XIN əməliyyatının ikinci dalğası: Elmira Axundovanın 1 milyona səfir getməsi iddiası yoxlanılacaqmı?
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, XİN-dəki qanunsuzluqlar, korrupsiya ilə bağlı illərdir mətbuatda xəbərlər dolaşır. Son belə xəbər bu ilin fevarlında gündəmə gəlmişdi. İddia olunurdu ki, Ramiz Mehdiyevi özünə mənəvi ata hesab edən Emira Axundova səfir olmaq üçün 1 milyon dollar rüşvət verib. Sabiq deputatın səfir təyin olunmaq üçün Fuad Muradovun vasitəsilə 1 milyon dollar rüşvət verdiyi iddiası vardı. 66 yaşlı Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin olunmaq üçün bu qədər puldan keçdiyi deyilirdi.
O günlərdə timetv.live saytı yazırdı ki, Elmira Axundovanın oğlu Həbib Axundov dostlarına Ukraynaya köçməyə hazırlaşdıqlarını bildirib. Deyib ki, bir aydan sonra anası Azərbaycanın Ukraynadakı səfiri təyin olunacaq. Bunun üçün düz 1 milyon dollar xərcləri çıxıb.
Sayt yazır ki, Diaspora Komitəsinin sədri Fuad Muradov araçılıq edib. Bir milyon dollar rüşvət verildikdən sonra Prezident Administrasiyasından xarici işlər naziri Elmar Məmmədyarova zəng vuraraq bildiriblər ki, Elmira Axundovanı qəbul eləsin. Məmmədyarov Axundovanı qəbul edib və Axundova ona deyib ki, səfir təyin olunmaq üçün lazımi “prosedurları” keçib. Məmmədyarov da aldığı tapşırığa uyğun olaraq ona səfir postuna hazırlaşmağı tövsiyyə edib və deyib ki, bir aya sərəncamı veriləcək. Yazı müəllifi o günlərdə qeyd edirdi ki, bunlar onu deməyə əsas verir ki, müxtəlif əyri yollarla külli miqdarda sərvətə malik olan ailə indi də ölkənin diplomatik nümayəndəliklərini pulla alırlar.
Maraqlıdır ki, Elmira Axundova həqiqətən də bir müddət sonra Ukraynaya səfir təyin olunur. 66 yaşlı xanım siyasətçinin bu təyinatı koronavirus dövrünə təsadüf etdiyindən onun yeni kreslosuna oturması bir xeyli zaman alır. Nəhayət, may ayının 29-da yeni səfir etimadnaməsini Ukrayna prezidentinə təqdim edə bilir.
Amma deyəsən, Elmira xanımın səfirliyi uzun sürməyə bilər. Çünki DTX-nın başlatdığı XİN əməliyyatı yada istər-istəməz Elmir Axundovanın 1 milyonluq rüşvət iddiasını salır. Mümkündür ki, DTX-nın növbəti əməliyyatlarında bu iddialar da araşdırılsın.
Təxminlərə görə, XİN-də başlayan əməliyyatın ikinci dalğası da gözlənilir və bu dalğa xarici ölkələrdəki xanədanlıqlarımıza – səfirliklərimizə və baş konsulluqlarımıza da sıçraya bilər. Belə “xanədanlıqlar” arasında Ukrayna səfirliyi ilə yanaşı, Azərbaycanın Türkiyədəki səfirlik və konsulluqlarının da adı çəkilir./ovqat.com/
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- Slovakiyanın YENİ PREZİDENTİ
7 aprel 2024 19:10
- Türkiyədə ən az səsi bu partiya topladı
2 aprel 2024 10:35
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56