Berlindən rəsmi qərar: Dünyanın VIII möcüzəsi və Hitlerin xəzinələri axtarılacaq (VİDEO)
Almaniya Buhenvald konslagerinin gizli tunellərində nasistlərin gizlədiyi ağlasığmaz dərəcədə zəngin xəzinələrin axtarışına başlayıb.
Qaynarinfo KP-ru-ya istinadən xəbər verir ki, bəzi versiyalara görə, dünyanın 8-ci möcüzəsi adlanan Kəhrəba otaq məhz burada gizlədilib. Keçmiş faşist konsentrasiya düşərgəsi Buhenvald ərazisində axtarışlara rəsmi olaraq oktyabrdan start verilib. Hazırda Üçüncü Reyxin xəzinələrinin gizlədildiyi düşünülən gizli tunel və şaxtalarda qazıntı işləri gedir. 1941-ci ildə vehrmaxt tərəfindən Rusiya imperatorlarının Çarskoye Selo bölgəsindəki yay iqamətgahından çıxarılan məşhur Kəhrəba otağın da burada gizlədildiyi güman edilir. Məlumata görə, Berlindən Buhenvalda köçən SS Baş Əməliyyat İdarəsinin bütün məxfi sənədləri də burada "dəfn edilib”. "Bəs Almaniya hökumətinin qazıntılara məhz oktyabrda başlamasının səbəbi nədir” – sualına cavab verən Üçüncü Reyx üzrə mütəxəssis, tarixçi Konstantin Zalesski deyib ki, səbəb çox güman, faşistlərin işğal etdikləri ərazilərdən gətirdiyi xəzinələrlə ağzınacan dolu gizli tunellər haqda yayılan çoxsaylı məqalə və şayiələrə birdəfəlik son qoymaqdır – varmı, yoxmu: "Bu şayiələr 90-cı illərdən bəri yayılmağa başlayıb. Buhenvaldda bir şey tapılıb-tapılmayacağından asılı olmayaraq, hər halda bir nəticə olacaq. Əsas olan odur ki, əməliyyat rəsmi olaraq elan edilib. Xatirə abidəsinin yerləşdiyi ərazi ciddi qorunur. Burada kimsə özbaşına axtarış apara bilməz. Artıq qazıntılara rəsmən icazə verilib. Xüsusi vurğulamaq istəyirəm ki, dövlət səviyyəsində spekulyasiyaların şişirdildiyi qonşu Polşadan fərqli olaraq, Almaniyada Üçüncü Reyxin bu gizli xəzinələri söhbətinə çox ciddi yanaşır, bu barədə ucuz fərziyyələri sevmirlər”. Qeyd edək ki, faşistlər işğal etdikləri ölkələrin bütün xəzinə və banklarında saxlanılan qızıl ehtiyatlarını qarət edərək Almaniyaya gətiriblər. Bəşər tarixindəki ən böyük qızıl soyğunçuluğuna 1938-ci ilin mart ayında başlanılıb. Avstriyanı ilhaq etdikdən sonra nasistlər bu ölkənin Milli Bankından 91,147 kq qızıl götürüb. Çexoslovakiya, Dansiq, Hollandiya, Lüksemburq, eləcə də Belçika kimi azad şəhərin bütün qızıl ehtiyatı qarət edilib. İstifadəyə götürülmüş yunan qızılının miqdarı isə məlum deyil. Danimarka, Norveç, Fransa vaxtında duyuq düşərək öz qızıl ehtiyatlarının böyük hissəsini İngiltərə və ABŞ-a nəql edə bilib. Polşa isə qızıl ehtiyatının 65 tonunu dolayı və sərgüzəştli yollarla Afrikaya, oradan da ABŞ-a göndərməyə nail olub. Belçika da bənzər hiylə işlətməyə çalışsa da, nasistlər Belçikanın Afrikadakı 270 ton qızılını ələ keçirərək Berlinə aparıblar. Nasist xəzinəsi işğal edilmiş ölkələrin vətəndaşlarının şəxsi əmlakları ilə də doldurulub. İkinci Dünya Müharibəsi başlamazdan əvvəl bu qarətin əsası qoyulub - 1 yanvar 1939-cu ildə Hermann Göring Üçüncü Reyxdən köçən yəhudilərin bütün əmlaklarının dövlətin lehinə müsadirə ediləcəyi ilə bağlı bir qərar hazırlayıb. Qərara görə, "Mülklərindəki qızıldan, platindən, gümüşdən, habelə qiymətli daşlardan və incilərdən olan hər hansı əşyalar" təhvil verilməli idi. Yarandığı vaxtdan etibarən konsentrasiya düşərgələri, krematoriyalar, qaz kameralarında öldürülənlərin qızıl dişlərini çıxarmağa başlayıblar. Təkcə Osvensim ölüm düşərgəsində Degussa (qızıl və gümüşün çeşidlənməsi üzrə Alman müəssisəsi) gündəlik 11 kq-a qədər qızıl diş tacı, zərgərlik və s. məmulatı ölüm düşərgəsindən Reyxsbanka göndərirdi. Bu kabus müharibənin sonuna qədər davam etmişdi. 1943-cü ildə Fürerin sağ əli, hiyləgər Martin Bormann müharibənin itirildiyini başa düşərək, Almaniyadan qızıl, qiymətli daşlar və digər qiymətli əşyaları çıxarmaq üçün gizli "Qartal uçuşu" əməliyyatını planlaşdıraraq həyata keçirdi. Əvvəlcə xəzinələr gizli olaraq təyyarələrə, gəmilərə, sualtı qayıqlara yüklənərək nasist koloniyalarının mövcud olduğu Cənubi Amerikaya göndərildi. Təkcə Bormanın öz qızılı ondakı qiymətlərlə 1.12 milyard dollar məbləğindəydi. İndi əlbəttə dəyəri dəfələrlə artıb. Bundan başqa isə platin, qiymətli daşlar, sikkələr, rəsmlər, səhmlər, istiqrazlar... Xəzinələrin bir hissəsi Avropada gizlədilib. Üçüncü Reyxin ərazisində isə əsasən duz, kömür və digər mədənlərdə yalnız Bormanın nəzarəti altında olan 134 (!) gizli xəzinə olub. 19 mart 1945-ci il tarixli xüsusi "Neronun Fərmanı"na əsasən, müttəfiqlərin əlinə keçməsin deyə xəzinələrin çoxuna partlayıcı maddələr quraşdırılıb. Hitlerin kolleksiyasında olan ən bahalı rəsmlər Avstriyanın Altaussee şəhərinin yaxınlığındakı mədənlərdə gizlədilib. Bu xəzinələrin yanında isə 500 kiloqramlıq avia-bomba yerləşdirilib... Avropadakı dünya sənət əsərlərinin gizlədildiyi əsas nasist anbarlarından biri Füssen şəhəri yaxınlığındakı Bavariya Alplarındakı Neusşvanstein qalası olub. SS-çilər qalanı müharibənin sonunda partlatmağı planlaşdırsalar da, müttəfiqlər bu qorxunc planı poza bilib. Bundan sonra düz altı həftə talan edilmiş şah əsərlərin buradan daşınmasına sərf edilib. Lakin nasistlər Reyxsbank qızıl ehtiyatının bir hissəsini aprelin sonunda qaladan çıxarıb apara biliblər. Üstəlik naməlum istiqamətə! İndi sözügedən xəzinələrin miqyasını təsəvvür etmək çətin deyil...
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41