Azərbaycanda bu insanların gecə 11-dən sonra çölə çıxması qadağandır (RƏSMİ)
Günün sitatı6 oktyabr 2019 12:15
Bu günlərdə məlum oldu ki, Bakıda üzərində probasiya xidmətinin elektron nəzarət qolbağını daşıyan şəxsoğurluq edirmiş. Söhbət bir müddət əvvəl Səbail rayonunda Səbinə Atakişiyeva, Ceyhun Cəbiyev və Kənan Nəcəfovun törətdiyi oğurluq əməlindən gedir. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib. Hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.
Belə məlum olur ki, probasiya xidmətinin elektron nəzarət qolbağı da məhkumu cinayətdən daşındırmır. Belə isə bu qolbağın əhəmiyyəti nədir? Ümumiyyətlə, probasiya xidmətinin elektron bilərziyi hansı məhdudiyyətləri qoyur?
Lent.az-ın bu suallarına Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən cavablandırdılar:
"Probasiya xidmətinin elektron nəzarət bilərziyini məhkəmənin qanuni hökmü ilə şərti azadlığa buraxılanlar ayağında daşıyır. Həmin şəxslər probasiya nəzarətində cəzasını çəkir. Məhkəmənin qərarına əsasən, həmin şəxslərə müəyyən olunmuş qadağalar qoyulur. Bu nəzarət əsasən iki istiqamətdə aparılır. Birincisi, hökm oxunan şəxs təyin olunmuş şəhər, rayon və.s ərazidən kənara çıxmamalıdır.
İkincisi isə gecə saaat 23:00-dan səhər saat 07:00-dək evdən bayıra çıxa bilməz. Günün digər hissəsini yəni, səhər saat 07:00-dən axşam saat 23:00-dək işə və ya digər istədiyi yerə getməkdə sərbəstdir. Ancaq müəyyən olunmuş ərazini tərk etdikdə və ya axşam saat 23:00-dan sonra evi tərk etsə dərhal siqnal vasitəsilə bizə məlumat gəlir. Səbail rayonunda törədilən oğurluq hadisəsi də axşam saat 19 radələrində baş verdiyi üçün hər hansı bilgi gəlməyib. Bir sözlə, probasiya xidmətinin elektron nəzarət bilərziyi cinayətin qarşısını almır. Sadəcə şəxsin hərəkətlərinə müəyyən qadağalar tətbiq edir".
Probasiya Xidməti elektron nəzarət bilərziyi daşıyan şəxsin təkrar cinayət törətdiyi təqdirdə çəkəcəyi cəza barədə də məlumat verib:
"Əgər ayağında elektron qolbaq daşıyan şəxs təkrar cinayət törədərsə, onun cəzası məhkəmənin qərarından asılı olaraq dəyişəcək. Ola bilər ki, məhkəmə həmin şəxsə yenidən eyni qaydada cəza təyin etsin. Bu zaman məsələn, şəxsə təkrar cinayətə görə 2 il cəza hökmü oxunubsa, əvvəlki cinayətdən də qalan tutaq ki, 1 il yarım onun üzərinə gələcək və beləliklə şəxsin cəzası 3 il yarım olacaq.
Demək ki, həmin şəxs 3 il yarım daha probasiya xidmətinin elektron nəzarət bilərziyini daşımalı olacaq. Əgər məhkəmə həmin 2 il müddəti cəzaçəkmə müəssisəsində çəkmək qərarı versə, onun elektron nəzarətdə qalan növbəti müddətinin hər 2 günü bir gün hesablanaraq yeni cəza ilə birləşəcək. Məsələn, elektron bilərziklə 1 il cəza vaxtı qalıbsa həbsxanada bu 6 ay hesablanır və yeni hökmlə birləşərək 2 il yarım cəza çəkəcək".
Xatırladaq ki, Ədliyyə Nazirliyi Probasiya Xidməti Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" imzaladığı sərəncam əsasında yaradılıb.
Probasiyanın latıncadan tərcüməsi sınaq deməkdir. Hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Probasiya institutu əksər qərb ölkələrinin İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya