Rauf Arifoğlu ilə Eldar Sabiroğlu arasında böyük qarşıdurma
Keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qarşıdurma yaranıb. “Yeni Sabah” xəbər verir ki, bu qarşıdurmanın başlamasına səbəb E. Sabiroğlunun R. Arifoğlu haqda sosial şəbəkədə məqalə paylaşması olub. Həmin yazıda keçmiş deputat baş redaktor haqqında bir sıra ittihamlar səsləndirib.
Bundan az sonra isə R. Arifoğlu Sabiroğluna cavab yazısı ilə çıxış edib. Hər iki tərəfin yazısını olduğu kimi oxuculara təqdim edirik:
Eldar Sabiroğlunun yazısı:
ÇOX HÖRMƏTLİ RAUF ARİFOĞLUNA...
Gözlənilməz üzrxahlıq!!! Ola bilsin bəziləri düzgün anlamasın məni. Lakin daxilimdəki narahatlıq hissi hakimiyyətin hesablaşdığı və yüksək dəyər verdiyi hərtərəfli məşhur jurnalist Rauf Arifoğludan məni bağışlamasını xahiş etməyə məcbur elədi. Təşəbbüsümü özü necə qarşılayacaq, qəbul edəcək, ya ümumiyyətlə, yaxına buraxmayacaq, bu, artıq onluqdur. Mən barışmaq istərdim...
Rauf bəy, sizi sərasər tənqid edənlərdən biriyəm. Sizin də YAP-da ən çox nifrət etdiyiniz adamların siyahısında yəqin 3-4-cü sıralarda yer alanlardan biri mən olmuşam. Ağlınız nəyi kəsibsə onu da tirajlamısınız. Axırda sizin və qardaşınızın orduya xidmətdən yayınmağınız barədə sənədi mətbuata çıxarandan sonra müəyyən sakitlik yarandı. Hətta sizi qurşaqdan aşağı vurmaq barədə təklif də aldım. Özünüz bilərsiniz hansı xanımdan söhbət gedir... Birmənalı rədd etdim, çünki bu kişilikdən deyildi.
İkimiz də səhv etmişik, bir-birimizlə dil tapa bilərdik. Bəli, ziyanın daha çox hissəsinin mənə dəydiyini hüzurunuzda etiraf edirəm. Müxalifətdə olmanıza baxmayaraq, hökumətlə sıx əlaqələrinizdən yararlanmaq imkanını əldən buraxdığıma görə peşimanam.
Bizim aramızda şəxsi ədavətə söykənən problem olmayıb. Heydər Əliyevi aşağılayıcı təhqirlərə məruz qoyanda dözümsüzük edib mən də sizi təhqirlərin hədəfinə alırdım. Bircə qüsurunuz var, o da sərhəd tanımayan yekəxanalığınızdır. Heydər Əliyev Klivlentdə ölüm ayağında olanda onun barəsində nalayiq sözlərinizdən o dərəcədə acıqlı olurdum ki, həmin anda qarşıma çıxsaydınız, alnınıza atəş açıb sizi qətlə yetirməkdən geri durmazdım. Lakin hakimiyyətin sonralar sizə göstərdiyi doğma münasibətdən anladım ki, bu, bir oyunmuş. Hər iki cəbhədə işləyib uğur qazanmaq səadəti olduqca mürəkkəb və çətin məsələdir. Bu xoşbəxtlik həm müxalifət, həm də iqtidar nümayəndəsi kimi yalnız sizə nəsib olmuşdur. Sizdən başqa bu ikiqat vəzifənin öhdəsindən gələn olmazdı.
Sən demə, əsl həyat mənim kimi düşünənlərin yox, Azərbaycan üçün nümunə sayılacaq Rauf Arifoğlu və hakimiyyət sövdələşməsinə misilsiz töhfələr verən digərlərinin çiyinləri üstündə oturubmuş. Hakimiyyətin tədris etdiyi tarixi dərslərdən nəticə çıxara bilməməyim yalnız öz korafəhimliyimə bağlı bir işdir. Lakin bu ikiüzlü siyasətin öhdəsindən nə o zaman, nə də indi gələ bilməzdim. Görürəm hansı ucalıqda dayanmısınız? Siz söyüşlə qalxdınız, mənsə ürəyimi hakimiyyətin yolunda qoysam belə kiçik təpənin sahibi ola bilmədim.
Prezidentin döşünüzə medal taxması və sizin də onun qarşısında farağat dayanmanız səmimi əməkdaşlığınızın üzərindəki pərdəni götürdü.
Hökumətə yaxınlığınızın illər sonra tərəfinizdən açıq etirafı da mənim üçün ciddi tarixi bir dərs oldu. Sizinlə eyni gündə bəzi qələm sahibləri də şəxsən dövlət başçısı tərəfindən təltif olundular. Ancaq bu münasibətlə hakimiyyətin iki önəmli şəxsi tərəfindən rəsmi məktubla yalnız siz təbrik edildiniz. Bu, dərin hörmət hakimiyyətin üst qatında əhəmiyyətli yerə sahib olduğunuzla yanaşı, həm də yüksək etibarın və etimadın göstəricisi kimi böyük hadisə idi. Əlçatmaz uğurlarınızla gözlərimi açdınız. Və sonra hər şeyi asta-asta anlamağa başladım. Buna görə sizə və quruculuğunda böyük xidmətləriniz olan mövcud hökumətimizə təşəkkürlərimi ifadə etməkdən özümü bəxtiyar hesab edərdim.
Rauf bəy, deputatlığa namizəd kimi sizə böyük dəstək veriləcəyinə əminəm. Çünki siz xidmətləriniz müqabilində bu hörmət-izzəti qazanmısınız. Bir-birinizi də çox gözəl tamamlayırsınız. Yeganə xahişim budur ki, adətən, Milli Məclisin birinci iclasından əvvəl deputatlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu, bir şansdır. H. Əliyevin ünvanına coxlu söyüş və təhqirlər yağdırmısınız. Abidəsi önündə pıçıltı ilə də olsa üzr diləyib günahlarınızı yuya bilərsiniz. Şəhidlər Xiyabanında vətən uğrunda canını fəda edənlərdən də mütləq hallalığınızı istəyin. Zənn etməyin ki, bir evdən iki qardaşın müharibədən yayınmasını şəhidlərimiz yaddaşlarından silib atıblar! Rauf bəy, tarix üçün nə ruhlar, nə də yaddaşlar ölmür...
Rauf Arifoğlunun yazısı:
Bütün eldarsabiroğluların hamısına topdan cavab!
Seçki startımız möhtəşəm gedir. Rəqiblərim tarazlığı itirib və əlacsız qalıb, mənə qarşı qara piarı şiddətləndirib. Özlərinin yazmağa bir sözü yoxdur, doğma oğlundan imtina etmiş, ağlını və Allahını şaşırmış, işlədiyi dövrdə onlarla şəhidin qanını batırmış, milli xəyanətkar Səfər Əbiyevin nökəri olmuş bir yaramazın yazısını paylaşıb, bununla təsəlli tapırlar. Gah da Facebookda seçki keçirdib, məni məğlub edirlər. Sanki 35-ci dairə Facebookda yerləşir.
Ümumiyyətlə, əksər müxalifət liderləri tam virtual dünyaya transfer olublar. Burada minlərlə like yığa bilirlər. Amma küçəyə, meydana çıxanda, ətrafları bom boş olur. Mən qısa müddətə ortaya iş qoydum, komanda qoydum, vitrin qoydum. Bunların da vitrini Eldar Sabiroğlu imiş.
Bu seçkini 5 min səs fərqi ilə udacam! 35-ci dairədə! Buna söz verirəm. Feysdəki bütün qələbələr sizin olsun.
Kimsəni də kişi kimi mübarizəyə səsləmirəm. Çünki qarşımdakıların kim olduğunu artıq bilirəm. Bir dəstə Eldar Sabiroğlu. Başlarında da elə Eldar Sabiroğlu! Mən bu dairəyə ərizəmi verəndə də belə idi, indi də belədir!
Məni Sovet ordusundan yayınmaqda suçlayan birisinə qoşulub, haqqıma, əməyimə və vətən uğrunda, Azərbaycan uğrunda savaşıma dil uzadanlarla da işim yoxdur. Yalançı veteranlar, saxta döyüşçülər öz yalanlarına elə inanıblar ki, bu fırıldaqlarının bircə zərbəmlə darmadağın olacağını unudublar.
Paylaşmalı elə şeylər var ki, paylaşsaq, fələklərini şaşırarlar... Təkcə türmə gündəliklərimdən ikicə vərəq paylaşımmı?
Amma niyə ki? Gül kimi seçkimiz gedir. Arı kimi çalışırıq! Xalq bizi qucaqlayır! Göyə çıxsalar da, qələbə mənimdir. Ümumiyyətlə, o düşərgədə mənə ayaq uyduracaq, nəfəs çatdıracaq kimsə yoxdur! Kimsə! Bunların hamısı bir zamanlar mənə, mənim media gücümə görə böyük görünürdülər. İndi arxalarından çəkilmişəm, fərq gördüyünüz miskin mənzərədir! Eldar Sabiroğlunun yazısının ÜMİDİnə qalıblar!
İndi isə döyüş yoldaşlarımla çəkdirdiyim bir fotonu paylaşıram. 29 il fərqlə, bu bizik! Ölkədə milli ordu yox idi, könüllü dəstələr qurduq, milli qəzet yox idi, qəzet qurduq, Müsavat mühacirətə qovulmuşdu, Yeni Müsavat qurduq!
Quracağıq! Davam edəcəyik. Bu yazıdan sonra, məcbur qalmasam, kimsəyə də cavab verməyəcəm, Seçki Qərargahımı, yazarlarımı da təmkinə dəvət edirəm! Bizim belə şeylərə vaxtımız yoxdur!
Ölkədə seçki gedir! 35-ci dairə Azərbaycandır!
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır
24 mart 2024 22:43
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06