Leyla Bədirbəylinin nəvəsi: “Nənəm özünə qapanmışdı
Günün sitatı5 dekabr 2019 09:30
“Stalin kinoya baxandan sonra deyib ki, bu, Azərbaycan gözəlidir”
Azvision.az -ın növbəti müsahibəsi Xalq artisti, mərhum aktrisamız Leyla Bədirbəyliyə həsr olunub. Yaratdığı obrazlarla, daxili və xarici gözəlliyi ilə daim tamaşaçıları sehirləyən sənətkar haqqında nəvəsi Mehin Cavanşirlə həmsöhbət olduq. O, Leyla Bədirbəylinin ilk nikahından doğulan Cavanşir Cavanşirovun qızıdır. Hazırda ailəsi ilə birgə ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayır.
- Mehin xanım, ilk növbədə sizi tanımaq istərdik. Harada anadan olmusunuz, necə bir ailədə böyümüsünüz?
- Mən Bakıda doğulmuşam. 6 nömrəli məktəbi bitirdikdən sonra M.F.Axundov adına Dillər İnstitutuna daxil olmuşam. Rus dili və ədəbiyyat fakültəsini başa vurub, 134 nömrəli orta məktəbdə dərs demişəm. Yoldaşım mühəndisdir. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. İki övladımız var. Biri qız, digəri oğlandır. Onlar hazırda məktəblidirlər.
Atam və anam televiziyada çalışıblar. Anam uşaq verilişləri redaksiyasının baş rejissoru olub. Hazırda təqaüddədir. Atam isə rəhmətə gedib. Biz Qarabağ xanı Pənahəli xan Cavanşirin kökündənik. Soyadımız da ona bağlıdır.
Leyla xanımın 3 övladı olub. Birinci nikahından atam, ikinci nikahından isə bibilərim Bikə və Lalə dünyaya gəliblər. Lalə bibim yol qəzasında rəhmətə gedib. Bikə xanım isə Azərbaycanda yaşayır, həkimdir. Onun bir qızı, bir oğlu var. Həm də nənədir. Mən isə ailəmlə 11 ildir ki, ABŞ-da yaşayıram. Food blogger, yəni yemək bloggeriyəm. Burada Azərbaycan mətbəxini təbliğ edirəm.
- Bakıda bacı və qardaşlarınız varmı? Onlar haqqında da məlumat almaq istərdik.
- Bakıda bir bacım var. Onun 3 övladı var, işləmir, evdar xanımdır.
- Siz Azərbaycan gözəli adlandırılan bir xanımın, Leyla Bədirbəylinin nəvəsisiniz. Nənəniz yadınızda necə qalıb? Hansı xatirələrini bizimlə bölüşə bilərsiniz?
- Leyla xanım zadəgan nəslindən olan bir qadın idi. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. Bikə xanım çox imkanlı, əliaçıq, hamıya kömək edən qadın olub. Qonşularımız danışardılar ki, müharibə vaxtı o, pianino qutusunda ərzaqlar saxlayarmış. Qutunun açarını da üstünə qoyarmış ki, kimin ehtiyacı olarsa, gəlib ərzaq götürsün. Leyla xanımın da xasiyyəti eynən belə idi. Evdəki xadiməsi ilə elə davranırdı ki, sanki yaxın qohumudur. Hər adamla dil tapmaq qabiliyyəti var idi.
Çox savadlı və əlləri məcazi mənada desək, qızıl olan xanım kimi yadımda qalıb. Xarici ölkələrdən tort bişirmək üçün avadanlıq gətirmişdi. Çox gözəl tortlar hazırlayırdı. Yeməkləri o qədər tamlı idi ki, indiyədək dadı damağımdan getməyib. Halva, şəkərbura bişirəndə üstünə elə naxışlar vururdu ki, memarlar belə həsəd aparardılar. Çox adam inanmırdı, amma evdə hər şeyi özü edirdi.
Qəşəng paltarlar tikirdi, toxuyurdu. 4 qız nəvəsi var idi. Bizim üçün gözəl geyimlər tikirdi. Deyirdi, qoy bunlardan ancaq sizdə olsun. Ağ saplardan güllər toxuyub donlarımızın üzərinə vururdu. Hamı bizdən soruşurdu ki, bunu haradan almısınız? Deyirdik, nənəmiz toxuyub.
Həddindən artıq zövqlü xanım idi. Evinin dizaynını görmək lazım idi. Xırda heykəlciklərdən ibarət kolleksiyası var idi. Xaricə gedəndə alıb gətirərdi. Mənim də xoşuma gəlirdi. Onlara gedəndə baxırdım. Çoxusu Almaniyanın məşhur ustaların əl işləri idi. Antikadan zövq alardı.
Evdə həmişə çoxlu xarici jurnallar olardı. Onların modelləri əsasında paltar tikərdi. Bir də görürdün zəng edirdilər ki, Leyla xanım sabah efirə gəlin, filan aktyordan danışın. Hazırlaşmamış efirə gedirdi. Baxırdın ki, elə bil ssenari qurub. Gözəl, savadlı nitiqi var idi. Özü də çox gözəl olub.
- Övladları, nəvələri arasında Leyla xanımın yolunu davam etdirənlər oldumu? İndi onun adını kim daşıyır?
- Leyla adını mənim və bibim Bikənin qızı daşıyır. Ailəmizdən heç kim incəsənətlə məşğul olmur.
- Ən çox hansı obrazını bəyənirsiniz? Və onlardan hansı Leyla Bədirbəyli xarakterinə uyğun gəlir?
- Daha çox “Araşın mal alan” filmindəki Gülçöhrə obrazını bəyənirəm. Orada çox cavan idi. Atam da həmin kinoda kiçik bir epizdodda çəkilib. Balaca uşaq idi. Danışardı ki, anası onu yanında çəkilişlərə aparırmış. Stalin həmin kinoya baxandan sonra deyib ki, bu, Azərbaycan gözəlidir. Nənəmin evində Stalinin böyük bir portreti var idi.
- Eşitdiyimə görə, Leyla xanım ömrünün son illərini küskün keçirib. Evə qapanıb, heç kimlə əlaqə saxlamayıb. Həmin vaxtları necə xatırlayırsınız? Onun evə qapanmasına səbəb nə idi?
- Babam rəhmətə gedəndən sonra nənəm özünə qapanmışdı. Çünki babam ata necə qızına baxırsa, nənəmə elə baxırdı. "Kubinka" tərəfdə təndir çörəyi bişirirdilər. Hər səhər babam gedib o çörəkdən alırdı ki, Leyla xanım boyat çörək yeməsin. 3-4 gündən bir evə qızıl güllər gətirirdi. Nənəmin güldanı heç vaxt boş qalmazdı. Xarab olan kimi, yerinə təzə güllər qoyulurdu. Gözəl baba, gözəl həyat yoldaşı idi.
Babamdan sonra Lalə bibimin 48 yaşında avtomobil qəzasında ölməsi nənəmin vəziyyətini pisləşdirdi. Daha da özünə qapandı. Son gününə kimi yanında idik. Kənar adamları görmək istəmirdi, yalnız ailəsini, qohumlarını yaxına buraxırdı.
- Ola bilərmi ki, gözəlliyinizi nənənizdən almısınız? Məncə, siz daha çox ona bənzəyirsiniz.
- Özüm üçün gözəl deyə bilmirəm. Bu yaxşı çıxmaz. Nənəmə də, anama da bənzəyirəm. Anam gözəl qadın olub. Məncə, hər ikisinə oxşayıram. Babam rəhmətə gedəndə aktrisalar bizə gəlmişdi. Onlar məni görüb nənəmə deyirdilər ki, nəvən sənə çox oxşayır. Onun gözəl bədən quruluşu, zərif dərisi hələ də gözümün önündədir.
(Leyla Bədirbəylinin anası Bikə xanım)
(Leyla Bədirbəylinin nəticəsi(Mehin Cavanşirin qızı)
(Mehin Cavanşir)
(Leyla xanımın oğlu Cavanşir Cavanşirovun uşaqlıq fotosu)
Şahanə Rəhimli

Oxşar xəbərlər
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Bakıda beş uşaq atası olan aktyor özünə qəsd etdi
20 mart 2024 17:40
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Üçüncü sinifdə oxuyanda məni Zeynəb Xanlarovaya verdilər
11 mart 2024 20:08
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Fəraməz Maqsudovun evini alt-üst edənlər kimlərdir? - Nəvəsindən şikayət
9 mart 2024 13:52
- Leyla Seyidbəyova vəfat etdi
5 mart 2024 18:48
- Hamamda əxlaqsızlıq: Bakıda 43 yaşlı kişi sevgilisinin 10 yaşlı qızına...– ŞOK DETALLAR
29 fevral 2024 15:45
- Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu - Yenilənib
26 fevral 2024 21:09
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya