- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
Vaxtilə Ramiz Mehdiyevin əlini öpənlər indi danışmağa başlayıb
Müsahibə2 avqust 2020 11:21
Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov son hadisələrlə bağlı Modern.az-a geniş müsahibə verib.
- Siyavuş müəllim, həm sərhəddə, həm cəbhə xəttində ermənilər mütəmadi təxribatlar törədir. Buna həm Azərbaycan daxilində, həm də xaricdə soydaşlarımız yüksək şəkildə birlik nümayiş etdirirlər. Paralel olaraq Türkiyə ilə Azərbaycan Ordusu birgə təlimlər keçirir. Sizcə, nələr baş verir?
- Soydaşlarımızın həmrəyliyini çox yüksək qiymətləndirirəm. Birinci növbədə Ali Baş Komandanın göstərişləri tam şəkildə həyata keçirilir... Tovuz hadisələri çox ciddi məsələ idi. Ermənilər 3 il idi ki, buna hazırlaşırdılar. Onlar bu müddət ərzində diqqəti yayındırmaq üçün Qazax və digər yerlərdə təxribatlar törədirdilər. Bunun səbəbi nədən ibarət idi? Səbəbi o idi ki, Tovuzdan keçən bütün layihə xətlərini ermənilər dağıtmaq istəyirdi. Bu ideya isə ermənilərin deyildi. Baxın, bu gün Belarusda nələr baş verdiyini görürsünüz. Bunların hamısı eyni proseslərdir. Deməli, bunların əsas məqsədi ondan ibarət idi ki, Azərbaycanın həmin ərazilərdən keçən dəmir yolu və digər strateji əhəmiyyətli xətləri dağıtsınlar. Təsəvvür edin ki, həmin ərazilərdən keçən boru kəmərləri vasitəsi ilə Qazaxıstanın nefti Türkiyəyə gedir. Bu xətlər vurulsaydı, sabah onlar öz neftini bu boru kəməri vasitəsi ilə necə göndərəcəkdi? Ona görə də məcbur qalıb yolu dəyişməlisən. Yolu da ya Rusiya, ya da İran vasitəsi ilə dəyişə bilərsən. Məqsəd bu idi... Gəlib-gedənlər hamısı pafosla danışır. Prezident çox düzgün olaraq qiymətləndirdi bu məsələni.
- Bu hadisələrdə xalq və hakimiyyət bir yerdə addımlar atdı. Hətta xaricdəki azərbaycanlılar da bu məsələyə aktiv qoşuldular. Müstəqillik qazandığımızdan bəri ilk dəfə belə böyük və mütəşəkkil şəkildə addımlar atıldı...
- Bütün bunlar cənab Prezidentin dünyada olan hörməti idi. İndi təsəvvür edin, 130 dövlət cənab Prezidentin təklifi ilə BMT-yə müraciət edib. Bu məsələlər müzakirə olunacaq. Xaricdə yaşayan soydaşlarımızın hər biri bu işdə iştirak eləməlidir və iştirak da etdi.
- Bəs müxalifətin bu məsələlərə yanaşmasına necə baxırsınız?
- Müxalifətin böyük bir hissəsi xalqın, dövlətin yayında oldu. Bir hisssi isə həmişəki kimi... Baxın, bunlarErmənistanı müdafiə edirlər. Ermənistanın maraqlarından çıxış edirlər. Guya deyirlər ki, Ermənistanda bu döyüşlərdə bir nəfər də ölməyib. Bizim generalımız, polkovnikimiz, mayorlarımız şəhid oldu. Allah onlara qəni-qəni rəhmət etsin. Onlar böyük bir dövlətçiliyi, dövlətçiliyimizi qorudu. Vaxtilə bizim Brüsseldə nümayəndəmiz işləyən, anası Gəncə ermənisi olan Arif Məmmədov heç olmasa, yediyi çörəyə hörmət etsin. 20 il Azərbaycanın nümayəndəsi işləmisən. İşləmək istəmirdinsə, ərizəni verib çıxardın. İşdən çıxmamısan, azad ediləndən sonra erməniləri müafiə etməyə başlamısan. Çünki qanında bizə düşmənçilik var.
- Azərbaycanın daxilindəki müxalifətin mövqeyini necə qiymətləndirirsiniz?
- Daxildəki müxalifətin bir qisminə başda Əli Kərimli olmaqla, ancaq ermənidən pul alıb, anti-Azərbaycan təbliğatı aparırlar. Milli Şuraya daxil olanların biri də ortaya çıxıb Azərbaycanı müdafiə eləmədi. Əli Kərimli çıxıb yalandan bəyanat verdi. Ondan bir gün qabaq Osmanqızının televiziyasına çıxıb görün hansı müsahibəni verdi. Əsas odur ki, bütün bunları xalq görür, bilir.
- Siyavuş müəllim, sizcə bizniyə imkan veririk ki, onlar ermənilərin təsirinə düşsünlər?
- Bilirsiniz, Milli maraqlara, Vətənin maraqlarına qarşı çıxmaq vətənə xəyanətdir. Onlar Vətənə xəyanət edirlər. Dövlətçilik əleyhinə çıxışlar edirlər. Hökuməti istəmirsən, müxalifətçilik edirsən, bunu başa düşürəm. Xalqın, millətin, dövlətin əleyhinə getmək ancaq cinayətdir.
