“Uşağımı ayı öldürsəydi, üzü dağılardı” - Foto
Bu il mayın 22-də Oğuz rayonunda itkin düşən uşağı ayının parçalaması xəbəri cəmiyyətdə sarsıntı yaratdı və bunun ardınca 13 yaşlı Cəbrayılın meyitinin sadəcə alnında bir yarıqla tapılması haqlı suallara səbəb oldu. Fotolarda onu ayının parçalamadığı görünsə də, istintaq meyitin tapıldığı gün açıqlama yayaraq uşağın alnındakı izin ayı pəncəsinə xarakterik olduğunu bildirdi.
İndi isə 13 yaşlı Cəbrayıl Məmmədlinin ailəsi istintaqın gedişatından və nəticəsindən narazıdır.
Mərhum uşağın atası Vüsal Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mayın 21-də axşamüstü təxminən saat 8-in yarısında oğlu Cəbrayılı su arxına göndərib ki, suyun axınını onların bostanına doğru yönləndirsin: “Həmin yer yaşayış olan və yolun kənarında bir yerdir, kənddən də ora görünür. Təxminən 40 dəqiqə sonra gördüm uşaq gəlmir, özüm ora getdim. Arxdan bir az aralıda, dərin bir qaranlıq yerdə velosipedini tapdım, amma uşaq yox idi. Bir az ətrafı gəzib axtardım, oğlumu çağırdım, amma tapa bilmədim. Cəbrayıl ora bir neçə dəfə gedib, heç vaxt velosipedini dərin bir yerə qoymayıb. Həmişə velosipedi yolun kənarına qoyub suyun axınını dəyişib qayıdırdı. Gecə qonşularla uşağı axtardıq, tapa bilmədik.
Amma elə həmin gecə, hələ uşaq tapılmadan əvvəl kənddə söz-söhbət yayılmışdı ki, Cəbrayılı ayı parçalayıb. Həmin vaxt mən güman edirdim ki, uşaq oruc olduğu üçün aclıqdan meşədə hardasa huşunu itirib. Bu söhbəti kimin yaydığını bilmədim. Səhər saat təxminən 9 radələrində iki qonşumla birgə polis əməkdaşı oğlumun meyitini tapdı. Həmin yer velosipedin tapıldığı yerdən 1760 metr aralıda, meşənin içindədir. Cəbrayıl orada suyun içindən tapılıb. Uşağın boynunda göyərti izi var idi, bir də alnında kəsik. Bədəninin başqa heç bir hissəsində cızıq belə yoxdur. Onun meyiti tapılanda ayağında “qaloş”lar yox idi. Mən səhəri gün müstəntiqə dedim niyə bununla maraqlanmadız? Dedi, biz 50 metr radiusda axtarmışıq. Kənd adamları ilə gedib ərazini axtardıq, “qaloş”un birini həmin yerdən təxminən 80 metr aralıdan tapdılar. Mən kənd adamlarına dedim ki, “qaloş”a əl vurmayın, polisə xəbər verdik. Sonra kənd sakinləri dedi ki, həmin yerdən bir az aralıda qanlı daşlar və “qaloş”un digər tayını tapıblar. Sivri və qanlı olan daşın biri də kənara, kolun dibinə atılmışdı. Həmin kol qırılmışdı və üstündə qan var idi. Bir dənə də qanlı ağac parçası tapıldı. Prokurorluqdan ora heç kim gəlmədi, polis əməkdaşları gəlib daşları, ayaqqabıları aparıb ekspertə verdi. Daşlar tapılan yer də tam qumluqdur, orada baş izinə oxşar balaca çökəklik, bir də 2-3 metrlik çaya doğru sürütmək izi var idi. Sonra mən prokurorluğa gedib dedim ki, niyə gəlib hadisə yerinə baxmırsız?! Sübutları biz tapıb sizə veririk. Ekspertiza rəyini bizə 50 gündən sonra dedilər. Onda da dedilər ki, uşağın ölümündə insan izi aşkarlanmayıb, onu vəhşi heyvan öldürüb”.
V.Məmmədov qeyd edib ki, ekspert rəyində və istintaqın yekun qərarında məntiqə sığmayan ehtimallar var: “Ekspertin rəyinə görə, vəhşi heyvan qəfildən Cəbrayılın qarşısına çıxıb, o da velosipedi qoyub meşəyə doğru 2 kilometr qaçıb və ayı, ya da digər vəhşi heyvan onu qovub. Həmin ərazi sıx kolluqlu meşədir, mən özümü qoruyaraq oradan keçəndə belə qollarım cızıq-cızıq olur. Amma Cəbrayılın qollarında, qıçında cüzi iz belə yoxdur. Ayının iki kilometr qovduğu uşaq necə o sıx kolluqdan cızıqsız keçə bilərdi? Onların rəyinə görə ayı, ya da digər vəhşi heyvan uşağı qovub, çayın qırağında üzündən zərbə vurub, uşaq yıxılıb başı daşa dəyib və huşunu itirərək çaya düşüb. Orada isə ciyərlərinə su getdiyi üçün ölüb. Uşağın ölüm səbəbi kimi çayda boğulması göstərilib. 12 yaşlı uşağı ayı pəncəsi ilə sifətindən vursa, onun üzü dağılar, ayının pəncəsində cəmi bir dırnaq olmur. Həmin kəsiyin kənarında digər dırnaqların izləri olardı. İstintaq da deyir Cəbrayılın alnındakı çapıq heç bir alətin izinə oxşamır. Ayı vəhşi heyvandır, ya insan görəndə qorxub qaçır, ya da parçalayır. Bu necə olur, hansı məntiqə sığır ki, ayı uşağı 2 kilometr qovub, sonda da alnından bir zərbə vurub çıxıb gedir?”
Mərhumun atası bildirib ki, onun konkret olaraq şübhələndiyi bir adam yoxdur: “Amma düşünürəm, orada hansısa bir hadisə ola bilər. Kimsə hansısa bir xəlvət iş görə bilər ki, uşaq gəlib onun üstünə çıxar və görər. Bunu kiməsə deməməsi üçün nəsə edə bilərlər. İstintaqın gedişatındakı laqeydlik və açıq qalan suallarımıza cavab verilməməsi bizdə suallar və şübhələr yaradır”.
Murad Əhməd
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO
23 mart 2024 17:22
- Moskvada konsert zalında dəhşət: 15 ölü, 50 yaralı – VİDEO + FOTO
22 mart 2024 22:29
- Rusiya vətəndaşı olan Cəlilabadlı Ukraynada döyüşdə həlak olub - FOTO
22 mart 2024 16:05
- Azərbaycanda tanınmış şairi motosiklet vurdu: Ciddi xəsarət aldı - Foto
22 mart 2024 13:22
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- 10 ildir uşaqlara təcavüz edən şəxslə bağlı ŞOK detallar ortaya çıxdı - FOTO
22 mart 2024 09:40
- Həkimlər 45 yaşlı qadının gözündən səkkiz santimetrlik budaq çıxarıb - FOTO
22 mart 2024 00:05
- Prezident Tənzilə Rüstəmxanlını təltif etdi - FOTO
21 mart 2024 23:00
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05