ƏDV-ni geri ala biləcəyimiz mağazalar
Xəbər verdiyimiz kimi, artıq müştərilər üçün Əlavə Dəyər Vergisini ( ƏDV) geri almaq mərhələsi başlayıb.
Bizimxeber.az xəbər verir ki, müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmindədir.
Buna görə də insanlar arasında ƏDV-ni geri almaq kampaniyasına maraq çoxalıb. Əsasən də gündəlik həyatda supermarketlərdən alış-veriş edən müştərilər kassalardan fiscal İD-li aparatlarının olub-olmaması ilə maraqlanırlar. Qanunvericiliyin tələbinə əsasən də, birinci mərhələdə şəbəkə tipli marketlərin hamısı bu sistemə qoşulmalıdır. Belə ki, supermarketdə ən az bir kassada yeni nəsil kassa aparatı olmalıdır.
Ölkədə fəaliyyət göstərən şəbəkə marketlərin hansında kassaların olub olmamasına keçməzdən əvvəl, yeni nəsil kassa aparatları üçün nəzərdə tutulmuş mərhələləri xatırlamaq yerinə düşər. Bildirək ki, bunun üçün 4 mərhələ nəzərdə tutulub.
I mərhələ 01.07.2019-cu il tarixədək olan dövrü əhatə edir. Bu mərhələdə şəbəkə marketlərdən əlavə, iri ticarət mərkəzləri (Malllar), yanacaqdoldurma məntəqələri prosesə qoşulmalıdır.
II mərhələ ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyicilərini, şadlıq evlərini əhatə edir. Onlar da 2019-cu ilin iyulun 7-sinə kimi , mebel satışı üzrə ixtisaslaşmış müəssisələr isə 2019- cu ilin oktyabrın 10- na kimi onlayn kassa aparatlarıyla təmin edilməli idi.
III mərhələdə ƏDV ödəyicilərinin pərəkandə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərini əhatə edir. Bu da yanvarın 1-i 2020-ci ilədək olan dövrü əhatə edir.
IV mərhələ 2022- ci ilə qədər olan dövrdür ki, burada da digər pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri nəzərdə tutulur.
Qeyd edək ki, Vergilər Nazirliyinin ötən ilin iyul ayında yaydığı məlumatda bildirilib ki, "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin birinci mərhələsində “Bravo Supermarket”, “Bazarstore Supermarket”, “Al Market”, “Bizim Market”, “OBA Market”, “Araz Supermarket”, “Spar Supermarket”, “FAVORİT Supermarket”, “Neptun Market”, “Grand Mart”, “Avromart”, “Market FR”, “Səbət Market”, “Fresco Supermarket”, “Bolmart Supermaket”, “Port Baku Bazar”, “Megastore Market”, “Rahat Market”, “Kontinental Supermarket”, “West Mart”, “AİLƏ Supermarket”, “Sərham Market”, ”Caspian Cristal Gastranomy”, “Armo Store Market” mağazalar şəbəkələrinin inteqrasiyası nəzərdə tutulub.
“Bazarstore” marketlər şəbəkəsinin PR və Marketinq bölmə müdiri Mahir Həsənov bildirib ki, fiskal İD-li yeni kassa aparatları marketlər şəbəkəsinin paytaxt da daxil olmaqla, rayon filiallarında da mövcuddur: “ Ümumiyyətlə, biz bu prosesə ilk qoşulan marketlərdənik. Marketlərimizin demək olar ki, bütün kassalarında bu aparatlar var”.
“Oba” marketlər şəbəkəsinin Marketinq departamenti və ictimaiyyətlə əlaqələr şöbəsinin şöbə müdiri İlkin Bağırov bildirib ki, marketlər şəbəkəsinin Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla, respublika üzrə bütün böyük şəhərlərində yerləşən mağazalarında yeni növ kassa aparatları quraşdırılıb.
Araz supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova da vurğulayıb ki, ölkə üzrə “Araz” supermarketlər şəbəkəsinə daxil olan bütün marketlərdə (həmçinin Spar) yeni nəsil kassa aparatları quraşdırılıb: “Bütün kassalarımız vergi sistemi ilə inteqrasiyalıdır. ƏDV-ni geri almaq üçün kassalarımızdan çıxan çeklər keçərlidir”.
Eyni zamanda müştərilərin daha çox üz tutduğu elektronika mağazalarında vəziyyətin necə olması ilə maraqlandıq.
“Baku Electronics” şirkəti sorğumuza cavab olaraq bildirib ki, bütün mağazalarda yeni nəsil kassa aparatları var. Müştəriyə nağd ödənişdə 10%, kartla ödənişdə isə 15% ƏDV qaytarılır.
“İrşad Electronics” mağazalar şəbəkəsinin PR meneceri Şəbnəm Hümbətova “Qafqazinfo”ya bildirib ki, şirkətin paytaxt da daxil olmaqla, regionlarda yerləşən bütün filialları fiscal İD-li yeni kassa aparatlarıyla təmin edilib: “Müştərilər verilən çeklərlə ƏDV-lərini rahatlıqla geri ala bilərlər”.
Qeyd edək ki, qanunvericiliyə əsasən bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər. /Bizimesr.az/
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
