Ermənistan tərəfdən vuruşan muzdlular: Kəlbəcər və Laçındakı təlim mərkəzi
Kriminal20 oktyabr 2020 08:33
İndiyədək Azərbaycana qarşı döyüşlərdə Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlulardan istifadə faktları məlum olsa da, çox vaxt bunu sübut etmək elə də asan olmurdu. Hətta, döyüş meydanında öldürülmüş muzdlular da “yoxa çıxırdı”.
Ancaq bu yaxınlarda əldə olunan kəşfiyyat məlumatları bur daha göstərir ki, üzdə olan faktları uzun müddət gizli saxlamaq qeyri-mümkündür.
Söhbət nədən gedir?
Əldə olunan məlumata əsasən, erməni işğal altında olan Kəlbəcər və Laçın rayonlarında muzdlular üçün təlim mərkəzləri var. Və həmin mərkəzlər indi bir vaxtlar Suriyadakı döyüşlərdə iştirak etmiş peşəkar və qeyri-peşəkar erməni muzdluları üçün sığınacağa çevrilib.
Gördüyünüz bu təlim mərkəzi Laçında yerləşir – kəşfiyyat məlumatları əsasında bu mərkəzin poliqonları, silah anbarları, kazarmalar, təlim üçün meşəlik ərazi və mərkəzi qərargahının yeri müəyyən edilib. Laçındakı mərkəzdə təlim keçən erməni əsili terrorçular haqda da bəzi məumatlar əldə olunub.
Məsələn, şəkildə gördüyünüz bu şəxs Laçın rayonundakı təlim mərkəzində saxlanılan erməni muzdlusu Denyar Ameddir . ANF xəbər portalında onun kimliyi barəsində geniş məlumat var - ailəsi Suriyanın Rakka şəhərində yaşayır, Suriya Demokratik Qüvvələrinin (SDF) tərkibində 9 ay İŞİD-ə qarşı döyüşlərdə iştirak edib. Erməni muzdlunun türklərə qarşı vuruşacağına and içdiyi bildirilir.
Gördüyünüz ikinci təlim mərkəzi isə işğal altındakı Kəlbəcər rayonunda yerləşir. Bu Mərkəzdə qondarma “erməni soyqırımının” 104-cü ildönümü münasibətilə Suriyada yaradılmış “Nubar Ozanyan Taborunun” döyüşçüləri saxlanılır. Məlumat üçün bildirək ki, taborun adını daşıdığı Nubar Ozanyan Türkiyə ermənisidir və vaxtilə Birinci Qarabağ savaşında Azərbaycana qarşı döyüşüb.
Ozanyan müxtəlif terrorçu dəstələr sırasında Türkiyəyə qarşı əməliyyatlarda fəal iştirak edib və əsas missiyası kimi Türkiyə əleyhinə əsasən ermənilərdən ibarət “beynəlxalq briqada” yaratmağı görürdü. 2017-ci ildə Rakka şəhərindəki döyüşlərdə öldürülüb. Bu gün Kəlbəcərdə saxlanılan muzdlu erməni terrorçuları məhz Ozanyanın adını daşıyan taborun üzvləridir. Kəşfiyyat məlumatına görə, Kəlbəcərdə muzdla saxlanılan suriyalı ermənilər arasında “Ozanyan taboru”nun hazırki komandiri Nubar Melkonyan da var.
Nubar Melkonyan Yunanıstanın greekcitytimes.com saytına verdiyi müsahibəsində təsdiqləyib ki, onun dəstəsində Hələb, İngiltərə, Fransa və Amerikadan gələn erməni “könüllülər”, daha doğrusu muzdlular var. “Onların əksəriyyəti erməni dili və mədəniyyətindən bixəbərdirlər. Batalyonumuz onlara həm də təhsil təklif edir” deməklə Melkonyan onların muzdlu olduğunu gizlətmir.
O, müsahibəsində erməni muzdlu batalyonunun Ras əl-Ayn, Tall Təmr və Əbdüləziz dağı da daxil olmaqla Əl-Həsəkə vilayətində döyüşdüyünü açıqlayıb. Koronovirus pandemiyası səbəbindən hazırda sıralarına qoşulanların sayının azaldığını deyən batalyon komandiri görünür, yaranan boşluğu Ermənistanın Qarabağda muzd müqabilində döyüşmək təklifini qəbul etməklə doldurur.
Qeyd edək ki, hazırda Suriyada Türkiyə əleyhinə cəmləşmiş yüzlərlə ermənidən ibarət qruplaşmalar var. Onların pul qarşılığında Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşlərdə iştirak etdiyini "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı da təsdiqləyib.
Səbinə Həsənova
Azvision.az

Oxşar xəbərlər
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya