BSU-da Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib
Martın 1-də Bakı Slavyan Universitetində Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos da iştirak edib. Tələbələrlə görüşdən öncə səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüşdə Yunanıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın mühüm istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Yunanıstan səfirliyinin Bakı Slavyan Universiteti ilə əlaqələrindən danışan rektor Nikolaos Kanellosun dövründə münasibətlərin daha intensiv və səmimi şəkildə davam etdiyini bildirib. N.Əliyeva bunu həm də səfirin özünün şəxsi keyfiyyətləri, onun yaradıcı insan olması ilə əlaqələndirib.
Qeyd edək ki, Yunanıstanın respublikamızdakı səfiri siyasi-diplomatik fəaliyyətlə yanaşı, həm də şair, rəssam müğənni kimi tanınır. 2017-ci ilin dekabrında səfirin Bakıda “Land Mark” biznes mərkəzində, rəsm sərgisi keçirilmiş, bu ilin may ayında isə onun öz vətənində konserti planlaşdırılır. Nikolaos Kanellos öz növbəsində BSU-nun rektoru professor Nurlana Əliyevaya səmimi qəbula görə minnətdarlığını bildirərək universitetdə yunan tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Səfir universitetin rektoru başda olmaqla, bir qrup mütəxəssisi öz ölkəsinə dəvət edib.
Bundan sonra BSU-nun Yunan dili və mədəniyyəti mərkəzində tələbə və müəllimlərlə görüş keçirilib. Görüşdə səfir Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, azərbaycanlıların milli mental dəyərlərə üstünlük verməsi və s. məsələlərlə bağlı təəssüratlarını gənclərlə bölüşüb. O, Azəbaycanda ilk öyrəndiyi sözlərin sevgi, sülh, günəş olduğunu bildirib. Nikolaos Kallonas yunan dilinin tarixi barədə qısa məlumat verib və bu dilin dünyanın ən qədim dillərindən olduğunu, fransız, alman, ingilis dillərində kifayət qədər yunan sözlərinin olduğunu qeyd edib. O, BSU-nun yunanşünaslıq qrupunun tələbələrinin hazırlığından razılığını ifadə edib.
Sonra yunan dili müəllimi Səidə Mehdiyeva yunan oratorluq sənəti barədə çıxış edib.
Yunanıstandan gəlmiş müəllim Mariya Delaki çıxış edərək Yunanıstan-Azərbaycan münasibətlərindən və mədəniyyət sahəsində ölkələrimiz arasındakı əlaqələrdən danışıb.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə yunan dili ixtisası üzrə təhsil alan I kurs tələbələrindən Mətanət Cəfərova, Nərmin Quliyeva, II kurs tələbələrindən Vüsalə Quliyeva, Əziz Əsgərov, Əfşan Ayaz, Şükufə Abdullayeva, Aytac Həsənli, III kurs tələbələrindən Səadət Seyidova, Səbinə Qarayeva, Nuranə Qocayeva, Fərhad Hacıyev, Cavid Ağalı yunan klassiklərindən nümunələr səsləndiriblər.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41