Qaxda tarixi abidələr məhv edilir – Qarayev alman mütəxəssisin layihəsini harda itirdi?
Qaxın əsrarəngiz təbiəti ilə məşhur olan qədim İlusu kəndindəki tarixi abidələr məhv olmaq üzrədir.
"BakuPost" xəbər verir ki, aidiyyəti qurumların diqqətsizliyi, məsuliyyətsizliyi ucbatından Azərbaycan tarixinin daşla hörülmüş səhifələri cırılıb atılır.
*
İlusunu gəzmək üçün çox az vaxtımız var idi. Buna görə də tarixi abidələrin cəmi bir neçəsinə baş çəkə bildik. Amma hansı abidəyə yaxınlaşdıqsa, qanımız qaraldı, içimizi təəssüf hissi bürüdü. Düşündük ki, bu qısa gəzintimizə virtual olaraq sizləri də qoşaq. Qoşaq ki, yüz illərin sınağından çıxmış abidələrin biganəlik, işbilməzlik, sevgisizlik üzündən üz qaraldan yoxoluşuna şahidlik edəsiniz.
Şeyx Şamilin viran edilən sığınacağı...
Baxın, bura Şamil qalasıdır. Qəhrəman Şeyx Şamil qalası. İnşa tarixi XIX əsrin ortalarına aid edilir. İlisunu əhatə edən dağlardan birinin - Yezlidağın üstündə tikilib. Qalaçadan İlisuya gələn bütün yolları müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Qalaça tam dağılmaq üzrədir. Guya, bu, maraqlı tarixi-memarlıq abidəsi dövlət tərəfindən qorunur. Amma bu yalnız sözdədi. Söz demişkən, heç söz ə yoxdur. Nazirlik tərəfindən abidələrin üzərinə vurulan hər-hansı lövhəyə, sözə, yazıya da rast gəlinmir. Bilmək olmur, bu lövhəni Mədəniyyət və Turizm Nazirliyi əziyyət çəkib, gətirib vurmayıb, yoxsa, həmin lövhə qalanın uçan divarları ilə birgə tarixə qovuşub.
Yoxa çıxan QALA
Bu isə Dağıstan yolunun üstündəki qaladır. Adı yoxdur, amma sənədlərdə "Qala kompleksi” adlanır. Adının gurultusuna fikir verməyin. Özü illərin biganəliyi altında inildəyir. Uçub-dağılıb. İndi bu kompleksdən bircə divar qalıb. Onun da yarısı yarıcan... Vaxtilə geniş ərazini əhatə edən bu qalanın divarları üzərində bir neçə ev tikilib. "Qala məhəlləsi”ndə yürüyərkən bunu aydın şəkildə görmək olur. Elə qalanın uçuq divarlarına yol da bu evlərdən birinin dəhlizindən keçib gedir.
Sakinlər deyir ki, iki il öncə bura sabiq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev baş çəkib. Qalanın təmir məsələsini nəzarətdə saxlayacağını deyib. Həmin vaxt qalanın iki divarı ayaq üstəymiş. Nazirin ayağı dəyəndən iki ay sonra divarın biri uçub.
"Bürc Qala” - Alman mütəxəssisinin itirilən layihəsi
Ömrünün qürub çağını yaşayan digər abidə isə "Bürc Qala”dır. "Bürc Qala" ərazidə inşa olunmuş müdafiə kompleksinə aid bürclərdən biridir. Yaxşı baxın, çünki yaxın gələcəkdə izi-tozu qalmayacaq.
İlusu sakini Rafael Məmmədov qalanın bərpası üçün öz hesabına Almaniyadan mütəxəssis dəvət edib, layihə hazırlatdırıb və Əbülfəs Qarayev kəndə gələndə ona təqdim edib. Dediyinə görə, layihə Nazirin marağına səbəb olub. Hətta buna görə kənd sakininə minnətdarlıq da edib. Ancaq hər şey bununla da bitib. Qalanın tökülən, sökülən daşlarından səs çıxıb, nazirlikdən yox. Bu yaxınlarda Rəfael Məmmədov layihənin taleyi ilə maraqlanmaq üçün Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə gedib. Məlum olub ki, xeyli əziyyət və maliyyə hesabına başa gələn layihə ümumiyyətlə nazirliyə təqdim olunmayıb. Əbülfəs Qarayev o layihəni cibinə qoyub harada, necə istifadə edib, heç kimə məlum deyil.
Biganəlik, sevgisizlik nəinki qalaları, Allahın evini də dağıdırmış. İnanmırsınızsa, İlusu məscidinə tamaşa edin. Bu, kəndin ən qədim tarixi abidələrindən biridir. Elə ona görə də "Ulu Məscid” adlanır. Giriş qapısının üstündə - sağ və sol tərəfdə daş kitabələr həkk olunub. Deyilənə görə, məscidin ortasında minarə varmış. Sonradan bir hissəsi uçub. Məscid dövlət tərəfindən "əsaslı” təmir olunanda isə minarə yerli-dibli ləğv olunub. Bununla da ürəkləri söyumayıb, minarənin olduğu yeri betonlayıb, kirəmitlə örtüblər. Məhz minarənin yerinə görə bütün məscidlərdən fərqlənin bu tarixi abidə əslində, əsaslı təmirlə şikəst edilib. İndi minarənin yerindən məscidin içinə daimi su axır. Ayıbını örtmək üçün nazirliyin tökdüyü beton da bu yarığı örtə bilməyib. İndi sakinlərin məscidlə bağlı iki arzusu var: minarənin bərpası və məscidə qaz çəkilməsi. Qaz çəkilmədiyinə görə, məsciddən həm istifadə etmək olmur, həm də nəmişlik divarları dağıdır.
Bu qədər köhnəlmiş, uçmuş tarixi abidələrin fonunda məscidin həyətindəki, böyük, sağlam, təptəzə, heç vaxt göyərməyəcək qara daş diqqət çəkir. Öyrənirik ki, bu şallaq daşıdır. Abidələr köhnəldikcə, yerlə yeksan edildikcə bu daş təzələnir, sanki istifadəyə hazırlanır. Amma kim üçün? Şallaq kimlərə vurulacaq? İnanırıq ki, Tanrı bizə buna şahidlik etmək şansı verəcək. Ən azından "Ulu Məscid" və babalarımızı min cür bəladan qoruyan qalaların urvatına bunu bizdən əsirgəmiyəcək.
Oxşar xəbərlər
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi
24 mart 2024 20:25
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya