Fuad Qəhrəmanlının arvadına qarşı mülk davası — Qalmaqal
Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Fuad Qəhrəmalı ilə keçmiş arvadı Zümrüd (Yağmur) Qəhrəmanlı arasında mülk davası olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fuad Qəhrəmanlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edib.
Fuad Qəhrəmanlı birgə nikah dövründə Zümrüd cavabdeh Qəhrəmanlının adına əldə olunmuş “Hyundai İX 35” markalı, AZ 01 BK 451 dövlət qeydiyyat nişanlı avtomobilin, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsində 11 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsi 11 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin yarısının üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Fuad Qəhrəmanlı “Hyundai İX 35” markalı, AZ 01 BK 451 dövlət qeydiyyat nişanlı avtomobilin, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsində 11 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsi 11 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını və avtomobilin istismar edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş edib.
Fuad Qəhrəmanlı ərizəsini onunla əsaslandırıb ki, Zümrüd Qəhrəmanlının həmin əmlakları satmaq ehtimalı var.
Abşeron rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baş tutan iclasda iddiaçı Fuad Qəhrəmanlının iddia ərizəsi təmin olunub.
Fuad Qəhrəmanlının Zümrüd Qəhrəmanlıya qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə iddiası təmin olunub.
Cavabdeh Zümrüd Qəhrəmanlının adına qeydə alınmış “Hyundai İX 35” markalı, AZ 01 BK 451 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobilin istismar edilməsinin Zümrüd Qəhrəmanlıya və digər şəxslərə qadağan edilməsi, Zümrüd Qəhrəmanlının adına qeydə alınmış Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsində 11 saylı fərdi yaşayış evinin və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsi 11 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınıb.
Bu qərardan narazı qalan Zümrüd Qəhrəmanlı apelyasiya şikayəti verib. Zümrüd Qəhrəmanlı şikayətini onunla əsaslandırıb ki, məhkəmə onun iştirakı olmadan ərizəyə baxıb, onun əleyhinə qərardad qəbul edib.
Zümrüd Qəhrəmanlı qeyd edib ki, onun adına olan avtomobilə həbs qoyulub, üstəlik istismarı da qadağan edilib. Himayəsində 15 yaşlı qızı Sənay Qəhrəmanlının olduğunu qeyd edən şikayətçi bildirib ki, qızı məktəblidir və təhsil aldığı 115 saylı məktəb Binəqədi rayonunda, Azadlıq metrostansiyasının yanında yerləşir: “Biz isə Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayırıq. Bundan başqa, qızım Nəsimi rayonu 28 May metrostansiyasının yaxınlığında yerləşən Celt kurslarına həftədə 3 dəfə olmaqla ingilis dili və bir sıra digər fənlər üzrə hazırlıqlara gedir. Adıma olan avtomobillə qızımı həm məktəbə, həm də kurslara davamlı aparıram. İctimai nəqliyyatdan (avtobusdan) istifadə etsəm, yol uzaq olduğu üçün vaxt itkisinə səbəb ola bilər. Bizim yaşadığımız fərdi yaşayış evi Mehdiabad qəsəbəsində yerləşir. Evimizin yaxınlığında heç bir mağaza və ya bazar yoxdur. Ərzaq və tərəvəz almaq üçün avtomobillə 1 kilometrdən uzaqda yerləşən mağazalara getmək məcburiyyətində qalıram. Heç vaxt avtomobilini satmaq niyyətində olmamışam, üstəlik hər zaman birgə nikah dövründə olan əmlakın razılıq yolu ilə bölünməsini iddiaçıya bildirmişəm.
Lakin iddiaçı heç vaxt mənimlə razılaşmayıb. Əksinə, belə bir niyyəti olmadığını, əmlakın hamısının mənim olmasını istədiyini deyib. Məhkəmə mənim fundamental hüquqlarımı pozub, ərizə ilə bağlı məni məlumatlandırmayıb. Nəticədə mənim müdafiə hüququm pozulub”.
Zümrüd Qəhrəmanlı daha sonra şikayətində qeyd edib: “Çünki məhkəmədə iştirak etsəydim, bildirəcəkdim ki, avtomobil mənim daimi istifadəmdədir, övladımı məktəbə və kurslara məhz avtomobillə aparıram, evə ərzaq almaq üçün yaxınlıqda mağaza olmadığından məcbur olaraq avtomobillə mağazaya gedirəm. Məhkəmə mənim bərabərlik hüququmu pozub”.
Zümrüd Qəhrəmamlı şikayətində iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iddianı təmin tədbiri barədə iddiaçının ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edib.
Zümrüd Qəhrəmanlının şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. hakim Telman Məmmədovun sədrliyi ilə baş tutan iclasda şikayətin qismən təmin olunması barədə qərardad çıxarılıb.
İş üzrə Abşeron rayon Məhkəməsinin qərardadı “Hyundai İX 35” markalı, AZ 01 BK 451 dövlət qeydiyyat nişanlı avtomobilin istismar edilməsinin Zümrüd Qəhrəmanlıya və digər şəxslərə qadağan edilməsi hissəsində ləğv edilib.
Qeyd edək ki, Fuad Qəhrəmanlı bu günlərdə hakimiyyəti zorla ələ keçirmə ittihamı üzrə həbs olunub.
Onun bu ilim iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində təşkil olunmuş Azərbaycan ordusuna dəstək aksiyasında təxribat törətmə, hakimiyyəti zorla ələ keçirməsi müəyyən olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278.1-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.
Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.
Qeyd edək ki, Fuad Qəhrəmanlı ilə Zümrüd Qəhrəmanlı bu ilin fevralında boşanıblar. Abşeron rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Zümrüd Yağmurun iddiası təmin olunub.
Qeyd edək ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsi barədə iddia qaldırmışdı.
O, iddia ərizəsini ötən il avqustun 1-də Abşeron rayon Məhkəməsinə təqdim edib.
Onu da qeyd edək ki, bu məhkəmə iddası qaldırılandan bir neçə gün sonra Fuad Qəhrəmanlı Zümrüd Yağmuru döyüb, ona işgəncə verib.
Xatırladaq ki, Fuad Qəhrəmanlı AXCP sədrinin müavinidir.
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Qırmızı soğan ürək xəstəlikləri və prostat xərçənginə qarşı effektiv vasitədir
24 mart 2024 23:42
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29