Nailə Əsgərzadə ilə Sobçak arasında qalmaqal
"Rossiya” telekanalında çalışan tanınmış telejurnalist Nailə Əsgərzadə ilə teleaparıcı Kseniya Sobçak arasında qalmaqal medianın diqqətini çəkib. Əslində jurnalistlər arasında qalmaqal bir zarafatla başlayıb, sonradan isə mübahisəyə, hətta qarşılıqlı ittihamlara səbəb olub.
Musavat.com xəbər verir ki, hər şey azərbaycanlı jurnalistin "Nailə” adlanan Teleqram kanalındakı bir yazı ilə başlayıb. Jurnalist Meksikada parlament seçkiləri öncəsi orijinal seçki kampaniyasına diqqət çəkib. Belə ki, seçkidə iştirak etmək qərarı vermiş meksikalı siyasətçi Karlos Mayorqa seçicilərlə görüşə tabutda gəlib. N.Əsgərzadə yazıb ki, bu kampaniya televiziya aparıcısı Kseniya Sobçakın toyunu çox xatırladıb. N.Əsgərzadə birbaşa Kseniya Sobçaka müraciət də edib: "Kseniya, sizin performansınız dünyanın o biri başında da təkrarlanır. Bu siyasətçi hətta sizin "Hamıya qarşı” şüarınızı da özü üçün seçki şüarı seçərsə, sonra isə siyasi karyerasını sizin kimi bitirsə, təəccüblənməyəcəyəm”.
Məlumdur ki, Sobçak son prezident seçkilərində namizəd kimi "Hamıya qarşı” sloqanı ilə iştirak edib, sonra isə siyasi səhnədən çəkilib efirə qayıdıb. Bu səbəbdən N.Əsgərzadənin yazdıqlarının ona toxunacağı gözlənilən idi. O səbəbdən Sobçak jurnalistə sərt reaksiya verib. O, N.Əsgərzadənin dediklərinin axmaq fikirlər olduğunu bildirib. N.Əsgərzadənin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə film-müsahibəsini yada salan Sobçak "Lukasenkaya "çox kəskin” suallarınızla karyeranızı artıq tamamlamısınız, mənim üçün narahat olmağınıza ehtiyac varmı? Mən sizin yerinizdə olsaydım, kimin kimdən oğurladığı mövzusunda daha diqqətli olardım. Bu sənin üçün sürüşə biləcəyin çox incə buzdur”, -deyə, teleaparcı kinayəli cavab verib.
Bundan sonra sosial şəbəkədə qarşılıqlı "atışma” başlayıb. N.Əsgərzadə də Sobçakın "Skopinski manyakı” kimi tanınan cani ilə bu yaxınlarda efirə gedən və xeyli etirazlar doğurmuş qalmaqallı müsahibəsini yada salıb. Onu reytinq xatirinə manyakla müsahibə etməkdə suçlayıb. Sobçak susmayıb və Lukaşenkodan, tanınmış rejissor Von Trieradan, müxalifət lideri Navalnı və başqalarından müsahibə aldığını da deyib. "Baxın və müsahibələrin necə olduğunu öyrənin. Amma sən sevimli TEFİ-ni (telejurnalistlərə verilir – red.) toplamağa davam edə bilərsən, qoy tənha ailə axşamlarında səni isindirsinlər”, - deyə, bildirib.
Bu kinayəli sözlərə isə N.Əsgərzadə daha "iynəli” cavab verib. O, Sobçakın vaxtilə "Dom-2” realiti-şousu kimi şübhəli bir layihədə iştirakını xatırladıb. "Evdə”("Dom” layihəsini nəzərdə tutur) gələcək illəriniz üçün ədəbsizlik standartını müəyyən etdiniz. Bundan sonra Von Triera ilə müsahibə şam tutmağa bənzəyir”, -deyə, o yazıb.
Bundan sonra Sobçak jurnalisti əvvəlcədən razılaşdırılmış suallarla müsahibə götürməkdə suçlayıb, deyib ki, özü ilə müsahibə götürüləndə də N.Əsgərzadə sualları əvvəlcədən ona göndəribmiş. Sobçak jurnalisti müsahibləri ilə birbaşa təmas qurmağı çağırıb, amma bunu etməyə cəsarət etməyəcəyini də əlavə edib: "Siz sadəcə, cəsarətli suallar vermək qabiliyyətində deyilsiniz, hətta onlara cavab da verə bilməzsiniz”.
Nailə Əsgərzadə 13 dekabr 1987-ci ildə Bakıda anadan olub və uşaqlığı Azərbaycan paytaxtında keçib. Atası geofizik, anası Bakıdakı Krupskaya adına Doğum Evində tibb bacısı işləyib.
Sonra həyatını Volqoqradda davam etdirib, burada Volqoqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.
Moskvaya köçdükdən sonra Əsgərzadə NTV telekalında, "Kommersant” nəşrində, RBK-TV-də iqtisadiyyata dair şöbələrdə çalışıb. Əsgərzadənin VTB Bankının rəhbəri Andrey Kostin ilə tanışlıqdan sonra həyatı dəyişib, karyerasında yüksəliş başlayıb. "Rossiya” telekalında karyerasını davam etdirən N.Əsgərzadə müəllif proqramları aparıb, sənədli filmlər çəkib.
Ötən il müəllifi olduğu "Təhlükəli virus” sənədli serialı bu günlərdə beynəlxalq mükafata layiq görülüb.
Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr, 1981-ci ildə Sank-Peterburqda anadan olub. Sankt-Peterburqun meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Sankt-Peterburq Universitetinin beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb.
Kseniyanın insani keyfiyyətləri ilə bağlı birmənalı fikir yoxdur. Bir çoxları onun haqqında eqoist, başqaları isə zəhmətkeş deyir. Özü isə deyir ki, sutkada 16 saat işləyir. "İzvestiya” qəzetinə müsahibəsində deyib ki, ona da Hitler qədər nifrət edirlər: "Əgər insan ambisiyalı, ağıllı və uğurludursa, kiminsə ondan nifrət etməsi qaçılmazdır”.
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır
24 mart 2024 22:43
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya