Azərbaycanda uşaqları bu valideynlərindən alacaqlar
Uşağı valideynlərindən uzaqlaşdırmaq travmatik bir təcrübədir. Əslində, bu, valideynlik hüququndan məhrum edilməzdən əvvəlki son addımdır. Heç şübhəsiz, valideynlərin övladı böyütmək üçün hüquq, vəzifə və öhdəlikləri var. Ancaq uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığına ziddirsə, onda nə etməli?
Dünya ölkələrinin uzun illərdir ki, bu istiqamətdə əhəmiyyətli təcrübəsi var: valideynlər tərəfindən uşağın həyatına və sağlamlığına bilavasitə təhlükə yarandığı hallarda uşaq onlardan yalnız məhkəmənin qərarı ilə deyil, sosial işçilər tərəfindən də götürülə bilər.
Artıq bizim ölkəmizdə də bu təcrübə tətbiq ediləcək. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günlərdə keçirilən iclasında "Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişiklik buna əsas verir: uşağın həyatı və ya sağlamlığı üçün birbaşa təhlükə yaranarsa, valideynlərindən alına bilər.
"Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Belə bir dəyişikliyin gündəmə gəlməsinin səbəbi nədir?
Vəziyyət bəzi ailələrdə uşaq zorakılığı ilə bağlı mənzərənin o qədər də yaxşı olmadığını göstərir. Təkcə Uşaq Qaynar Xəttinə olunan müraciətlər bunu deməyə əsas verir. Məsələn, əgər əvvəllər xəttə daha çox böyüklər müraciət edirdisə, indi uşaqlar telefon açırlar. Mərkəzin operatoru: "Hər gün Qaynar Xəttə zənglər olur. Bəzən gün ərzində bir neçə zəng daxil olur”, - deyə sorğuya cavab olaraq bildirdi: "Həm paytaxtdan, həm də rayonlardan zənglər edilir. Telefon açanların çoxu qızlardır. Ailədə valideynləri tərəfindən müxtəlif zorakılıqlara məruz qaldıqlarını deyirlər”.
Əslində, uşaqların hüquq və maraqlarının əks olunduğu müddəa bizim qanunvericilikdə var idi. 1998-ci ildə qəbul edilən "Uşaq hüquqları haqqında” qanun, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” əsasnamə, icra hakimiyyətlərinin nəzdində himayəçilik və qəyyumluq şöbələri, uşaq hüquqları üzrə QHT-lər uşaq hüquqlarına zidd hərəkətlərlə bağlı müvafiq siqnallar verirdilər. Ancaq bütün dünya ölkələrinin qanunvericiliyində illərdir yer alan qaydalar bizdə bir qədər "humanist”liyə köklənmişdi.
Uşaqlar dövlətin himayəsinə veriləcək
"Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını imzalayıb və ondan sonra "Uşaq Hüquqları haqqında” qanun qəbul edilib. Həm konvensiyada, həm də qanunda əsas prinsip ondan ibarətdir ki, uşaq hüquqları ilə valideyn hüquqları arasında ziddiyyət təşviq edilərsə, uşaq hüquqları üstün tutulur”, - deyə Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev bildirir: "Bu o deməkdir ki, hər bir dövlət orqanı, o cümlədən məhkəmələr uşaq hüquqlarını üstün tutmalıdırlar. Əgər uşağın hüquqları onların valideynləri tərəfindən pozulursa, təbii ki, dövlət orqanları bununla bağlı hərəkətə keçməlidirlər. Hətta deyərdim ki, bu qaydaların həyata keçirilməsi bir az gecikib. Əminəm ki, uşaq hüquqları bundan sonra daha da üstün formada qorunacaq”. Hüquqşünas qanuna edilən dəyişikliyi son illər ailələrdə məişət zorakılığının daha çox baş verməsi ilə əlaqələndirir: "Zorakılıq siqnalları uşaqların hüquqlarının qorunmalı olduğunu daha ciddi gündəmə gətirir. Hər bir vətəndaşın da borcudur ki, törədilən və törədilə biləcək hüquq pozuntusu ilə bağlı lazımı instansiyalara məlumat versin. Əgər uşaq hüquqlarının qorunması ilə bağlı siqnal daxil olarsa, uşaq mənafelərinin üstün səviyyədə qorunması məqsədilə uşaq həmin ailədən alınacaq və dövlətin himayəsində olan orqanlara təhvil veriləcək”.
R.Vəliyev Ailə Məcəlləsində də oxşar müddəaların yer aldığını bildirir: "Valideynlərin hüquqlarının məhdudlaşdırılması və ya hüquqdan məhrum edilməsi, hətta uşaqların alınması ilə bağlı maddələr var. Bu halda da qanun icazə verir ki, həmin uşaqların dövlətin himayəsinə verilməsi ilə bağlı addım atılsın. Yəni daha da böyük proseduralar keçmədən, məhkəməyə gedib çıxmadan müvafiq orqanlara elə səlahiyyətlər verir ki, ilkin araşdırmalar aparsınlar və məsələ ilə bağlı öz rəylərini versinlər.
Hüquqşünas hesab edir ki, bu dəyişiklik hazırkı mərhələdə problemin inzibati qaydada həllini nəzərdə tutur: "Biz indiyə qədər başqa ölkələrin təcrübəsində görürdük ki, sosial idarələr gəlib uşağı götürürdülər. Bu, bizim üçün təəccüblü olsa da, bütün dünyada tətbiq olunan qaydadır. Bu, ona yönəlib ki, valideynlərin hüquqları uşaq hüququndan üstün tutula bilməz. Bu məsələlərdə dövlət orqanları hər kəsin - valideynlərin, qohumların, qəyyumların və başqalarının hüquqlarını pozacaq. Uşaqların hüquq və maraqlarının qorunması məqsədilə bu addımlar atılacaq. Fikrimcə, bu, ailələr üçün siqnal olmalıdır”.
"Valideynlər bundan sui-istifadə edirlər”
"Ümidli gələcək” təşkilatının rəhbəri Kəmalə Aşumovanın sözlərinə görə, tüfeyli həyat sürən, zərərli vərdişlərə malik valideynlər olan ailələrdə uşaqların mənfi hallarla üzləşmələri, zorakılığa məruz qalmaları, təhsildən yayınmaları və s. ilə bağlı statistika ürəkaçan deyil: "Bu faktlar onu göstərir ki, qanuna dəyişiklik zəruridir. Bəzən təcrübədə erkən nikaha sövq edilmə, ailə üzvü tərəfindən cinsi zorakılığa məruz qalma, narkotik istifadəçisi olan valideynlərin uşaqlarına qayğı göstərməməsi kimi hallarla qarşılaşırıq. Qanunda dəqiq maddə olmadığından polis və ya sosial işçilər və QHT əməkdaşları müdaxilə edəndə yalnız valideynlə söhbət edir, reabilitasiyaya cəhd edir. Amma bu hallar nəticə verməyəndə biz ailədən uşağı götürə bilmirdik. Çünki qanunda bununla bağlı xüsusi maddə yox idi. Valideynlər də bundan sui-istifadə edirlər”. K.Aşumovanın fikrincə, qanunda belə bir dəyişikliyin olması müsbətdir. Eyni zamanda, bunu tətbiq edən dövlət qurumları da vəziyyətdən sui-istifadə etməməlidirlər: "Biz ilk növbədə uşağın rifahı naminə valideynə reabilitasiya üçün şans verməliyik. Əgər o hallarda da valideyndə heç bir müsbət dəyişiklik baş verməzsə və uşağın həyatına təhlükə varsa, onun digər qohumu və ya qəyyumu ola biləcək şəxslərə verilməsi və ya dövlətin himayəsinə verilməsi həyata keçirilməlidir”.
Oxşar xəbərlər
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 2024 10:50
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 2024 23:22
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 2024 18:09
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 2024 18:04
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 2024 17:47
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 2024 13:11
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 2024 13:28
- Alman ayaqqabısı - Daşqın Məmmədovun hekayəsi
9 may 2024 23:03
- Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9 may 2024 12:11
- Azərbaycanda Qələbə Günü qeyd olunur
9 may 2024 11:57
Xəbər lenti
- Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - Video
21 may 20:47
- Bakcell-in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
21 may 20:34
- Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
21 may 12:19
- Tut yuyulmalıdırmı?
21 may 11:55
- Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 may 23:20
- Türkiyədə matəm elan edildi
20 may 23:08
- Qarabağ Universitetinə rektor təyin olundu
20 may 20:33
- İran Prezidenti və heyəti həlak olub - Mehr Agentliyi
20 may 12:06
- Bu xəbər bizi ciddi şəkildə narahat etdi - İlham Əliyev
20 may 11:57
- Fotoda Tağı Əhmədov...
19 may 16:14
- İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar
19 may 12:33
- Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi
18 may 16:46
- Prezidentlə xanımı AĞALI hotelinin açılışında iştirak edib
18 may 16:32
- Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
18 may 13:52
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
Video & Fotoqalereya
Video
Fotoqalereya