Beriya ilə öcəşən, Xruşova dirəşən özbək - Muxitdinov kimdir?
O, çox təmkinli, siyasi çəkişmələrdən uzaq olmağa çalışan, işgüzar və ən başlıcası isə qarşısındakının kim olmasından asılı olmayaraq sözünü deməyi bacaran siyasətçi olub. Hətta Lavrenti Beriya kimi amansız, Nikita Xruşov kimi çılğın, Mixail Suslov kimi kaprizli siyasi fiqurların qarşısında Nuritdin Muxitdinov öz əqidəsindən dönməyib, istənilən bir məsələyə özü düşündüyü kimi münasibət bildirib. İosif Stalnin kadrı sayılan Muxitdinov uzun illər SSRİ-də müxtəlif yüksək vəzifələrdə işləyib.
Milliyətcə özbək olan Nuritdin Muxitdinov 1917-ci ildə Daşkənddə anadan olub. Orta təhsilini başa vurduqdan sonra kooperativ texnikumunda, sonra isə qiyabi yolla Moskvada Kooperativ institutunda təhsil alıb.
1939-1946-cı illərdə Nuritdin Muxitdinov orduda komsomol və siyasi işlər bölmələrində xidmət edib. 1941-ci ildə müharibə başlananda o, döyüşən hərbi hissələrdə xidmətini davam etdirib, Stalinqrad döyüşlərində ağır yaralanıb. Onun ordudan tərxis olunması haqqında qərar çıxarsalar da, Muxitdinov yenidən cəbhəyə qayıdıb.
1946-cı ildən Muxitdinov partiya orqanlarında işləməyə başlayıb. İki il Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsində sıravi təlimatçı işlədikdən sonra, 1948-ci ildə onu Özbəkistanın Namanqan vilayət Partiya Komitəsinə birinci katib təyin ediblər. Bu təyinat Stalinin təşəbbüsü ilə olub.
1950-ci ildə Nuritdin Muxitdinov eyni zamanda üç vəzifə daşıyıb, Özbəkistan Kommunist Partiyasının ideologiya üzrə katibi, Özbəkistan Ali Sovetinin sədri və Daşkənd vilayət Partiya Komitəsinin birinci katibi.
Tükənməz enerjiyə malik olan Muxitdinov hər üç vəzifənin öhdəsindən lazımınca gəlib və ən yüksək göstəricilərə nail olub.
Kremlin və şəxsən İosif Stalinin diqqətindən yayınmayan Muxitdinov 1951-ci ildə Özbəkistan Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. Onun bu vəzifədə olduğu dövr Özbəkistanın inkişafı ilə bağlı bir çox hadisələrlə yadda qalıb.
1953-cü ildə Stalinin vəfatından sonra Beriya müttəfiq respublikalarda, diyar və vilayətlərdə öz dayaqlarını gücləndirmək üçün kadr "islahatlar”ı aparmağa başlayanda Muxitdinova məxfi bir məktub göndərib. Məktubda daxili işlər orqanlarından başqa respublikada digər yüksək vəzifəli şəxslərin işdən azad olunması və Beriya tərəfindən namizədlikləri irəli sürülən şəxslərin təyin olunması ilə bağlı göstəriş öz əksini tapıb. Bu göstərişin heç bir faizi də Muxitdinov tərəfindən icra olunmayıb.
Qəzəblənən Beriya Muxitdinova zəng vuraraq, onu bir cümlə ilə hədələyib:
- Sən uğursuz bir yaramazsan və uğursuzluğuna görə layiqli cavabını alacaqsan.
Muxitdinov Beriyanın bu hədəsinə uzun-uzadı cavab verməyə lüzum görməyib, qısa bir cavabla kifayətlənib:
- Mən uğursuz ola bilərəm, amma vicdansız ola bilmərəm.
Bu telefon danışığından iki həftə sonra Muxitdinov Nazirlər Sovetinin sədri vəzifəsindən azad olunub və Özbəkistanın xarici işlər naziri təyin edilib.
Ona qarşı olan bu ədalətsizliyin ömrü uzun çəkməyib. Bu hadisədən təxminən bir ay ötdükdən sonra, 1953-cü ilin iyun ayında Beriya həbs oluan kimi Muxitdinov yenidən Nazirlər Sovetinin sədri vəzifəsinə qaytarılıb.
Nuritdin Muxitdinov Kreml üçün uğurlu kadr sayılıb. Bacarığı, işgüzarlığı ilə qarşıya qoyulan vəzifələri vaxtında və yüksək səviyyədə həyata keçirməyə nail olub.
