə almaq lazımdır ki, Rusiya və Çinin ortaq iqtisadi maraqları çoxdur. Eyni zamanda, Rusiyanın Hindistanla münasibətləri normaldır. Dünyada artıq üç güc var: ABŞ, Avropa və Asiya. Üçüncü gücün həm insan, həm iqtisadi, həm də siyasi potensialı böyükdür. Təsadüfi deyil ki, son 20-25 əsr ərzində dağılmayan yeganə imperiya var: Çin İmperiyası. O, hələ də mövcuddur. Yəni Rusiya hələ ki, öz maraqlarına uyğun olaraq hərəkət edə bilir. Öz marağında olan dövlətləri bu çərçivədə saxlamağı bacarır. Azərbaycanın da ən böyük faciəsi budur ki, Rusiya bizim qonşumuzdur.
- Referendumdan sonra konstitusiyada “Rusiya SSRİ-nin varisidir” düzəlişi ediləcək. Bura qədər isə Rusiya özünü “SSRİ-nin davamçısı” adlandırırdı. Bu, hansı mənanı kəsb edir, arxasında hansı məqamlar durur?
- Əslində Rusiya hələ SSRİ dağılanda özünü onun siyasi varisi elan etdi. Rusiya SSRİ-yə daxil olan respublikaların, o cümlədən Azərbaycanın xarici borclarının ödənilməsini öz üzərinə götürdü. Əksinə o vaxt təcrübəsizliyimizdən istifadə etdilər, sonradan məlum oldu ki, bizi 118 milyon dollar aldadıblar. Yəni ruslar əvvəldən SSR-nin varisi olduqlarını deyirdilər. Artıq müəyyən ediblər ki, Sank-Peterburq paytaxt olacaq. Dünyanı Dərin Dövlət idarə edir. Pandemiya da göstərdi ki, yeni dünya düzəni formalaşacaq. Yeni sistemdə Rusiyanın öz yeri var. Biz istəsək də, istəməsək də Rusiya bu missiyanı yerinə yetirmək məcburiyyətindədir. Yəni SSRİ-nin bərpa olunma ehtimalı çox yüksəkdir. Bir sıra Qərb mənbələrində bu, 2024-cü ilin sentyabrına planlaşdırılır. Amma bu tarixi 2021-ci ilə keçirmək məsələsi gündəmə gəlib. Buna görə də, ayrı-ayrı respublikalarda təlatümlərin olacağını gözləyirəm.
Oxşar xəbərlər
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya