Başqasının arvadını qaçırıb Bakıda gizlədən deputatımız
Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almari Vael Süleyman ondan gizlin şəkildə, qeyri-leqal yolla Bakıya gətirilən övladını görmək üçün Azərbaycandakı aidiyyatı qurumlara, məhkəmə orqanlarına üz tutmaq məcburiyyətində qalıb. O, vaxtilə faktiki nikahda olduğu, Azərbaycan Milli Məclisinin deputatına qoşulub qaçan və hazırda onunla evli olan Moldova Respublikası vətəndaşı Hasan (Lungu) Nicolai Yekaterinaya qarşı valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. İddiaçının ərizəsi təmin olunub və məhkəmənin qərarına əsasən, iş adamına 7 yaşlı qızı Almari Malika ilə ünsiyyətdə olmaq üçün hər həftənin bazar günü səkkiz saatlıq görüş vaxtı müəyyən edilib. Amma...
İş adamı Virtualaz.org-a açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Ramil Həsənin öz qulluq mövqeyindən sui-istifadə edərək il yarımdır onu yeganə övladının üzünə həsrət qoyduğunu bildirib. Qızını görmək üçün dəfələrlə Moldovadan Azərbaycana gələn, doğma balasıyla görüşməyə can atan, əlacı hər yerdən üzüldüyündən məhkəmələrə üz tutan Almari Vael Süleyman övladı ilə ünsiyyət qurmasına əngəl törədən şəxsin məhz millət vəkili Ramil Həsən olduğunu deyib.
Almari Vael Süleymanın dediklərindən belə məlum olub ki, idman zalında resepşın işləyən Hasan (Lungu) Nicolai Yekaterina ilə 2012-ci ildə Moldovada tanış olub, iki ilə yaxın onunla faktiki nikahda yaşayıb. 2014-cü ildə qız övladı dünyaya gəlib.
Əcnəbi biznesmen deyir: “Yekaterina ilə rəsmi nikahımız olmayıb. Uşaq doğulandan sonra ayrılmışıq. Ona demişdim ki, maddi təminatınızı hər zaman ödəyəcəyəm. Mən başqa qadınla rəsmi nikaha girmişəm, ailəliyəm. Yekaterina qızım Malikanı mənə göstərmirdi. Malika mənim yeganə övladımdır, ondan başqa övladım yoxdur. Ayrılsaq da, Yekaterina bütün maddi tələbatlarını ödəyirdim. Uşağımla parkda görüşürdüm. Buna baxmayaraq hər dəfə qızımı görmək üçün yenə də pul tələb edir, mən də ona istədiyi pulu verirdim. Ona bahalı maşın almışdım, istirahət etmək üçün Türkiyəyə də göndərmişdim. Bir sözlə, bütün maddi ehtiyaclarını öz üzərimə götürmüşdüm ”.
İş adamı deyir ki,Yekaterina təxminən 2018-ci ildə Azərbaycan parlamentinin deputatı Ramil Həsənlə tanış olub. Bu barədə onun özü Almari Vael Süleymaniyə bildirib: “Yekaterinanın Ramillə olan münasibətinə qarşı çıxmadım. Amma onlar mənim övladımı gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər. Hər yerə şikayət etdim. Yekaterina hazırda interpolda axtarışdadır”.
Övladının gizli, qanunsuz şəkildə Moldovadan çıxarılmasını öyrənən ata yerli məhkəmələrə müraciət edib. Bununla bağlı tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri olub. Moldova məhkəməsi uşağın atasının himayəsində qalması ilə bağlı qərar çıxarıb. Həmin məhkəmə qətnaməsində birbaşa göstərilib ki, Almaree Malika atası Almari Vael Süleymanın himayəsində qalmalıdır. Qarşı tərəf məhkəmənin qərarından yuxarı instansiya məhkəmələrinə şikayət etsə də, şikayətləri təmin olunmayıb.
Almari Vael Süleymanın hüquqlarını müdafiə edən vəkil Ənvər Əmirəliyev bildirib ki, Moldova məhkəməsinin çıxardığı qətnamə tanınma üçün Azərbaycana yönəlib.
“Qanunvericiliyə uyğun olaraq xarici məhkəmə qətnaməsinin tanınmasını Ali Məhkəmə həyata keçirdiyi üçün iş Ali Məhkəməyə göndərildi. İş Ali Məhkəmənin hakimi Vüqar Həsənovun icraatında idi. Ali Məhkəmədə qətnaməni tanımadılar. Əsas olaraq göstərdilər ki, Yekaterinanın Azərbaycanda oturumu ləğv edilib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu verdik. Məlum oldu ki, məhkəmədən sonra Yekaterinanın müvəqqəti oturumu bərpa olunub, hansısa mənzildə qeydiyyatdadır. Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişik”,-vəkil bildirib.
Artıq üçüncü dəfədir ki, qızının arxasınca Azərbaycana gələn Almari Vael Süleyman yeganə istəyinin övladına qovuşmaq olduğunu deyir. Bildirir ki, ötən ilin sentyabrından bu yana qızını görə bilmir.
“Övladımı mənə göstərmirlər. Heç kimdən heç nə istəmirəm, tələb də etmirəm. Yalnız uşağımı görmək istəyirəm. Mən atayam, buna mənim haqqım var. Moldovadakı bütün işlərimi atıb qızımın dalınca buralara qədər gəlmişəm. Övladımı görməyincə, bu məsələ öz həllini tapmayınca Azərbaycandan heç yerə gedən deyiləm”,- o deyir.
Valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nəsimi rayon məhkəməsində qaldırılan iddia ərizəsi təmin olunduqdan sonra iş adamı icra nümayəndələri, hüquqlarını müdafiə edən vəkillər – Muxtar Mustafayev və Ənvər Əmirəliyevlə birgə övladının yaşadığı ünvana yollanıb. Mənzilin qapısını onların üzünə millət vəkili Ramil Həsən açıb.
“Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət etdik ki, bu mübahisəli məsələ həllini tapana qədər ata öz qızı ilə müvəqqəti görüşə bilsin. Hakim Cəmilə Musayeva ədalətli və düzgün qərar qəbul etdi, uşaqla atanın həftədə bir dəfə görüşməsinə dair qərar qəbul olundu. Yekaterinanın yaşadığı ünvanı dəqiqləşdirib oraya gəldik, bizi qapıda Ramil Həsən qarşıladı. Əllərini belinə qoyub bizə dedi ki, belə bir hüququnuz yoxdur, bununla bağlı Ali Məhkəmənin qərarı var”- vəkil Ənvər Əmirəliyev bildirib.
Malika pəncərənin arxasından baxır...
Vəkil deyir ki, hətta Ali Məhkəmənin bununla bağlı qərarı olsa belə, onun bu işə heç bir aidiyyatı yoxdur. Ali Məhkəmədə aparılan işdə uşağın himayə məsələsi həll olunur. Bu isə tamam ayrı bir işdir: “Biz Nəsimi rayon məhkəməsində ayrı iddia qaldırmışıq, uşaqla müvəqqəti görüş istəmişik. Bunu uşağın himayə məsələsi ilə qarışdırmaq olmaz. Təsəvvür edin, İnterpolda axtarışda olan adam millət vəkilinin xüsusi mülkiyyətindəki ünvanda qeydiyyatdadır. Bizdə olan məlumata görə, Yekaterina ilə Ramil Həsən rəsmi nikaha da giriblər. Amma deyir ki, bu evdə heç kim yoxdur. Məhkəmə qərarına birbaşa hörmətsizlik edir, “mən parlamentin üzvüyəm, iki günə Nəsimi rayon məhkəməsinin qərarını ləğv etdirərəm” deyir. Bu adam göz görə-görə, çəkinmədən vəzifə səlahiyyətlərini aşır”.
"Qafqazinfo" bu məqamda əlavə edir ki, R. Həsən rəsmi feysbuk profilində öz qızı ilə birlikdə Malika ilə də şəklini paylaşıb.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bakıda yeni yolun üstünlükləri nələr olacaq? (TƏFƏRRÜAT)
7 aprel 2024 19:21
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53