1955-ci ildə Xruşovun Özbəkistana səfəri ilə Muxitdinovun siyasi fəaliyyətində yeni mərhələ başlanıb. O, Özbəkistanın birinci katibi kürsüsünə yiyələnib.
1957-ci ildə Siyasi Büroya ( mövcud dövrdə Mərkəzi Komitənin Rəyasət Heyətinə) üzv olduqdan sonra Muxitdinov Xruşovun təklif və təşəbbüsü ilə Moskvaya, Mərkəzi Komitənin katibi vəzifəsinə irəli çəkilib.
Muxitdinovun Kremldəki fəaliyyəti mütəmadi olaraq problemlərlə müşayiət olunub. Müəyyən partiya proqramlarının hazırlanmasında və qəbul olunmasında onun Siaysi Büronun üzvləri Mixail Suslovla, Frol Kozlovla və Anastas Mikoyanla fikir ayrılıqları yaranıb. Son nəticə olaraq hər üç Siyasi Büro üzvü Müxitdinova məqamı düşdükcə siyasi və mənəvi təzyiqlər göstəriblər. Bu gərgin siyasi fəaliyyətlə barışmayan Muxitdinov 1961-ci ildə Xruşovdan onu başqa vəzifəyə keçirməsini xahiş edib. Xruşov onu SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edəcəyini vəd edib və İşlər idarəsinə sənədlərin hazırlanması üçün göstəriş verib.
Bütün bu hadisələr partiyanın 22-ci qurultayı ərəfəsində baş verib. Məhz qurultaya bir gün qalmış Muxitdinova qurultayda Orta Asiya respublikalarında yaşayan millətlər adından Stalinin nəşinin Mavzoleydən çıxarılması təklifini səsləndirmək göstərişi verilib. Muxitdinov bu təklifdən qəti şəkildə imtina edib və elə həmin gün Xruşovla görüşərək sərt şəkildə etirazını bildirib:
- Biz Stalindən nə vaxt əl cəkəcəyik? Bu bizim tariximizdir və bu tarixdə səhvlər də olub, uğurlar da olub, biz özümüz də bu səhvlərin, bu uğurların şahidi olmaqla yanaşı, həm də iştirakçısı olmuşuq. İslam dinində belə bir addım böyük günahdır. Bəs hələ Qafqazda nələr baş verəcəyi haqqında düşünmüsünüzmü? Bu xalqı üstünüzə qaldırmayın.
Məlum olduğu kimi, 22-ci partiya qurultayında Stalinin nəşinin Mavzoleydən çıxarılması məsələsi Muxitdinovsuz da həll olunub. Qurultayın sonunda isə təşkilat məsələlərinə baxanda Muxitdinov Siyasi Bürodan kənar qalıb, o cümlədən SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyinatı da təxirə salınıb. O, tutduğu bütün vəzifələrdən azad olunub.
1961-ci ildən Muxitdinov SSRİ İstehlak Cəmiyyətləri İttifaqında sədr müavini işləyib. Brejnevin hakimiyyəti dövründə, 1968-ci ildə Muxitdinov SSRİ-nin Suriyadakı səfiri vəzifəsinə təyin olunub. 1977-ci ildən SSRİ Ticarət Sənaye Palatasının sədr müavini vəzifəsində çalışıb. 1987-ci ildə təqaüdə çıxıb.
Təqaüdə çıxdıqdan sonra Özbəkistana qayıdan Muxitdinov bir müddət Özbəkistan Nazirlər Soveti sədrinin müşaviri vəzifəsində də işləyib.
Ömrünün son illərində memuarlarını qələmə qalan Nuritdin Muxitdinovun bir neçə xatirə kitabı işıq üzü görüb.
Nuritdin Muxitdinov 2008-ci ildə, 90 yaşında vəfat edib.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir?
23 mart 2024 15:31
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Əhmədlə bağlı şok detal: Onunla maraqlanan şəxs kimdir?
12 mart 2024 09:59
- Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir?
11 mart 2024 21:12
- Azəriqaz - ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR
11 mart 2024 17:43
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Ərdoğan üçüncü müddətə prezident ola bilər - Şərt açıqlandı
10 mart 2024 14:52
- Rusiyada 9 milyarda otellər tikən azərbaycanlı deputat kimdir?
29 fevral 2024 16:21
- Ağstafanın icra başçısının SABİQ qayınanası AMEA-da....
28 fevral 2024 19:45
- Yeni ədliyyə naziri təyin edildi
27 fevral 2024 15:02
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya