Sabiq məmurların bu günü: kim harada, nə edir?
Maqazin7 sentyabr 2019 11:41
Azərbaycanda vəzifəsindən azad olunan nazirlər, komitə sədrləri və digər yüksək vəzifəli məmurların sonrakı həyatı ictimaiyyəti maraqlandıran məsələlərdən biridir. İnsanlar uzun müddət yüksək vəzifələr tutmuş şəxslərin məmur kürsüsündən getdikdən sonrakı məşğuliyyəti barədə məlumatları həvəslə oxuyurlar.
Məlumdur ki, ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra xeyli sayda yüksək vəzifəli məmur işdən azad olundu. Yeni hökumət kabinetində yer almayan bu nazir və komitə sədrləri nə işlə məşğuldurlar?
Qeyd edək ki, dünyada geniş yayılmış praktikaya əsasən sabiq dövlət rəhbərləri, baş nazir, nazir və prezidentlər öz təcrübələrini müxtəlif universitetlərdə tələbələrlə bölüşürlər. Ölkə mətbuatında yer alan, sonradan təsdiqini tapan məlumatlardan aydın olur ki, Azərbaycanda da sabiq məmurların bir çoxu elmi-pedaqoji fəaliyyətə üz tutur. "Aprel sabiqləri”ndən biri - 5 il əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Daha biri sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov da boş qalmayıb. Belə ki, o, Dövlət Dəniz Akademiyasının rektorudur.
Postundan 2018-ci ilin aprelində uzaqlaşan sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da təhsil sahəsindədir - Qərbi Kaspi Universitetinin idarəetməsinin başına keçib.
Sabiq məmurlarımız arasında təhsil sahəsində çalışanlardan biri də Dövlət Gömrük Komitəsinin sədri olmuş Aydın Əliyevdir.
Beləliklə, aprel seçkilərindən sonra kreslosunu itirmiş yüksək vəzifəlilərin ən azı 4-ü müxtəlif universitetlərdə çalışmaqdadır. Lakin dünya praktikasından fərqli olaraq, onlar tələbələrə öz təcrübələri barədə mühazirə oxumayıb, konkret istiqamətlər üzrə fənnləri tədris etmək, yaxud müxtəlif yüksək vəzifələri tutmaqdadırlar.
Nəqliyyat naziri Ziya Məmmədov isə işsizdir, ibadətlə məşğuldur.
Keçmiş vergilər naziri Fazil Məmmədov biznesini idarə edir.
Sabiq məmurların bir qismi də var ki, vəzifədən alınandan sonra adları müxtəlif qalmaqallarda hallanmaqdadır. Onlardan biri baş nazirin sabiq müavini İsmət Abbasov gündəmə oğlunun xarici ölkələrdə böyük biznesinin aşkarlanması ilə gəlib. Oğlu barədə ən müxtəlif məlumatlar yayılsa da, İ.Abbasov onların heç birinə münasibət bildirməyib.
Qeyd edək ki, ötən ilin aprelində vəzifədən alınan iki məmurla bağlı ciddi tənqidlər səsləndirilmişdi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev miqrasiya orqanları və Diaspora ilə İş üzrə Dövlət Komitəsində korrupsiya hallarına yol verildiyini bildirmişdi. Administrasiya rəhbəri ən kəskin formada Diaspora Komitəsi haqqında danışmışdı: "Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib. Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib. Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Nazim İbrahimov isə R.Mehdiyevin dediklərini inkar etməyib və mətbuata açıqlamasında bunları deyib: "Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.
Tənqidləri qəbul edən cənab İbrahimov elə ötən ilin mayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri təyin olunub.
R.Mehdiyevin tənqid etdiyi Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin isə adı mətbuatda var-dövlətinə görə hallanmaqdadır. Müxtəlif resurslar ona məxsus olduğu deyilən xeyli sayda biznes obyektinin siyahısını dərc edirlər - bura yanacaqdoldurma məntəqələrindən tutmuş fermer təsərrüfatına, hətta gözəllik salonuna qədər çoxşaxəli biznes obyektləri aiddir. Bu isə cənab Nəbiyevin biznes fəaliyyəti ilə məşğul olmasından xəbər verir.
Daha bir sabiq - 25 il Baş nazirin müavini olmuş Abid Şərifovun da adı bu günlərdə mətbuatın gündəminə gəldi. Ondan müsahibə almaq istəyən və yox cavabı alan jurnalist cənab Şərifovun maşınının üstünə çıxmışdı. Xatırladaq ki, A.Şərifov baş nazirin müavini kimi tikinti sənayesi, nəqliyyat, rabitə, şəhər təsərrüfatı sahələrinn kurasiya edib. Şərifov əvvəllər Bakı Baş Tikinti Trestində, daha sonra isə "Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətində çalışıb. Onun "Azərnəqliyyatyoltikinti” trestinin 100 nömrəli körpü-tikinti dəstəsinin əsasında formalaşdırılan "Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin faktiki rəhbəri olduğu deyilirdi. Bu ASC uzun illər boyu Azərbaycanda həyata keçirilən ən böyük tikinti-təmir layihələrinin icrasına cəlb edilib. 2013-cü ildə şirkət adını dəyişərək "Avro-Asiya İnşaat Korporasiyası ”EVRASCON" ASC olub. Bu ASC-nin səhmdarları arasında A.Şərifovun xanımı da olub. "EVRASCON” ASC Azərbaycanda siyahısı birbaşa Nazirlər Kabineti tərəfindən tərtib olunan "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumlar”dan biridir. Şirkət Qazaxıstan, Özbəkistan, Ukrayna kimi ölkələrdə layihələr əldə edir. Lakin son illərdə "Evrascon”un ciddi maliyyə çətinlikləri yaşadığına dair məlumatlar yayılmaqdadır. Son olaraq ötən ay şirkətin Ukraynadakı fəhlələrinin əmək haqlarının gecikdirilməsi səbəbilə tətil etdiklərinə dair məlumat verilib.
Cənab Şərifovun "Evrascon”dan əlavə tibb və turizm sahəsində də biznesinin olduğu deyilir...
Aprel seçkilərində Bakı Şəhər İcra Hakimiyyəti başçısı postunu itirən Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunub - A.Şərifovun kurasiya etdiyi sahələrə indi o baxır...
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Qırmızı soğan ürək xəstəlikləri və prostat xərçənginə qarşı effektiv vasitədir
24 mart 2024 23:42
- İmamoğlu utanmadan bunu deyir - Ərdoğan
24 mart 2024 22:09
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya