İcra başçılarını qorxudan gizli kameralar barədə...
Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara cəmləşməsinə də səbəb olub. Bu gün gizli kameralar icra başçılarının başı üzərindəki “Damokl qılıncı”na çevrilib.
Bəs ölkə gündəmini dəyişdirən gizli kameraların texniki funksiyaları nədir? Onların hansı növləri və nə kimi xüsusiyyətləri var?
Musavat.com xəbər verir ki, gizli kamera hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşda saxlayan cihazdır. Texnologiyanın inkişafı ilə birlikdə kameralar o qədər çox kiçildi ki, artıq onların düyü boyda olanı da hazırlanır. Kameraların ölçüsü kiçildikdə insanlar onlardan başqa məqsədlər üçün də istifadə etməyə başladılar. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi yaradıcının fantaziyasından asılıdır. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları bütün hər şeyin üzərində görmək mümkündür. Qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində kameralar yerləşdirmək olur. Mütəxəssislər isə düşünür ki, bu günə qədər düzəldilən kameraların imkanları azdır, daha kiçik və ağıla gəlməz yerlərdə kameralar quraşdırmaq mümkündür. Son zamanlarda düzəldilən gizli kameraların ən böyük özəlliklərindən biri odur ki, onlara kabel qoşmadan istifadə etmək mümkündür.
Əməliyyat istintaq tədbirləri zamanı gizli kameralardan istifadə olunmaqla sübutların toplanması praktikası isə illərdir ki, tətbiq olunur. Məmurların ifşası üçün gizli kameralara ehtiyac duyulur. Dünya ölkələrindən texnologiya cihazları satılan əksər mağazalarda gizli kameralara rast gəlmək mümkündür. Gizli kameralar 2 saatdan 24 saata çəkiliş apara bilirlər. Onlar müxtəlif modeldə olduğu kimi müxtəlif funksiyalara da malikdir. Papaqlar üzərində yerləşdirilən gizli kameraların çəkdiyi videoların effekti professional kameralardan heç də fərqlənmir. Onların yaddaşı 4 GB-dır, 65 dərəcə bucaq altında video çəkə bilir, batareyası 2 saat dayanmadan işləyə bilir. Eynək tipli kameraların yaddaşı 4 GB-dan 16 GB-a qədərdir. Eynək üzərində yerləşdirilən kameraları adi gözlə hiss etmək mümkün deyil. Kamera bütün görüntüləri həmin anda yaddaşda saxlaya bilir. Bu kameraların şüşələri linzadan hazırlanır.
Neftçala İcra Hakimiyyətində qurulan gizli kameranın yeri
140 saat dayanmadan video çəkə bilir, 60 dərəcə bucaq altında çəkiliş aparması mümkündür. Qalstuk üzərində yerləşdirilən kameralar isə uzaqdan pult vasitəsi ilə idarə edilir. Bu kameralarla şəkil və video çəkmək mümkündür. Yaddaşı 4 GB-dır, 10 metr uzaqlıqda olan görüntüləri çəkə, 200 dəqiqə dayanmadan işləyə bilir. Otaq spreyi üzərinə yerləşdirilən kameraları evdə və işdə istifadə etmək mümkündür. Kabeli olmadığı üçün harasa aparmaq olduqca asandır. Bu kameralar vasitəsi ilə 100 saat çəkiliş aparmaq olur. Kameranın ən yaxşı özəlliyi hərəkətlərə qarşı hissiyyatlı olmasıdır, yəni yerləşdiyi yerdə hərəkət olduğu zaman çəkiliş aparır, əks halda işləmir. Divar saatları üzərində yerləşdirilən kameralar isə səsə və hərəkətlərə qarşı hissiyyatlı olur, lazım olmadığı zamanlarda heç nəyi çəkmir. Çox geniş bucaq altında çəkiliş aparır. Ətrafda olan maşın səslərini, əlavə gurultuları, hərəkətsiz görüntüləri, televiziya və radio səslərini yaddaşda saxlamır.
Dünyanın ən yaxşı çəkiliş aparma qabiliyyətinə malik olan düymə kameralar 23 millimetr böyüklüyündədir. Yaddaşı 20 GB-dır və 40 saat dayanmadan çəkiliş aparır. Uçan mikro video kameraların ağırlığı 50 qram olur, daha çox təyyarə və vertolyotlarda istifadə edilir. 2,5 saat video çəkə bilir. Açarlıqlar üzərinə yerləşdirilən kameralar isə ən yeni texnologiyalardan biri hesab edilir. 2 saat ərzində səsləri, 70 dəqiqə ərzində isə görüntüləri yaddaşda saxlaya bilir. Şəkil çəkmək özəlliyinə sahibdir və 8 GB-lıq yaddaş sistemi mövcuddur. Qol saatı üzərinə yerləşdirilən video kameraları isə satın almaq olduqca çətin prosesdir. Adi saatların üzərinə yerləşdirilə bilməyən kameralar üçün xüsusi saatlar hazırlanır. Bu kameraların yaddaşı 2 GB-dır və 2 saat çəkiliş aparmaq mümkündür. Telefonların batareya yığması üçün istifadə olunan cihazların üzərinə yerləşdirilən kameralar isə 3 gün dayanmadan işləyə bilir. Bu kameraların yaddaşı 16 GB həcmindədir.
DTX-nın Ağstafa İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı gizli kameranın icra başçısı Nizaməddin Quliyevin kreslosunun arxa hissəsinə yerləşdirildiyi sezilirdi.
Neftçala İcra Hakimiyyətində baş tutan əməliyyatda isə gizli kamera icra başçısının kabinetinin tavanından çəkiliş apardığı aydın olur.
Ağstafa İcra Hakimiyyətində qurulan gizli kameranın yeri
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, gizli kameraların yerləşdirilməsi özü də bir əməliyyatın nəticəsidir: “Həmin kameraların otaqda hansı mövqedə yerləşdirilməsi elə də əhəmiyyət kəsb etmir. Əsas məsələ obyektin rüşvət almasını və ya digər qanunsuz hərəkətini müəyyən etməkdən ibarətdir. Hər dəfə də gizli çəkilişlərin daha təkmil olması diqqət çəkir. Əvvəlki videodan daha keyfiyyətli görüntülər var. 3 ay əvvəlki görüntülərdə icra başçısının rüşvət aldığı arxadan aparılan gizli çəkilişlə təsbit olunmuşdu. Sonrakı çəkilişdə isə icra başçısı rüşvət alır, pulu verəndən çox alanın üzü görünür. Sabah isə daha təkmil videolar görə bilərik”.
İlham İsmayıl deyir ki, gizli kameralar vasitəsi ilə əldə olunan görüntülər əməliyyat-istintaq tədbirləri üçün müstəsna əhəmiyyət kəsb edir: “Fikir verdinizsə gizli kameralarla aparılan çəkilişlər zamanı əldə olunan sübutlar dərhal digər sübutların da toplanmasına yol açdı. İcra başçısının eşşək ferması və digər obyektlər saxlamasını sübuta yetirən videolar da ortaya çıxdı. Gizli videolar ortaya çıxandan sonra müsahibə tipində videolar çəkilməsi və orada danışanların obyektin icra başçısına məxsusluğunu demələri də təsadüfi deyil. Adamlar bəlkə də əvvəllər belə fikirləri dillərinə gətirməzdilər, deməzdilər ki, filan yer icra başçısınındır. Amma ortada gizli videoçəkiliş varkən adamların da rahat danışmalarına yol açılır. Gizli videoçəkiliş cinayət əməllərinin təsbiti üçün zəruri əməliyyat tədbiridir və sonrakı istintaq tədbirləri üçün olduqca vacibdir”.
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 2024 13:49
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29