İki gün qaldı - 4 kəndimiz qaytarılır...
Baş nazir Nikol Paşinyanın Azərbaycanın 4 kəndi ilə bağlı bir neçə gün qabaqkı məlum açıqlaması ətrafında qonşu ölkədə siyasi intriqa səngimir. Gözlənildiyi kimi, əsasən Rusiyayönlü qüvvələr, o sırada Qarabağ klanı, həmçinin Moskvaya bağlı “5-ci kolon”çular və təbii ki, daşnaklar əməlli-başlı əl-ayağa düşüb.
Hələ harasıdır, sabiq müdafiə naziri, Xocalı hərbi canisi Seyran Ohanyan ordunu N.Paşinyanın əmrinə tabe olmamağa çağırıb. Sanki söhbət beynəlxalq miqyasda təsdiqlənmiş qanuni ərazilərimizin qaytarılmasından yox, Azərbaycanın Ermənistana hücum hazırlığından gedir...
Revanşist-radikalların, “müharibə partiyası”nın həşiri, qara-qışqırıq salması məntiqlidir. Ən azı o baxımdan ki, kəndlərin öz halal sahibinə təhvil verilməsi əslində erməni cəmiyyəti üçün çox ciddi test olacaq. Erməni toplumun nə dərəcədə Azərbaycanla sülh və barışıq içində yaşamağı arzuladığını, yoxsa yenə müharibə istədiyini üzə çıxaracaq. Eyni zamanda, Ermənistan konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırılmasına onun razı olub-olmayacağını göstərəcək. Hər halda dəniz suyunun dadını bilmək üçün damla da yetərli.
Destruktiv müxalifətin ayaqlanmasında Moskvanın ənənəvi “barmağı” da unudulmamalıdır. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Nikolun 4 kəndlə bağlı bəyanatına reaksiyası yadınızda? Zaxarova baş nazirin açıqlamasını pisləməklə faktiki kəndlərin qaytarılması əleyhinə çıxmış, “5-ci kolonçu”ları daha da qızışdırmışdı...
Bu gün isə Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri – Sahibə Qafarova və Alen Simonyan arasında görüş gözlənilir. Əlbəttə, tərəflər arasında yüksək səviyyəli istənilən ikitərəfli, vasitəçisiz görüş təqdir olunmalıdır. Çünki hər necə olmasa, ümumi işə daha tez faydası dəyə bilər, nəinki çoxtərəfli təmaslar. Dəfələrlə yazmışıq, vasitəçi nə qədər qərəzsiz olsa da, yenə öz vasitəçiliyindən nəsə umur. Xüsusən də Güney Qafqaza “dal qapı”dan girmək istəyənlər.
Ancaq birbaşa təmaslar o vaxt faydalı olar ki, iki tərəf sülh müqaviləsində və ya hansısa çərçivə sənədində bərabər dərəcədə maraqlı, sülh gündəminə eyni səviyyədə sadiq olsun. Bakının beynəlxalq hüquqa əsaslanan mövqeyi, sülh gündəliyi çoxdan bəlli. Əfsus ki, rəsmi İrəvan analoji konstruktiv yanaşmanı sərgiləmir.
Əksinə, “daşlaşmaqda” olan qənaət belədir ki, Ermənistan iqtidarı danışıqlarına bacardıqca vaxt udmaq və revanşa hazırlaşmaq fürsəti kimi baxır. Kapitulyant ölkənin son vaxtlar ABŞ, Fransa, Avropa Birliyi timsalında Qərbdə etibarlı “təhlükəsizlik çətiri” axtarması da müstəsna olaraq, bu bəd niyyətdən qaynaqlanır.
Halbuki Ermənistana belə bir qarantı məhz region ölkələri, özəlliklə Azərbaycan və Türkiyə verə bilər. Bundan ötrü iki qonşu ilə sülh müqavilələrinin imzalanması, onlara qarşı ərazi iddiasından imtina kifayətdir. Amma İrəvanın rəsmi şəxsləri 4 ildir bu əlçatan və asan variantı qoyub, Bakı və Ankaranın ona uzatdığı barışıq əlini havada saxlayıb, “dağda-daşda”, Qərbdə (ABŞ və Avropada) sülənirlər.
Deməli, hədəf heç də müharibə səhifəsini həmişəlik qapatmaq, böyük barışıq deyil...
Doğru, Alen Simonyan sülh prosesində əsas sima sayılmır. Amma o, ölkədə Azərbaycanla bağlı ovqata təsir edən, rəy yaradanlardandır. Amma baxın, ermənilərin bizimlə barışıqda, dinc-yanaşı yaşamaqda maraqlı olduğuna necə inanaq ki, həmin bu Simonyan S.Qafarova ilə görüşdən bir gün öncə (!) Brüsseldə Avropa Parlamentinin üzvləri, Azərbaycan əleyhinə şər-böhtan kampaniyasının önündə gedən Fransua Ksavye Bellami və Viola fon Kramon-Taubadeli Ermənistan parlamentinin “Şərəf” ordeni ilə təltif edib. Daha bir anti-Türkçü deputat, slovakiyalı Miriam Leksman da həmin ordenlə təltif olunacaq.
İndi buna nə ad qoyaq? Sülh prosesini baltalayanları mükafatlandırmaq nə demək? “O nə pəhriz, bu nə turşu”?
İki gün də gözləyək. Paşinyan “həftəsonu” söyləmişdi...
Musavat.com
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- 1927-ci ildə 24 kəndimiz, 1929-cu ildə 9 kəndimiz, 1969-da Qaragöl yaylağı...1982-də Kəmərli, İncədərə və s Ermənistana verilib
10 mart 2024 19:20
- Firuz Mustafa yazır - MARKSIN GİZLİ SEVGİSİ
1 mart 2024 12:47
- Litvalı jurnalist Allahverdi Bağırovla bağlı nələr yazdı....
29 fevral 2024 15:23
- Prezident Xocalıda soyqırımı memorialının təməlini qoydu - Yenilənib
26 fevral 2024 21:09
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31