- Bu günlərdə Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin də bir bəyanatı oldu. Aydın oldu ki, bəzi qüvvələr düşünür ki, hakimiyyət daxilində müəyyən qruplaşmalar var. Ramiz Mehdiyev deyir ki, ömür boyu Heydər Əliyev siyasi kursuna sadiq olub və bundan sonra da olacaq. Sizcə bu nə demək idi?
- Vaxtilə onun qarşısında ikiqat əyilənlər indi haqqında xoşagəlməz sözlər deyirlər. Vaxtilə onun əlini öpənlər bu gün danışmağa başlayıb. Mən bunların hamısının şahidi olmuşam.
- Söhbətimizin əvvəlində ümumi bir fikir oldu ki, xalq son hadisələrdə yekdilliklə birlik nümayiş etdirdi. Amma içimizdə də sizin dediyiniz kimi bəzi qüvvələr var ki...
- Azərbaycanda 30 min erməni yaşayır. Onların uşaqları, nəsli-nəcabəti var. Onların hamısı bu gün sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparırlar. Çoxusunun anası, çoxunun arvadı ermənidi... Amma bütün anti-təbliğat aparanlar da onlardır.
- Yaltaqlıq, əl öpənlik məsələsinə toxundunuz. Milli Məclisdən gözlənti var ki, yaltaqlığı qadağan edən bir qanun layihəsi ortaya çıxsın. Bəzən yaltaqlığın pik həddinin şahidi oluruq. Bunun qarşısını necə almaq olar?
- Elələri indi də var. Onları adbaad sadalaya bilərəm. Yaltaqlıq yox, əməli-salehlik etmək lazımdır. Eləmirlər də, bunların da xarakteri belədir. - Azərbaycanda sürətli şəkildə kadr və struktur islahatları aparılır. Bu siyasət hakim partiyada da gedəcəkmi? Məsələn, rayon partiya rəhbərlərindən xeyli yaşlı adamlar var... - Axı bizdə qayda-qanun var. Partiyanın rayon təşkilatı sədrini dəyişmək üçün konfrans keçirilir. Koronavirusla əlaqədar konfranslar onlayn keçirilir. İşlərimizi onlayn idarə edirik.
- Bütün rayon təşkilatları ilə bağlı konfrans keçiriləcək?
- Yox, müəyyən qədərilə addımlar atılır. Həm də bu məsələ yaşla əlaqədar deyil. Adam var ki, yaşlıdı, amma əla işləyir. Adam da var ki, cavandı, heç bir işlə məşğul olmur.
- Sosial şəbəkələrdə son zamanlar baş verənlər göstərir ki, bu platformaya nəzarət olmasa dövlətin, millətin mənafeyi sual altında qalacaq. Sizin özünüz də bir müddət öncə sosial şəbəkə istifadəçilərinin hədəfinə çevrilmişdiniz. Nə etmək lazımdır?
- Vaxtında demişəm ki, sosial şəbəkələrə qeydiyyat yalnız şəxsiyyət vəsiqəsi ilə olmalıdır. Biri anasının adı ilə, başqası atasının adı ilə daxil olur. Ya da tamam fərqli profillər yaradırlar. Onları şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alsaq, hər mənada işimiz asanlaşar. Türkiyə bununla bağlı addım atdı. Biz də qəbul etməliyik. Baxırsan, normal profildi, qadın şəkli qoyub, sonra məlum olur ki, kişidir. Kişi adı ilə, şəkli ilə yazan adam qadın çıxır. Ona görə, bu məsələdə tənzimləmə vacibdir.
- Son zamanlar bəzi köhnə siyasətçilər, o cümlədən xaricdə yaşayanlar aktivləşiblər. Hətta konkret Rəsul Quliyevin açıqlamaları, təklifləri daha çox diqqət çəkir. Sizcə, onun aktivləşməsi nə ilə əlaqədardır?
- Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır. Deyir, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar. Necə yəni? Torpağı vermək olar? Yaxşı xatirimdədir, Ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak ediblər. Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi "bu torpaq sənindir ki, verirsən?” Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil.
- İlin əvvəlindən bu yana xeyli yeni siyasi partiya qeydiyyata alındı. Bu proseslərdən sonra Azərbaycanın siyasi palitrasının dəyişəcəyini düşünə bilərikmi?
- Azərbaycanda elə partiyalar var ki, 1990-cı illərdən qeydiyyata alınıb. Halbuki nə partiya işləyir, nə bir tədbir keçirir, nə siyasi prosesdə iştirak edir. Siyasi sistem yenidən formalaşdırılmalıdır. Yeni nəsil gəlməlidir. Bu gün-sabah mən də gedəcəm, yerimə yeni bir adam gəlməlidir. Siyasət dünyası da eyni şeydir. Artıq Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir. Yeni partiyaların qeydiyyata alınması müsbət haldır.
Oxşar xəbərlər
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
9 aprel 2024 06:34
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- 20 yaşında kəndinin muxtarı oldu - Fotolar
4 aprel 2024 21:12
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
Xəbər lenti
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 21:21
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 12:56
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 11:30
- Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)
11 aprel 23:52
- NAR-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
11 aprel 23:21
Video & Fotoqalereya
Video
Fotoqalereya