Nərimanov və Nizami icra başçıları yola salınır
Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə rüşvət və korrupsiya faktlarının araşdırılması və günahkarların həbsi davam edir. Bu istiqamətdə DTX və Baş Prokurorluq tərəfindən həyata keçirilən əməliyyatlar bir daha göstərir ki, heç kim məsuliyyətdən sığortalanmayıb.
Bir neçə icra başçısının həbsi, əksər başçının vəzifədən uzaqlaşdırılması, həmçinin Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində aparılan yoxlamalar və tutulmalar ciddi yeyinti faktlarının kompleks şəkildə həyata keçirildiyini ortaya qoydu.
Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın günlərdə bir neçə icra başçısının da vəzifədən qovulmasının şahidi olacağıq.
Bildirilir ki, artıq növbə Bakı rayonlarının başçılarına çatıb. Yaxın günlərdə daha iki rayonun - Nərimanov və Nizami icra başçılarının kreslosunun boşaldılmasının şahidi ola bilərik.
Prezident Administrasiyasına ciddi dayaqları olan Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevi daha bu postda qorumaq müşkülə çevirilib. Uzun illər prezidentin sabiq köməkçisi Əli Həsənov və mətbuat komandası tərəfindən qorunan Nərimanovun şefi ilə bağlı baş verənləri indi xas adamı Nağdəliyev və də ötüşdürə bilmir.
Nəzərə alsaq ki, Nərimanov rayonu paytaxtın ən prestiji və xarici qonaqların gur olduğu ərazidə yerləşir və rayondakı problemləri də bura əlavə etsək ümumi mənzərənin nədən ibarət olduğunu aşkar görmək çətin deyil. Tək fakt bu biabırçılığın ən bariz nümunəsidir - Nərimanov avtoyuma məntəqələrinin çoxluğuna görə, paytaxtın ilk yerlərdə dayanan rayonlarındadır. Maraqlıdır, niyə avtoyuma? Bu biznesdir, yoxsa başqa səbəblər də var? Xarici qonaqlar bu rayonda avtoyuma məntəqələrinin küçəyə axadılan çirkli sularından ölkələrinə qayıdarkən essemi yazmalıdırlar?
Daha bir qovulacaq məmurun Nizami rayon icra başçısı Arif Qasımov olduğu deyilir.
Son günlər fəaliyyətsiziliyi, problemlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə ciddi faktlara rast gəlinən Arif Qasımov da krallara layiq kreslosunu itirməyə çox yaxındır. Əlbəttə "kral" kreslosunda oturan icra başçının rayonunda "kral" problemlər olar.
Ümumiyyətlə, Nizami rayonun paytaxtın ən sakit rayonlarından sayılıb. Bəs indi? Torpaq qalmaqalları ilə bağlı ən çox rast gəlinən faktlar bu rayondadır. Ərazilərin sistemsiz satılması, qadagan olunan ərazilərin obyekt istifadəsi üçün kirayələnməsi və sair hallar bu icra başçısının sonunu gətirib.
Daha bir maraqlı məqam odur ki, indi bəzi icra başçıları daha "rüşvət almırıq", "torpaq satmırıq", "sosial yardımlara barmaq etmirik" deyə yuxarılara gözdağı verə bilər. Bəs bir il əvvəl və ondan qabaqkı illərdəki əməllərinə görə, kim cavab verəcək?
Vahid Məmmədov
Bizimxeber.az
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22