Adil Qeybulla Kvirusla bağlı ən incə detalları açıqladı: Bilmək vacibdir...
İdman2 aprel 2020 12:00
"COVİD 19" evdə də müalicə oluna bilər".
Qaynarinfo xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. O qeyd edib ki, ölkədə bir koronavirus ajiotajı yaranıb:
"Bütün həkimlər mobilizasiya edilir. Tibb Universitetinin tədris-cərrahi korpusu müasir havalandırma sisteminə rəğmən, hazırda karanitn statuslu xəstəxana kimi çalışır. Tibb Universiteti Cərrahi Kafedralarının əməkdaşları da qruplar şəklində bu işə cəlb olunub. Mən də siyahıda ön cərgələrdəyəm. Əslində, görünən odur ki, bu işin yerli koordinatorları çaşqınlıq içindədirlər. Ora getməkdə özüm də maraqlıyam. İşin təşkilini öz gözlərimlə görmək üçün.
Əvvəla, həkimlərin bu işə cəlb olunmasının mexanizmi bu gün inkişaf etmiş dünya ölkələrində olduğu kimi effektiv və rasional olmalıdır. Bu mexanizm izafi xərcləri azaltmaq, təhlükəsizliyi təmin etmək baxımdan çox önəmlidir. Belə ki, xəstəxanaya ilk növbədə intensiv müalicəyə ehtiyacı olanlar gətirilməlidir. Yüngül xəstələr həkim nəzarəti ilə tamamilə evdə müalicə oluna bilər. Onlara xüsusi ayrılmış həkimlər (maaşları artırılmaqla poliklinika sahə həkimləri) gündəlik şikayətlərinin dinamikasına nəzarət etməli, reqress gedərsə, evdə müalicə və müşahidə davam etdirilər, ağırlaşma qeyd edilərsə, xəstəxanaya götürülər".
Biz niyə Fransa, Almaniya təcrübəsindən yararlanmamalıyıq?
Professor qeyd edib ki, xəstəlik tam evdə də müalicə oluna bilər:
"COVİD -19-un spesifik, patoqnomonik simptomu yoxdur! Bu, bir atipik respirator virus infeksiyasıdır. Özünüzdə yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətləri (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axma, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə, qripdə olduğu kimi özünüzü ayrı otaqda təcrid edin, yataq rejiminə keçin, qətiyyən panikaya düşməyin. Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin.
Nəzərdə tutun ki, çox vaxt qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəlikləri COVİD-19-dan daha ağır gedişə malik olur".
Adil Qeybulla aşağıdakı qaydalara riayət etməyi məsləhət bilib:
1. Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın. Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını çox isti etməyin, bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın.
2. Bol maye (ilıq şəkildə su) için. Su, bir tərəfdən, burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır, beləliklə, virusun miqdarını artmağa qoymur, digər tərəfdən, intoksikasiya zamanı bədəndə su sərfi artdığından homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır.
3. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal saldırmağa çalışmayın. Bu virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır. Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, Parasetamol həblərindən (500 mg gündə 2 dəfə) istifadə edin. Sink (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə) yemək vaxtı) qəbul edin. Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir. Bol vitaminlər (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin.
4. Yağda qızardılmış yeməkləri azaldın, nativ kərə yağı daha məsləhətdir.
5. Meyvə-tərəvəzə üstünlük verin.
Professor bildirib ki, xəstələr bu rejimə ciddi əməl etsə, xəstəlik tədricən keçəcək:
"Əgər, davamlı quru öskürək, təngnəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın".
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya