DYP Ədliyyə Nazirliyinin tabeçiliyinə verilir ŞOK
Hadisə15 avqust 2019 16:00
Daxili İşlər naziri Vilayət Eyvazov artıq start verdiyi kadr islahatları ilə kifayətlənməyəcək, həm də ciddi struktur dəyişikliyi edəcək.
Bakupost.az-a daxil olan məlumata görə, yeni nazir işə başlayan ilk gündən polisin reputasiyasının yaxşılaşdırılması, insanların hüquq-mühafizə orqanlarına münasibətinin dəyişməsi üçün ciddi layihələr həyata keçirməyə başlayıb. Bunun üçün o, ilk növbədə hamı tərəfindən birmənalı şəkildə rüşvət, korrupsiya mənbəyi kimi qəbul edilən bəzi qurumların yenidən qurulması, bəzilərinin isə tamamilə ləğv edilməsi barədə tədbirlər planı hazırlayıb.
Məlumata görə, yeni nazir ilk olaraq Qeydiyyat-İmtahan İdarələrinin ləğvini nəzərdə tutub.
Yada salaq ki, bu idarələrin ləğv edilməsi xeyli müddətdir, müzakirə mövzusudur. Əsas işi sürücülük vəsiqələrinin və avtomobillərinin dövlət qeydiyyat nişanlarının verilməsi olan bu idarələrin səlahiyyətinin başqa aidiyyəti qurumlara verilməsi dəfələrlə gündəmə gəlsə də, hansısa qüvvələr onu ertələyib. Yeni nazir isə bu işi tez bir zamanda həll etməyi planlaşdırıb.
Vilayət Eyvazovun nəzərdə tutduğu daha bir addım isə kifayət qədər sensasion hesab oluna bilər. O, əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da yol polisinin ümumiyyətlə, ləğv olunmasını istəyir. Yeni nazir böyük vəsaitlər hesabına alınmış radarlar, təhlükəsizlik kameraları olduğu halda yol polisi ordusuna zərurət hesab etmir.
Mənbənin verdiyi məlumata görə, yol polisinin səlahiyyətləri əsasən üç qurum arasında bölünəcək - Post Patrul Xidməti, Nəqliyyat Agentliyi, ASAN xidmət. Bu köklü dəyişikliyin ilin sonuna qədər reallaşması gözlənilir.
"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev hesab edir ki, yol polisinin ləğvi indiki halda aktual deyil: "Avropanın yedəyində getməyə lüzum yoxdur. Dövlət Yol Polisi ləğv edilməməlidir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, biz insan hüquqları ilə bağlı ümumiyyətlə təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi ilə bağlı demək olar ki, bütün normalara, konvensiyalara, müqavilələrə qoşulmuşuq. Bu baxımdan Azərbaycanda istər yol hərəkətinin tənzimlənməsində, istər piyadaların qorunması, istərsə də vətəndaşın digər müraciət hüququnun təmin olunması istiqamətində kifayət qədər meydan var və yetərli qədər də iş görülür.
Həm dövlətin, həm təhülkəsizliyinin təmin olunmasında, həm də sabitliyin dayanıqlı qorunmasında bu DİN-in hədsiz dərəcədə əməyi var.
Ola bilsin, Avropa ölkələrində yol polisi yoxdur. Amma Azərbaycanda bu gün yol polisinə çox böyük ehtiyac var.
Pentensiar xidmət nə qədər Daxili İşlər Nazirliyin nəzdində idi, hər şey yaxşı idi. Amma biz birdən-birə onu Ədliyyə Nazirliyinə verdik ki, Avropada belədir. Bir müddət o keçid ərəfəsində bəzi mürəkkəb çətinliklər oldu. Daxili İşlər Nazirliyinin kifayət qədər təcrübəsi və peşəkarlığı hiss olunan bu qurumları ləğv etmək və yeni bir quruma vermək və yaxud ASAN xidmətə vermək çətin məsələdir. ASAN xidməti hədsiz dərəcədə şişirtmək olmaz. Belə çıxır ki, ASAN xidmət qurumların alternatividir. Bu addımın atılmasına lüzum görmürəm”.
Keçmiş polis rəisi, Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev isə yol polisinin və yol polisinin tabeliyində olan qurumların ləğv edilməsinin, başqa aidiyyəti qurumlara verilməsinin vacib olduğunu bildirib: "Məsələn, Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı polis niyə götürməlidir? Bu, korrupsiyaya yol açan haldır. Bu qədər yol polisi nəyə lazımdır? Onda dövlət külli miqdarda vəsait xərcləyərək radarları, kameraları niyə alıb? Yollarda avtomobil qovan yol polislərini daha çox dəftərxana işlərinə cəlb etmək lazımdır ki, kameralara, radarlara nəzarət gücləndirilsin. Cərimələrin vaxtında sürücülərin ünvanına çatdırılması məsələsində operativlik təmin olunsun”.
Ə.Əliyev hesab edir ki, yol polisinin ləğv edilməsi yaxın zamanlarda reallaşa bilər: "Vilayət Eyvazov Avropa təcrübəsini bilən, bu prosesləri yaxından izləyən adamdır. Və yenilikləri tətbiq etməyə meylli şəxsdir. Hesab edirəm ki, o, polis sistemində çox ciddi dəyişikliklər edəcək”.
NUH.az-a daxil olan məlumata görə, DYP yaxın zamanda Ədliyyə Nazirliyinin tabeçiliyinə veriləcək.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- 17 yaşlı azərbaycanlı qız Moskva terrorunda həlak oldu
23 mart 2024 08:46
- Ölənlərin sayı 99 nəfərə çatdı - Video + Yenilənib
23 mart 2024 08:10
- Mayda ƏFV olacaq ..?
22 mart 2024 19:41
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya