Azərbaycanda iş qurub işə düşən rusiyalı xanımın işi Ali Məhkəmədə
Kseniya Kukova: “Mənə qarşı dələduzluq edən, Allahdan qorxmayan ədalətsiz insanlarla üz-üzəyəm”
Fevral 24-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyi ilə Rusiya vətəndaşı Kseniya Yevgenyevna Kukovanın işi üzrə məhkəmə prosesi keçiriləcək. Rusiya vətəndaşı olan Kseniya Kukova onu Azərbaycan Ali Məhkəməsinin qarşısına çıxaran yola 2 il əvvəl qədəm basıb.
O, 2017-ci ildə Azərbaycanda iş qurub, kiçik sahibkarlıqla məşğul olmağa başlayıb. Şərikləri ilə qurulan işdən aybaay vergi ödənib, Azərbaycan vətəndaşları işə götürülməklə onlara maaş verilib. 2 illik gərgin əmək sayəsində Kseniya Kukovanın rəhbərlik etdiyi “E.Mi Baku” kifayət qədər müştəri toplayıb və stabil qazanc əldə etməyə başlayıb. Elə kiçik sahibkarın şərikləri ilə problemləri də həmin vaxtdan onu narahat etməyə başlayıb. İş məhkəməyə qədər gedib çıxıb.
Ali Məhkəmə sədri Ramiz Rzayevə, ölkə rəhbərliyinə ünvanladığı məktubunda Kseniya Kukova başına gələnləri belə çatdırır:
“Mənə qarşı dələduzluq edən, Allahdan qorxmayan ədalətsiz insanlarla üz-üzəyəm. Sizə və ölkənin xarici və daxili nüfuzunu daim qoruyan şəxslərə şikayətim var. Ali Məhkəmədə ədalətli məhkəmə araşdırmasının təmin olunmasını istəyirəm. Mən Kseniya Yevgenyevna Kukova, Rusiya Federasiyasının vətəndaşıyam, Azərbaycan dilində danışa, yaza bilmirəm. Burada mənim yardım diləyəcək qohumum, yaxınım yoxdur. Son əlacım, ölkə rəsmilərinə müraciətim məhkəmələrin nüfuz alveri ilə məşğul olması ilə bağlıdır. Azərbaycana gəlişimin səbəbi iş təklifi olub. Məqsəd türk vətəndaşı Mesut Mustafa oğlu Dəmirtaşın həyat yoldaşı Mələk Adil qızı Dəmirtaşın təklifi ilə böyük gözəllik salonunun açılması idi. Gözəllik salonu açıldı, mən Rusiyada treninqlərə qatıldım, işin hallarından kommersiya məqsədinin ciddi olduğunu sandım, həvəsləndim, inandım.
Daha sonra, Mesut Mustafa oğlu Dəmirtaş yoldaşı ilə məni görüşə dəvət etdilər. Məsut Mustafa dedi ki, xarici vətəndaş olduğuna görə, qeyri-rezident olduğu üçün investor kimi çıxış edə bilməyəcək. Öz ölkəsində pulun hardan əldə edilməsi barədə müvafiq qurumlardan sorğu-sualın olması qorxusu olduğu üçün, bizlərin, yəni Mələk Adil qızı Dəmirtaşın və mənim təsisçi kimi çıxış etməyimizi xahiş etdi. Mesut Mustafa oğlu Dəmirtaş toplam 185 min manat gözəllik salonunun təmir xərclərinə yönəldəcəyinə vəd verdi. Dedi ki, təmir xərclərini özü şəxsən qarşılayır, rəsmi olaraq isə Şirkət təsisçiləri 30/70 ekvivalenti ilə yoldaşının və mənim adıma olacaq. Gözəllik salonunun təmir işləri tamalandığı və tam istismara verildiyi vaxtdan Məsut Mustafa oğlu Dəmirtaş, bəzi sənədlərin düzəlişi bəhanəsi ilə məni 17 iyul 2017-ci il tarixdə Bakı şəhərində yerləşən Notariat Kontoruna dəvət etdi. Mənim Azərbaycan dilini bilmədiyim və tam etibar etdiyimi bilərək, vəziyyətdən istifadə edərək, aldadaraq həmin 185 min manatla bağlı “borcun etirafı müqaviləsinə” imza atdırdı. Daha sonra isə mənim ona notariat qaydasında tam 185 min manat borcum olduğunu və rəsmi qaydada etiraf etdiyimi bildirdi".
Kseniya Kukova aldadılması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib: “Birinci instansiya məhkəməsi iddiamı təmin etmədi. Lakin Bakı Apelyasiya Məhkəməsi haqlı olduğumu ortaya qoydu. Məhkəmə prosesi zamanı Məsut Mustafa oğlu Dəmirtaşın söylədiklərini təkzib edən səs yazılarını təqdim etmişəm. Hansında ki, Dəmirtaş 185 min manatın gözəllik salonunun təmirinə xərclədiyini deyir. Yəni özü də təsdiq edir ki, pulu mənə verməyib, salonun təmir xərclərinə yönəldib. Sadəcə, mənim Azərbaycan dilini bilmədiyimdən istifadə olunub, mənə məzmununu bilmədiyim ərizəyə imza atdırılıb. Hazırda iş Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Mehparə Əhmədova icraatındadır”.
Kseniya Kukova deyir ki, son ümidi Azərbaycan Məhkəməsinin ədalətinə və ölkə rəhbərliyinin bu işə xüsusi diqqətinədir: “Bu işin mənim üçün nə qədər vacib olduğunu uca Tanrı bilir”.
“Yeni Müsavat”
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41