“Müharibə artıq faktiki olaraq başlayıb” – ELMAN NƏSİROV
“Hadisələrin gedişatı onu göstərir ki, beynəlxalq aləmin reaksiyası gözlənilən səviyyədə deyil”
Bunu Hurriyyet.org-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, beynəlxalq qurumların tərəfləri yalnız atəşkəsə çağırmaqla kifayətləndiyini bildirib:
“İyun ayının 12-dən başlayaraq, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatı baş verib. Bu təxribat hazırda da davam etməkdədir. Hərbi təxribatın arxasında birbaşa Ermənistanın hərbi siyasi rəhbrəliyi dayanır. Bir az da açıqlasaq, Paşinyan dayanır. Məhz onun əmriylə Ermənistan silahlı qüvvələri atəşkəsi pozub və belə hərbi təxribata əl atıblar. Eyni zamanda burada sual doğuran çox maraqlı məqamlardan biri də odur ki, bu vəziyyətdə Ermənistan bütün məsuliyyəti Azərbaycanın üzərinə qoyur. Guya, Azərbaycan atəşkəsi Tovuz istiqamətində pozub. Halbuki, bununla bağlı Ermənistan Müdafiə nazirinin mətbuat katibi müsahibəsində qeyd edir ki, Azərbaycan tərəfinə məxsus UAZ markalı hərbi maşın sərhədi keçdi və biz buna cavab verdik. Belə bir gülünc bir ittiham irəli sürüb. Belə vəziyyətdə təbii ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında da qeyd etdi ki, düşmənə odekvat cavab verdik və yerində otuzdurduq. İlk növbədə Cənab Prezident qeyd etdi ki, biz şəhidlərimizin qisasını aldıq və bundan sonra da alacayıq. Şəhidlərimizin qanı yerdə qalmayıb və bundan sonra da qalmayacaq. Biz dəfələrlə düşməndən bunun əvəzini çıxmışıq. Hadisələrin gedişatı onu göstərir ki, beynəlxalq aləmin reaksiyası gözlənilən səviyyədə deyil. Düzdür bəzi beynəlxalq qurumlar reaksiya verib. Lakin onlar da tərəfləri yalnız atəşkəsə çağırmaqla kifayətlənirlər. Hələ ki, işğalçı Ermənistanı pisləyən, kəskin mövqe ortaya qoyan beynəlxalq qurum yoxdur. ATƏT-in MİNSK qrupunun həmsədrləri ümumiyyətlə susub. Onların hələ ki, heç bəyanatı da yoxdur. Bütün bunlar təəssüf doğuran məsələlərdir”.
Deputat bütün hallarda məsuliyyət Ermənistanın üzərinə düşəcəyini qeyd edib:
“İncə bir məqama toxunmaq istəyirəm. Ermənistan dövləti Dağlıq Qarabağda deyil, məhz Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozub və hərbi təxribata əl atıb. Burada iki məqsəd ola bilər. Birincisi, Azərbaycanı hərbi təxribata cəlb etməkdir. Belə olan halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına müraciət edib, onlardan dəstək almaq istəyirlər. Bununlada, Azərbaycanı təkləmək niyyətindədirlər. İkincisi isə, Azərbaycanı təxribata cəlb etmək və nəticədə bu hərbi-siyasi təşkilatın üzvlərinə, xüsusilə də Rusiya və Belarusiyaya təhrik göstərib, Azərbaycana silah satmasının qarşısını almaqdır. Əsas motivlər bunlardır. Ancaq unutmaq olmaz ki, Azərbaycanın bu təşkilatın üzvləriylə sıx iqtisadi və dostluq əlaqələri vardır. Bu səbəbdən Paşinyanın niyyəti reallaşmadı. Bütün hallarda məsuliyyət Ermənistanın üzərinə düşür”.
Elman Nəsirov, Ermənistanın daha çox hərbi postlarımızı deyil, mülki əhalini hədəf aldığını vurğulayıb:
“Belə gedişat müharibənin başlanmasına səbəb ola bilər. Müharibə artıq faktiki olaraq başlayıb. Düşmən tərəf daha çox, hərbi postlarımızı deyil, mülki əhalini hədəf alır. Artıq sülh danışıqları mənaszıdır və inamını itirib. Belə olan vəziyyətdə ya həmsədrlər münaqişınin həlliylə bağlı köklü bir addım atmalıdır, ya da bu məsələdə özlərinin acizliyini ifadə edib kənara çəkilməlidir. Bununla da öz missiyalarına xitam verilməlidirlər. Müharibə ehtimalı kifayət qədər böyükdür”.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05