“Kommersant” Kremli fakt qarşısında qoydu: “İsgəndər-M” Ermənistana necə verilib?
Azərbaycan rəhbərliyi və ictimaiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tətbiq edilən və qalıqları Şuşa ətrafında tapılan "İsgəndər-M” raketlərinin (9М723) Ermənistana necə gedib çıxdığı barədə Rusiyadan izahat gözləyir.
Prezident İlham Əliyev son günlər bu barədə iki dəfə publik bəyanatlar səsləndirib, ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib ki, məsələni aprelin 1-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırıb, izahat istəyib. Habelə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə rəsmi məktub göndərərək ixrac üçün nəzərdə tutulmayan operativ-taktiki raketlərin Ermənistana necə gedib çıxmasına izahat verməyə çağırıb. Lakin hələ Rusiya tərəfindən cavab yoxdur. Hərçənd Putinin sözçüsü Dmitri Peskov bildirib ki, məsələni iki ölkə hərbçiləri "sıx dialoqun gedişində” müzakirə edirlər.
Əslində isə Ermənistana məhz "İsgəndər-M” raketlərinin verilməsi Rusiya mənbələri tərəfindən hələ 3 il əvvəl-2018-ci ildə Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində mətbuata sızdırılmışdı. "Kommersant” qəzeti Rusiya hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yazmışdı ki, Ermənistana 2016-cı ildə bir diviziyon "İsgəndər-M” operativ-taktiki raket kompleksi (9М723 raketləri ilə) verilib.
Qəzet Rusiyanın Ermənistana ayırdığı güzəştli silah kreditləri barədə bəhs edərək yazırdı ki, 2016-cı ildə, Qarabağda vəziyyət kəskinləşəndə Yerevan onlarla "Smerç” reaktiv-yaylım atəşi sistemləri, "İqla-S” daşınan zenit-raket kompleksləri, "Avtobaza-M” radioelektron mübarizə sistemləri (cəmi 200 milyon dollarlıq müqavilə) alıb.
"Bundan əlavə, hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə "Kommersant”a bildirib ki, 2016-cı ildə Ermənistan bir diviziyon "İsgəndər-M” operativ-taktiki raket kompleksləri (9М723 raketləri ilə) alıb. Mənbə etiraf edir ki, de-yure bu, raket texnologiyalarının yayılması barədə müqaviləni pozur, çünki həmin raketlərin mənzili ixrac üçün icazə verilən 300 kilometrdən çoxdur. Lakin Moskvada bu addıma məcburən gediblər: operativ-taktiki raket kompleksləri Ermənistana daha böyük hücum silahları potensialına malik olan Azərbaycanla hərbi pariteti dəstəkləmək üçün təcili lazımdır. "İsgəndər-E” ixrac modifikasiyasının hazırlanmasına zaman tələb olunur, hansı ki, Bakı Dağlıq Qarabağda hücuma keçəcəyi halda belə zaman yox idi”,-qəzet 2018-ci il sentyabrın 8-də dərc edilmiş məqaləsində bildirir. (//www.kommersant.ru/doc/3736762?fbclid=IwAR3VO8RIyBa8DfMCWINFpS4Z7oEnVPwrRypjYp4z8ZzaSRXUAlIOuGVbQ08)
Qəzet əlavə edirdi ki, Ermənistan hakimiyyətinin addımları Rusiya məmurları tərəfindən heç də həmişə anlaşılmasa da silah əməkdaşlığını kəsməyə heç kim hazırlaşmır. "Biz gedən kimi yerimizi başqaları tutacaq. Və belə addımın nəticələrini bizim hamımız hiss edəcəyik”,-rusiyalı hərbi mənbə o vaxt belə deyib.
Göründüyü kimi, "İsgəndər-M” raketləri Ermənistana heç də təsadüfən gedib çıxmayıb və mənzili 300 kilometrdən çox olan raketlərin yayılmasını qadağan edən beynəlxalq müqavilənin ziddinə olaraq bu ölkəyə ötürülüb. Əlbətdə, Azərbaycan tərəfində hələ o vaxtdan Ermənistana bu raketlərin verildiyi haqda şübhələr var idi, amma indi dəlillər açıq-aşkar ortadadır və rəsmi Bakının izahat tələb etmək üçün tam qanuni əsasları var. (Virtualaz.org)
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya