Balakəndə məzar müəmması: Aşkarlanan qəbirlər kimə MƏXSUSDUR? - FOTO
Bir neçə gün əvvəl Balakən rayonunun Katex kənd sakinləri eyniadlı çayın sahilində onlarla qəbir aşkarlayıb. Dərhal müvafiq orqanlar məlumatlandırılıb.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə həmin qəbir və insan sümüklərinin ötən əsrin 20-30-cu illərində həmin ərazidə fəaliyyət göstərən təcridxanada saxlanılan repressiya qurbanlarına məxsus olması barədə iddialar yer alıb.
Bu müəmmalı və qaranlıq məsələlərə aydınlıq gətirmək üçün AMEA-nın Şəki Regional Elmi Mərkəzinin müvafiq şöbəsinin və arxeoloqların iştirakı ilə əraziyə ilkin baxış keçirilib.
Sakinlər həmkəndlilərini təkzib edirlər
Havanın yağıntılı olmasına baxmayaraq kənd sakinlərinin köməyi ilə qəbirlərin aşkarlandığı çay yatağına çatırıq. Katex kənd sakini Çingiz Uluxanov bildirib ki, Katex çayının hazırkı yatağı ötən əsrin 80-ci illərindən sonra bu əraziləri basaraq bərbad vəziyyətə salıb. Əvvəllər çayın yatağı, ümumiyyətlə, buradan heç olmasa 2-3 km uzaqdan keçirmiş. Bu ərazilərdə kənd sakinləri tütün əkib, bostan becərib. Həmin müddətdə burada nə insan sümüklərinə rast gəliblər, nə də ki qəbirlərə. Son dövr çay yatağını dəyişəndən və sel-sular ərazini yuyub dərinləşdirəndən sonra qəbir və insan sümüklərinə rast gəlinib.
Digər kənd sakini Elxan Parabaşov sosial şəbəkələrdə iddia edilən repressiya qurbanlarının məzarlarının olma ehtimalı ilə bağlı fikirləri yanlış adlandırıb.
“Guya burada Stalin dövründə həbsxana olub. Bəli, həbsxana olub, lakin orada saxlanılan insanların məzarlığı buradan xeyli uzaqda olub. Dəfn olunan yerləri bilirik. Buranın, yəni dayandığımız yerin repressiya qurbanları ilə heç bir əlaqəsi yoxdur”, - deyən həmsöhbətim əli ilə həmin əraziləri işarə edir.
Tarixçi alim və arxeoloqların ilkin qənaəti
AMEA, Şəki Regional Elmi Mərkəzin Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov biz sakinlərlə söhbət etdiyimiz müddətdə arxeoloq həmkarı ilə ərazidə bir xeyli müşahidə aparıb. Eləcə də qəbirlərin vəziyyəti ilə, həmçinin çürüməkdə olan sümükləri ilkin tədqiq etdikdən sonra bildirib ki, bu qəbirlər nəinki repressiya illərinin, heç son yüz, yaxud iki yüz ilin qəbirləri deyil və sosial şəbəkələrdə səslənən fikirlər tamamilə yanlışdır:
“Biz burada gözümüzlə görəndən sonra məlum oldu ki, bu heç də 20-ci əsrə, ümumiyyətlə, yaxın iki yüz, üç yüz ilə aid qəbir abidələri deyil, ən azı orta əsrlər dövrünün ilkin mərhələsinin orta-erkən əsrlərə aid qəbir abidələridir. Bu abidələrin əksəriyyəti qəbir daşları və daş-qutu qəbirlərdir. Daş-qutu qəbirlər də son tunc dəmir dövründə, antik dövrdə və ümumiyyətlə, erkən-orta əsrlərdə, hətta islamın ilkin dövrlərində mövcud olub.
Düzdür, bəzi qəbirlər qibləyə tərəfdir. Amma arxeoloji qazıntılar aparılmasa, burada köklü şəkildə arxeoloji tədqiqatlar getməsə, hansı dövrə aid məzar olduqlarını demək mümkün deyil”, - deyən Rahim Həsənov sakinləri belə faktlarla qarşılaşdıqda səbirli olmağı və mütəxəssislərə müraciət etməyi məsləhət bilib. Bu ilk növbədə yanlış məlumatların yayılmasının qarşısını ala bilər.
Ərazidə fundamental arxeoloji qazıntılar aparılmalıdır
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Şəki qrupunun Böyük Elmi işçisi İntizar Bədəlova illər əvvəl Balakən ərazisində müxtəlif yerlərdə arxeoloji qazıntılar apardığını və hazırkı müşahidələrdən sonra bu qəbir və sümüklərin də repressiya qurbanları ilə bağlı heç bir əlaqəsi olmadığını bildirib.
Arxeoloq bildirib ki, daş-qutu qəbirlərə tunc dövründən orta əsrlərə qədər, bir də islamın əvvəlində bir sıra bölgələrdə qazıntılar zamanı rast gəlinib.
“Amma çay hövzəsində bu dəfnlərin aşkar olunması doğrudan da hamımızı heyrətə gətirdi. Burada çay öz məcrasını dəyişib, su yuyub açdığı qəbirlərin böyük tədqiqata ehtiyacı var. Yəni biz buna üstdən baxıb desək ki, bu dəmir, ya tunc dövrüdür, bizə gülərlər. Biz elmə xələl gətirə bilərik. Ancaq burada fundamental arxeoloji tədqiqat getməlidir”, - deyən İntizar xanım tarixin güman və ehtimallarla deyil, faktlarla, sübutlarla əksini tapacağını diqqətə çatdırıb.
Yanlışlıqlara nöqtə qoyulub
AMEA-nın hər iki mütəxəssisinin qənaəti belə olub ki, ərazidə müvafiq qurumlar tərəfindən əsaslı arxeoloji qazıntılar aparılmalı, ilk öncə qəbirlər açılmalı və onların müayinəsindən sonra daha dolğun və müfəssəl qənaətə gəlmək mümkündür. Ərazidə müşahidə aparan mütəxəssislər, öz növbəsində müvafiq qurumları məlumatlandıracaqlarını və ondan sonra qərar veriləcəyini bildiriblər.
Digər tərəfdən sakinlər diqqətə çatdırıblar ki, qəbirlər aşkar ediləndən sonra çay yatağı təmizlənir və torpaq qatı yığılır ki, qəbirlər aşkar edilən əraziləri su yuyub aparmasın.
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 2024 23:33
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25