İsa Qəmbər: “Biz belə birini görsək, onu kənarlaşdıracağıq”
Müsahibə21 sentyabr 2019 10:13
"Gənclərin reaksiyasından anladım ki, bu yetərli deyil. Oxuduğumuz hadisələrin baş verməsinin səbəblərindən biri də özünü kişi adlandıranların belə hadisələrə tələb olunan reaksiya verməməyi, "ailə daxili məsələdir” deyib keçməyidir. Buna son qoymaq lazımdır. Bu cür hadisələrin şahidi olanda və ya bu barədə eşidəndə birmənalı münasibət göstərmək lazımdır. Susmaq, təmkin nümayiş etdirmək zorun tərəfində olmaq deməkdir. Mən heç zaman zorun tərəfində olmamışam və olmaq niyyətində də deyilən”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Musavat Partiyasının sabiq başqanı İsa Qəmbər özünün facebook səhifəsində son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində yaşanan məlum problemlərə münasibət bildirərkən qeyd edib.
F.Qəhrəmanlının şiddətə məruz qalmış ailəsinə həmrəylik nümayiş etdirən İsa Qəmbər statusuna bu fikirlərlə başlayıb: "Dünən oxuduğumuz dəhşətli hadisədən xəbər tutanda 2018-ci ilin 2 dekabrında gənclərin dəvəti ilə iştirak etdiyim bir tədbiri xatırladım. "Dünya Uşaqların Gözü ilə" adlı bu tədbirdə təşkilatçıların qeyd etdiyi kimi "yüzlərlə istedadlı uşaqların arasından seçilmiş 9-15 yaşlı natiqlərin öz maraq sahələrinə uyğun düşüncələrini və təkliflərini" dinlədik. Paylaşdığım fotonu həmin tədbirdə çəkmişdim. Şəkildə ən sağdakı uca boylu məktəbli qız Sanay Yagmurdur. Yüzlərlə istedadlı uşaqların arasından seçilmişlərdən biri olan SIQanay ilk natiqlərdən biri oldu və burada da fərqləndi. Onun "öz maraq sahəsinə uyğun" mövzusu ... uşaq və qadın hüquqları və ailədaxili şiddətlə bağlı idi!”.
İsa Qəmbər Sanayın ifa etdiyi obrazın öhdəsindən mükəmməl gəlməsini məhz ailədə yaşadığı "problemlər”dən qaynaqlandığını yazır: "Sanay çox parlaq və yaşına görə çox yetkin bir çıxış etdi. Tədbirdən sonra Zümrüd xanımı təbrik etdim, qürur duyulası bir övlad yetişdirdiyini bildirdim. Amma o zaman bilmirdim və düşünmədim ki, Sanay həm də başlarına gələnlərdən təsirlənib bu mövzunu seçib. Heyif ki, tədbirin videosu yoxdur. Yeri gəlmişkən, həmin gün digər uşaqlar da çox fərqli və maraqlı çıxışlar etmişdilər”.
Mərkəz rəhbəri hesab edir ki, həyati təhlükə olmadan heç bir insanın başqa insana zorakılıq etməyə haqqı yoxdur. "Zəifə qarşı zor ikiqat cinayətdir.
Bu qorxinc hadisəyə gənclərin reaksiyası, cəmiyyətin nümayiş etdirdiyi içtimai qınaq məni əsasən qane etdiyi üçün münasibət bildirməyə tələsmədim. Açığı söhbətin partiyalar arası savaş kimi görünəcəyinin də həm partiyalara, həm də bu mühüm mövzuya ziyanlı olacağından ehtiyatlanırdım. Lakin bu ictimai diskussiya zamanı bəzilərinin mövzuya tamamilə yanlış mövqeləri, ailəiçi şiddətə normal, sıradan bir hal kimi yanaşmaları, bəzilərinin isə partiya "maraqlarından" çıxış etmələri məni də münasibət bildirmək zərurətinə inandırdı”.
Sabiq Musavat başqanı fikrini belə davam etdirib: "Əvvəlcə Hüseyn Cavidin şeiri ilə münasibət bildirmək istədim. Çünki H.Cavid bu məsələyə fəlsəfi-konseptual mövqe bildirib və nəinki zorakılığa qarşı çıxıb, həm də bəyan edib ki, bəşəriyyətin xilası və inkişafı qadın azadlığına bağlıdır. Bu müsavatçılığın mahiyyətinə də uyğun yanaşmadır. Lakin gənclərin reaksiyasından anladım ki, bu yetərli deyil. Oxuduğumuz hadisələrin baş verməsinin səbəblərindən biri də özünü kişi adlandıranların belə hadisələrə tələb olunan reaksiya verməməyi, "ailə daxili məsələdir” deyib keçməyidir. Buna son qoymaq lazımdır. Bu cür hadisələrin şahidi olanda və ya bu barədə eşidəndə birmənalı münasibət göstərmək lazımdır. Susmaq, təmkin nümayiş etdirmək zorun tərəfində olmaq deməkdir. Mən heç zaman zorun tərəfində olmamışam və olmaq niyyətində də deyilən”.
Qadına qarşı, uşağa qarşı zorakılığın ailədaxili məsələ olmadığını yazan İsa Qəmbər qeyd edib ki, bu, bizim hamımıza toxunan məsələdir: "Buna susmaq isə yolverilməzdir. Cəmiyyətdən, ailənin reaksiyasından qorxmayıb səsini qaldıran hər bir qadın isə cəsarət nümayiş etdirir. Bizə bu cəsarətdən daha çox lazımdır. Zorakılığa qarşı səsinizi qaldırmaqdan çəkinməyin. Onu da etiraf edim ki, bu qeydlərimi yazarkən Fuad Qəhrəmanlının istefa xəbərinin yayılması fikrimi paylaşmağı asanlaşdırdı.
Bu bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil. Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, MSDM-də ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa, özü bizdən kənarlaşsın. Biz belə birini görsək, onu kənarlaşdıracağıq.
Və mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyə edirəm. Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!”.
Oxşar xəbərlər
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya